Kbt я25 uot (059) Baş redaktor


Riyaziyyat.Fizika.Astronomiya Fikrət Əliyev



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə299/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   295   296   297   298   299   300   301   302   ...   507
244

Riyaziyyat.Fizika.Astronomiya

Fikrət Əliyev

1949

AVQUST

Fikrət Əhmədəli oğlu Əliyev 1949-

cu il  avqust ayının 13-də  Ermənistan 

Respublikasının Nüvədi kəndində ana-

dan olmuşdur. 

1971-ci  ildə  S.M.Kirov  adına 

Azərbaycan  Dövlət  Universitetinin 

(BDU)  riyaziyyat fakültəsini, 1975-ci 

ildə  aspiranturanı  bitirib,  Ukraynada 

namizədlik  dissertasiyası  müdafiə  et-

mişdir.

1990-cı ildən fizika-riyaziyyat elm-

ləri doktoru, 1992-ci ildən isə profes-

sordur.


1975-1992-ci  illərdə  Azərbaycan 

Elmlər  Akademiyasının  Riyaziyyat 

və Mexanika İnstitutunda əvvəl kiçik, 

sonra isə böyük elmi işci kimi fəaliyyət 

göstərmişdir. 

1992-1993-cü illərdə İstanbul Tex-

niki Universitetinin professoru olmuş-

dur. 


2011-ci ildə “Sistem analizi və av-

tomatik idarəetmə” mövzusunda dok-

torluq dissertasiyası müdafiə etmişdir. 

150-dən çox elmi əsərin müəllifidir. 95 

adda elmi əsəri xaricdə nəşr olunmuş-

dur.  


Əsas elmi nailiyyətləri: diskret hal-

da stabilləşdirici tənzimləyicilərin pa-

rametrizasiyası  verilmiş,  “frequency” 

və “state – spase” metodları arasında 

əlaqə yaradılmış və qeyri xətti Rikkafi 

tənliyinin dayanıqlı həlli üçün analitik 

spektral  metod  verilmişdir.  Polinom 

və kəsr rasional matrislərin fakturiza-

siyası üçün effektiv alqoritmlər təklif 

olunmuş və çıxışa nəzərən optimal və 

etibarlı stabilləşdirici tənzimləyicilərin 

qurulması yolları işlənib hazırlanmış-

dır. 

Akademik Fikrət Əliyev 9-dan çox 



elmlər namizədi işinə rəhbərlik etmiş-

dir. 


1993-cü ildən Amerika Riyaziyyat 

cəmiyyəti,  1996-cı ildən Beynəlxalq 

Kompyuter  Assosiyasiyası,  1997-ci 

ildən Nyu-York Elmlər Akademiyası-

nın həqiqi üzvüdür. 

Tətbiqi Riyaziyyat ET İnstitutunun 

direktorudur.  Fikrət  Əliyev  magistr 

və aspirantlara elmi rəhbərlik etməklə 

pedaqoji fəaliyyətini uğurla davam et-

dirir.



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin