261
Milli ədəbiyyat
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn]: 5
cilddə /N.Cəfərov.- Bakı:
Elm, 2007.
Atatürkün Azərbaycan
siyasəti [Mətn]: (öz dili
ilə) /N.Cəfərov, M.A.Tural.-
Bakı: Çaşıoğlu, 2008.- 82,
[2] s.
Azərbaycan xalqının
tarixi və ya “tərcümeyi-
hal”ı [Mətn] /N.Cəfərov,
D.Osmanlı.- Bakı: İrfan,
2012.- 62, [2] s.
Türk dünyasının yeni lideri
[Mətn]: [İlham Əliyev
haqqında] /N.Cəfərov,
O.Musayev, D.Osmanlı.-
Bakı: Çaşıoğlu, 2009.-
758, [2] s.
Cəfərov Nizami Qulu
oğlu [Mətn]: biblioqra-
fik məlumat kitabı /tərt.
H.Tahirqızı.- Bakı: Bakı
Universiteti, 2004.- 124 s.
Ələsgərov, B. Niza-
mi Cəfərov-50 [Mətn]
/B.Ələsgərov.- Bakı: Nur-
lan, 2009.- 127 s.
Qarayeva, H. Ucalığa
gedən yolda [Mətn]
/H.Qarayeva //Azərbaycan
müəllimi.- 2009.- 25 sent-
yabr.- S.6.
www.adam.az
www.anl.az
Nizami Cəfərov
1959
SENTY
ABR
Nizami Qulu oğlu Cəfərov 1959-cu
il sentyabr ayının 21-də Ağstafa ra-
yonunun Zəlimxan kəndində anadan
olmuşdur. Orta məktəbi bitirdikdən
sonra, 1977-ci ildə Bakı Dövlət Uni-
versitetinin filologiya fakültəsinə da-
xil olmuşdur.
1982-ci ildə Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsini
fərqlənmə diplomu ilə bitirərək
Azərbaycan dilçiliyi ixtisası üzrə aspi-
ranturada saxlanılmışdır.Azərbaycan
dili tarixi sahəsində görkəmli
mütəxəssis olan professor Tofiq Ha-
cıyevin rəhbərliyi ilə elmi-tədqiqat işi
aparan gənc tədqiqatçı 1985-ci ildə,
vaxtından əvvəl,
1982-ci ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) filologi-
ya fakültəsini fərqlənmə diplomu ilə
bitirmişdir.
1985-ci ildə filologiya elmləri
namizədi alimlik dərəcəsi almış və
həmin ildən Azərbaycan EA-nın
Nəsimi adına Dilçilik İnstitutunun elmi
işçisi olmuşdur. Müasir Azərbaycan
dilçiliyinin və nəzəri linqvistikanın
ayrı-ayrı problemlərinə həsr etdiyi
məqalələri dövri mətbuatda dərc olun-
muşdur. 1991-ci ildə doktorluq disser-
tasiyasını müdafiə etmişdir. Alimin
elmi yaradıcılığı ildən-ilə təkmilləşmiş
və dərinləşmişdir.Onun “Füzulidən
Vaqifə qədər” (1991), “Eposdan ki-
taba” (1999), “Azərbaycanşünaslığa
giriş”(2001), “Qədim türk ədəbiyyatı”
(2004) və bir çox başqa əsərləri
Azərbaycan dilçiliyini zənginləşdirmiş
və onun tarixi keçmişinə elmi aydın-
lıq gətirmişdir. Professor N.Cəfərov
orta məktəblər üçün çap olunmuş
Azərbaycan dili dərsliklərinin yazı-
lışında və orta məktəb proqramla-
rının tərtibində yaradıcı alim kimi
özünü göstərmişdir. 1987-ci ildən
“Ədəbiyyat və incəsənət” qəzetinin
şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət
Universitetinin Türkologiya kafedra-
sının müəllimi, professoru, filologiya
fakültəsinin dekanı vəzifələrində ça-
lışmışdır.
Nizami Cəfərov 1993-cü ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
2000-ci ildən Əməkdar elm xadimi,
2001-ci ildən Azərbaycan MEA-nın
müxbir üzvü, 2000-ci ildən Bakı
Dövlət Universitetinin kafedra müdi-
ridir.
2001-ci ildən Azərbaycanda Ata-
türk Mərkəzinin rəhbəridir.
Yeni Azərbaycan Partiyasının
üzvü, Azərbaycan Respublikası (II
(2000-ci il), III (2005-ci il) və IV ça-
ğırış (2010-cu il) Milli Məclisinin
deputatıdır. Parlamentin Mədəniyyət
Komitəsinin sədridir. Azərbaycan-
Türkiyə parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri, Azərbaycan-
Qazaxıstan, Azərbaycan-Qırğızıstan,
Azərbaycan-Küveyt parlamentlərarası
əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Alim 25 kitabın müəllifidir.
Rus, ingilis və fars dillərini bi-
lir. Azərbaycan “Bilik” Maarifçi-
lik Cəmiyyətinin qərarı ilə “Yusif
Məmmədəliyev adına medal”la təltif
olunmuşdur.
Dostları ilə paylaş: