267
İlham Əziz oğlu Rəhimli 1949-cu il
sentyabr ayının 8-də Yevlax rayonunun
Malbinəsi kəndində doğulmuşdur.
1966-cı ildə Yevlaxdakı 1 saylı orta
məktəbi bitirmişdir. Bir il oradakı 4 say-
lı avtobazada çilingər işlədikdən son-
ra 1967-ci ildə Mirzağa Əliyev adına
Azərbaycan Dövlət İncəsənət İnstitutu-
nun teatrşünaslıq fakültəsinə daxil ol-
muşdur.
1972-ci ildə ali məktəbi fərqlənmə
diplomu ilə bitirmişdir. Hələ institutun
son kursunda oxuyarkən “Kommunist”
qəzeti redaksiyasına təcrübə keçməyə
göndərilmişdir. Təcrübə zamanı bir neçə
məqaləsi çap olunmuş, redaksiyanın yazı-
lı məktub-tələbnaməsinə əsasən təyinatla
həmin qəzetdə işə göndərilmişdir.
Hərbi xidmətdən sonra (may 1973 -
may 1974) yenə redaksiyaya qayıdaraq,
müxtəlif illərdə ədəbi işçi, baş müxbir,
felyeton və publisistika, mədəniyyət
şöbələrinin müdiri işləmişdir.
1991-1993-cü illərdə “Azərbaycan”
qəzetinin baş redaktoru, Prezident Apara-
tının Humanitar siyasət şöbəsinin məsul
işçisi olmuşdur. 1993-cü ildən 2003-cü
ilə kimi Akademik Milli Dram Teatrı-
nın ədəbi hissə müdiri kimi fəaliyyət
göstərmişdir.
2007-ci ilin aprel ayından Azərbaycan
Televiziya və Radio Qapalı Səhmdar
Cəmiyyətinin “Maarifçilik” redaksiyasın-
da baş redaktor vəzifəsində çalışmışdır.
2011-ci il aprel ayının 14-dən
“Mədəniyyət” televiziya kanalının direk-
tor müavinidir.
Teatra aid ilk yazısı dövri mətbuatda
1969-cu ildə “Azərbaycan gəncləri”
qəzetində çap olunmuşdur. İlham
Rəhimli səhnə sənətinə, kinoya, təsviri
incəsənətə, dramaturgiyaya, aktyor və
rejissor sənətinə, mədəniyyətin müxtəlif
problemlərinə aid minə yaxın məqalənin
müəllifidir.
Teatrşünas alim 1975-ci ildən
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin Teatr tarixi ka-
fedrasında dərs deyir.
Azərbaycan Televiziyasında “Ekran.
Kino. Yeniliklər”, “Teatr”, “Yeni tama-
şalar”, “Aktyorlar və rollar”, “Sərbəst
söhbət” verilişlərinin müəllif-aparıcısıdır.
Azərbaycan Jurnalistlər İttifaqının,
Rəssamlar İttifaqının, Azərbaycan Teatr
Xadimləri İttifaqının, Yazıçılar Birliyi-
nin üzvüdür.
Sənətşünaslıq
doktoru,
profes-
sor İlham Rəhimli milli teatrımızın
tədqiqatçısı kimi Dehli, Praqa, Moskva,
Tehran, Dəməşq, Kiyev, İstanbul, Berlin,
Brüssel, Paris, Roma və digər şəhərlərdə
Beynəlxalq teatr simpoziumlarında elmi
məruzələrlə çıxış etmişdir. Azərbaycan
Jurnalistlər İttifaqının “Qızıl qələm” (5
may, 1977), Azərbaycan Teatr Xadimləri
İttifaqının “Qızıl Dərviş” (10 mart 1992),
“Humay” mükafatları laureatıdır.
1989-cu il sentyabr ayının 1-də
“Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi” fəxri adı ilə təltif edil-
mişdir.
Dostları ilə paylaş: