İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.kino-teatr.ru
Əfqan Əsgərov
1929
SENTY
ABR
Əfqan Hacıağa oğlu Əsgərov 1929-
cu il sentyabr ayının 23-də Əli Bay-
ramlı (Şirvan) rayonunun Qaradağlı
kəndində anadan olmuşdur. Burada
orta məktəbi bitirdikdən sonra 1948-
1953-cü illərdə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) filologi-
ya fakültəsinin jurnalistika şöbəsində
təhsil almışdır.
1953-cü ildə “Azərbaycan qəzeti”
redaksiyasında şöbə müdiri kimi
əmək fəaliyyətinə başlamış və 1958-
ci ilədək orada işləmişdir. Bu dövrdə
“O mənim oğlumdur” adlı ilk pyesi
gənclik mövzusunda ən yaxşı pyeslər
müsabiqəsində mükafata layiq görül-
müşdür. Əsər 1954-cü ildə Gənc Ta-
maşaçılar Teatrında tamaşaya qoyul-
muşdur.
1958-1961-ci illərdə C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiya-
sında redaktor, 1961-1990-cı illərdə
“Kommunist” qəzeti redaksiyasın-
da ədəbiyyat və incəsənət şöbəsinin
müdiri, 1990-cı ildən “Sovet kəndi”
(sonra “Həyat”) qəzetinin redaktoru
vəzifəsində çalışmışdır.
Dramaturgiya
sahəsində
də
qələmini sınayan Əfqanın “Sarı
əlcək”, “O mənim oğlumdur”, “Dağ
seli”, “Gülməyən adam” adlı pyesləri
respublikamızın müxtəlif teatrların-
da tamaşaya qoyulub. Tamaşaçılar
tərəfindən xüsusi rəğbətlə qarşılanan
“Qız atası” komediyası Əfqanın ən
yaxşı pyeslərindən sayılır. Bu komedi-
ya teatrlarda ən çox oynanılan tamaşa-
lardan biri olmuşdur. Pyes Azərbaycan
Televiziyası tərəfindən də hazırlamışır.
Hazırda “Qızıl fond”da saxlanılır.
Əfqan Əsgərov 1958-ci ildən
Azərbaycan Yazıçılar Birliyinin üz-
vüdür. 1986-cı ildə yazıçı “Əməkdar
incəsənət xadimi” fəxri adına layiq
görülmüşdür.
Dostları ilə paylaş: |