266
Hüseynağa Ağahüseyn oğlu Ataki-
şiyev 1949-cu il sentyabr ayının 8-də
Bakı şəhərində anadan olmuşdur.
1955-1963-cü illərdə Bakı şəhər
7 saylı orta məktəbdə oxumuşdur.
Ailə vəziyyətilə bağlı bir müddət
Ş.Qurbanov adına Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında çalış-
mış, eyni zamanda 51 saylı fəhlə-
gənclər məktəbində orta təhsilini da-
vam etdirmişdir.
1975-ci ildə M.Əliyev adına
İncəsənət İnstitutunu bitirdikdən son-
ra, 1975-1985-ci illərdə Şəki Dövlət
Teatrında əvvəlcə rejissor, sonra baş
rejissor işləmişdir. Bu müddətdə te-
atrda Azərbaycan və dünya drama-
turgiyasının şah əsərlərini tamaşaya
qoymuşdur. Şəki teatrı ölkədən kənara
çıxaraq qastrollarda uğurlu tamaşalar
göstərmişdir.
1974-cü ildə 9 tamaşa ilə Mosk-
vada qastrolda olması isə teatr tari-
xinin qırmızı səhifələrindəndir. Səfər
ərəfəsində kollektivin təqdim etdiyi
səhnə əsərlərindən bir neçəsi pay-
taxt tamaşaçılarının xahişi ilə üç dəfə
yenidən oynanılmışdır. Bu uğurlara
görə rejissor həmin il “Azərbaycanın
Əməkdar incəsənət xadimi” fəxri adı-
na layiq görülmüşdir. Sonra Dram
Teatrında baş rejissor kimi fəaliyyət
göstərmişdir.
Hüseynağa Atakişiyev həm də akt-
yor kimi fəaliyyət göstərmişdir. Ta-
maşaçılar onu Anarın “Uzun ömrün
akkordları” filmində Üzeyir Hacıbəyli
rolunda görmüş və sevmişlər. Bundan
başqa o, “Üzeyir ömrü” (1981), “Ac
həriflər” (1993), “Olum ya ölüm və ya
hər şeyə rəğmən” (1994), “Ömürdən
uzun gecə” (1996), “Fatehlərin diva-
nı” (1997) filmlərində rol almışdır.
1989-cu ildə Azərbaycan Dövlət
Gənclər Teatrını açmış və vəfatına
qədər teatrın bədii rəhbəri və direktoru
olmuşdur. Bu teatr ilk olaraq, 27 mart
1989-cu ildə Yusif Səmədoğlunun
“Qətl günü” tamaşası ilə işə başlamış
və çoxlu sayda uğurlu tamaşalar hazır-
lamışdır.
“Qızıl dərviş” mükafatı laureatıdır.
Hüseynağa Atakişiyev 2006-cı il
aprel ayının 9-da vəfat etmişdir.
Dostları ilə paylaş: