247
Tarixdə bu gün
Bakıda ilk ictimai kitabxana-
qiraətxana
1894
AVQUST
Azərbaycanda ilk ümumi açıq milli
kitabxananın əsası 1894-cü ildə Nəriman
Nərimanov tərəfindən qoyulmuşdur. O,
görkəmli ziyalılardan S.M.Qənizadə,
H.Mahmudbəyov,
S.Vəlibəyov,
Ə.Axundov, Ə.Cəfərzadənin yaxın-
dan köməyi ilə Xaqaninin, Nizaminin,
Füzulinin, Sədinin, Hafizin, Firdovsi-
nin, A.Bakıxanovun, M.F.Axundovun,
M.P.Vaqifin, Q.Zakirin, S.Ə.Şirvaninin
və b. əsərlərini, həmçinin jurnal və
qəzet komplektlərini toplamağa başla-
mışdı. Bakı qubernatorunun içazəsi ilə
Qorçakov küçəsində (indiki Fəvvarələr
bağının yanında yerləşən dördmərtəbəli
binanın birinci mərtəbəsində) ilk
kütləvi milli qiraətxana açıldı. 1894-
cü il avqustun 1-də fəaliyyətə başlamış
“Nəriman qiraətxanası” qısa müddət
ərzində təkcə Zaqafqaziyada deyil,
Rusiyada və Şərq ölkələrində rəğbətlə
qarşılandı. O dövrdə kitabxana-qiraət-
xananı lazımi ədəbiyyatla təmin etmək
olduqca çətin idi. Buraya Kəlküttə, İs-
tanbul, Sofiya, Qahirə, Tehran, Təbriz
və digər şəhərlərdən xeyriyyə yolu ilə
qəzet, jurnal və kitablar göndərilirdi.
Qəzet və jurnalların çoxu milyonçu
H.Z.Tağıyevin hesabına alınırdı.
Qirayətxanaya giriş haqqı 2 qəpik idi.
Oxucuların suallarına tez və vaxtında ca-
vab vermək ücün kataloq düzəldilmişdi.
Kitabxanaçı-qiraətxanaçı vəzifəsində
Nərimanovun ən yaxın silahdaşların-
dan olan Əlisgəndər Cəfərov işləyirdi.
Kitabxana-qiraətxananın
fəaliyyətə
başladığı bir ay ərzində ora 710 nəfər
oxucu gəlmiş, bunlardan 151 nəfəri
azərbaycanlı, digər qismi isə müxtəlif
millətlərin nümayəndələri idi. Bu da
o zaman Zaqafqaziya kitabxanalarının
hec birinin malik olmadığı bir rəqəm
idi.
N.Nərimanov qiraətxananı yalnız
yaşatmaq deyil, həm də onun imkanla-
rını genişləşdirmək, gənc nəslin mənəvi
tərbiyəsi üçün bir baza yaratmaq
istəyirdi. Bu məqsədlə kitabxananın ya-
nında gənc ədəbiyyat həvəskarlarının,
gənc aktyorların dərnəkləri təşkil
edilmişdi. Dərnəklərdə həm bədii
əsərlər oxunub müzakirə edilmiş, həm
də Azərbaycanın teatr mədəniyyəti
tarixində xüsusi rol oynamış bir neçə
əsər tamaşaya qoyulmuşdu. Tamaşadan
yığılan pullar qiraətxanaya verilmişdir.
“Kaspi” qəzeti 6 mart 1897-ci il tarix-
li nömrəsində yazırdı ki, N.Nərimanov
qiraətxanada bir müəllimənin əmək-
daşlığı ilə uşaq kitabları şöbəsi yarat-
mışdır.
İlk milli qiraətxana dörd il fəaliyyət
göstərmişdir. Çar hakim dairələri
gənclərin qiraətxana ətrafında sıx top-
laşmasından ehtiyat edərək, 1898-ci
ilin oktyabr ayında onu şübhəli siyasət
ocağı kimi bağlatmışdı. Buna baxma-
yaraq, milli mədəniyyətin yüksəlişində
ilk cığırı açan “Nəriman qiraətxanası”
Azərbaycan xalqının ictimai fikrində
yeni səhifənin başlanğıcı olmuşdur.
Dostları ilə paylaş: