Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə324/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   320   321   322   323   324   325   326   327   ...   507
23

85 

illiyi

Yazıçı


264

Musiqi.Opera.Balet

90 

illiyi

Əhsən Dadaşov

1924-1976

SENTY

ABR

Əhsən Əliabbas oğlu Dadaşov 1924-

cü il sentyabr ayının 4-də Bakı şəhərində 

dünyaya göz açmışdır. Bakıdakı 22 saylı 

orta məktəbdə təhsil almışdır. 

1938-ci  ildə  1  saylı  Azərbaycan 

Dövlət  Musiqi  Texnikumunun  (indiki 

Bakı  Musiqi  Kolleci)  tar  sinfinə  qəbul 

olmuşdur.  Burada  Səid  Rüstəmov, 

Mənsur Mənsurov, Ənvər Mənsurovdan 

dərs  almış,  klassik  muğam  ifaçılığının 

xüsusiyyətlərini dərindən mənimsəyərək 

onu inkişaf etdirmişdir. Onun parlaq is-

tedadı  görkəmli bəstəkar və dirijor Səid 

Rüstəmovun  diqqətini  cəlb  etmiş  və 

1940-cı  ildə  onu  rəhbərlik  etdiyi  xalq 

çalğı  alətləri  orkestrinə  qəbul  etmişdir. 

Əhsən  Dadaşovun  gənclik  illəri  dahi 

bəstəkar Üzeyir Hacıbəylinin rəhbərliyi 

ilə  Azərbaycan  mədəniyyətində  böyük 

işlərin  həyata  keçirildiyi  bir  dövrə  dü-

şüb. 


Ötən 

əsrin 


20-ci 

illərindən 

Ü.Hacıbəylinin  təşəbbüsü  ilə  not  siste-

minin xalq çalğı alətlərinə tətbiqi, not-

lu xalq çalğı alətləri orkestrinin yaran-

ması və digər bu kimi faktlar yeni ifaçı 

nəslinin yetişməsinə güclü təkan vermiş-

dir. Onun lentə yazdırdığı “Rast”, “Orta 

Mahur”,  “Şur”,  “Zabul-Segah”,  “Hü-

mayun”,  “Vilayəti  -  Dilkeş”,  “Çahar-

gah”, “Bayatı - Şiraz” və s. muğamları 

Azərbaycan  radio  verilişləri  şirkətinin 

qızıl fondunda mühafizə edilir.

Tarzən  muğamların  və  bəstəkar 

əsərlərinin  tar  və  ud  alətlərində  ifaçısı 

idi.  Görkəmli  müğənni  Rəşid  Behbu-

dovun ansamblının üzvü kimi dünyanın 

bir çox ölkələrində qastrol səfərlərində 

olmuş, Azərbaycan musiqisini təmsil et-

mişdir. 


AzTRV  QSC  nəzdində  1960-cı  ildə 

xalq  çalğı  alətləri  ansamblı  yaratmış 

və ömrünün sonuna kimi bu ansamblın 

bədii rəhbəri olmuşdur. Hazırda “Xatirə” 

xalq  çalğı  alətləri  ansamblı  (bədii 

rəhbəri Adil Bağırov) Əhsən Dadaşovun 

adını  daşıyır.  Əhsən  Dadaşov  bir  çox 

tarzənlərin  sənət  müəllimi  olmuşdur. 

Onun  40  illik  yaradıcılıq  fəaliyyətinə 

nəzər  salsaq  görərik  ki,  Əhsən  Dada-

şovun bütün ömrü Azərbaycan xalqına, 

onun musiqisinə xidmətdə keçib. Ustad 

tarzənin qısa, lakin mənalı ömrünün ya-

radıcılıq dövrünü solist, müşayiətçi, or-

kestr  ifaçısı,  ansambl  rəhbəri,  bəstəçi, 

pedaqoq-müəllim mərhələlərinə bölmək 

olar.  Ustad  tarzən  heç  vaxt  özündən 

əvvəlki ifaçıları təkrar etməz, ifa etdiyi 

kiçik  bir  musiqi  parçasına  da  yaradı-

cı  yanaşardı.  Odur  ki,  onun  çalğısı  ilk 

mizrabdan  tanınırdı.  Əhsən  Dadaşov 

bəstəkar  qəlbli  sənətkar  idi.  O,  musiqi 

folklorumuzu  zənginləşdirən  bir  çox 

rəng, mahnı və rəqs havaları bəstələyib. 

“Rahab”,  “Şur”,  “Rast”,  “Humayun”, 

“Segah”  rəngləri  bu  qəbildəndir.  Onun 

bəstələdiyi  bir  çox  mahnılar  bu  gün 

də  dillər  əzbəridir.  Hazırda  mərhum 

sənətkarın  adını  daşıyan  “Xatirə”  xalq 

çalğı alətləri ansamblının ifasında milli 

mahnılarımız geniş şəkildə təbliğ edilir. 

Azərbaycanın Əməkdar artisti, tarzən  

Əhsən  Dadaşov  1976-cı  il  may  ayının 

30-da vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin