182
Tarixdə bu gün
Faşizm üzərində Qələbə Günü
1945
MA
Y
XX əsrdə İkinci Dünya müharibəsi
illəri bəşəriyyət üçün ən ağır və
dəhşətli dövr olmuşdur. Almaniyada
və İtaliyada yaranmış faşizm nəinki
bu ölkələrin özünü və hətta bütün
bəşəriyyəti təhlükə altına almışdı.
İkinci Vətən müharibəsi illərində
Azərbaycan xalqı həm cəbhə
bölgələrində, həm də arxa cəbhədə bö-
yük qəhrəmanlıq və igidlik nümunələri
göstərmişlər. Qısa bir müddətdə res-
publikada 87 qırıcı təyyarə batalyo-
nu və 1124 özünümüdafiə dəstələri
təşkil olunmuşdu. 1941-1945-ci
illərdə 600 mindən çox Azərbaycan
oğul və qızları cəbhəyə yollanmışdı-
lar. Azərbaycan diviziyaları Qafqaz-
dan Berlinədək mübariz yol keçmiş,
130-a yaxın həmyerlimiz “Sovet İt-
tifaqı Qəhrəmanı” adına layiq görül-
müş, 30 nəfər “Şərəf ordeni” ilə təltif
olunmuşdur. 170 min Azərbaycan
əsgər və zabiti SSRİ-nin müxtəlif or-
den və medalları ilə təltif edilmişdir.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi
Aslanov, Sovet İttifaqı Qəhrəmanları
- İsrafil Məmmədov, Ruslan Vəzirov,
Adil Quliyev, Gəray Əsədov, Məlik
Məhərrəmov, Mehdi Hüseynzadə;
generallar Mahmud Əbilov, Akim
Abbasov, Tərlan Əliyarbəyov, Hacı-
baba Zeynalov və bir çox başqaları öz
qəhrəmanlığı ilə bizim xalqın şərəfli
tarixinə yeni sətirlər yazmışlar.
Az bir zamanda Bakı döyü-şən
ordunun ən mühüm cəbbəxana-
sına (arsenal) çevrilmişdi. Böyük
çətinliklərə baxmayaraq, neftçi-
lərimiz
fədakarlıqla
çalışaraq
cəbhəni və sənəyemizi yanacaq-
la təmin etmişlər. Akademik Yusif
Məmmədəliyevin rəhbərliyi ilə hava
flotu (aviasiya) benzini almaq üçün
yeni texnologiya yaradılmışdır. 1941-
ci ildə neftçilərimizin fədakar əməyi
nəticəsində Azərbaycanın tarixində
ən çox neft (23,5 milyon ton) istehsal
olunmuşdu ki, bu da SSRİ-də istehsal
olunan neftin 71.4%-ni təşkil etmiş-
dir. Ümumiyyətlə, müharibə illərində
Azərbaycan neftçiləri ölkəni 75 mil-
yon ton neft, 22 milyon ton benzin
və başqa neft məhsulları ilə təmin
etmişlər. Qətiyyətlə demək olar ki,
faşizm üzərində qələbənin qazanıl-
masında Bakı nefti əsas amillərdən
biri olmuşdur.
İkinci Dünya müharibəsində əldə
edilən qələbə Azərbaycan xalqını
n
fədakar, qəhrəman, cəsərətli olmasını
bir daha bütün dünyaya sübut etmiş-
dir.
Dostları ilə paylaş: