265
10
Teatr.Kino
100
illiyi
Cəfər Cəfərov
1914-1973
SENTY
ABR
Cəfər Haşım oğlu Cəfərov 1914-cü
il sentyabr ayının 7-də Bakıda anadan
olmuşdur.
İlk təhsilini burada almış, 1937-ci
ildə Moskvada A.Bubnov adına Peda-
qoji İnstitutu bitirmişdir. Sonra Bakıya
qayıdaraq 1937-1938-ci illərdə Akade-
mik Milli Dram Teatrında ədəbi hissə
müdiri, 1938-1939-cu illərdə Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” ki-
nostudiyasında Ssenari şöbəsinin mü-
diri, 1939-cu ildə Azərbaycan Yazıçılar
İttifaqının məsul katibi, mədəniyyət na-
zirinin müavini işləyib.
Hökumətdə müxtəlif məsul vəzifələr
tutan Cəfər Cəfərov 1959-cu ildən öm-
rünün sonunadək Azərbaycan MEA
Memarlıq və İncəsənət İnstitutu Teatr
və kino şöbəsinin müdiri olmuşdur.
Burada bir sıra teatrşünas alimlərin
yetişdirilməsinə, kino və teatr sənətinə
aid tədqiqatlar aparılmasına rəhbərlik
etmişdir.
Cəfər Cəfərov tənqidi fəaliyyətə
1930-cu ildən başlamışdır. Mil-
li səhnəmizin korifeyləri olmuş
Hüseyn
Ərəblinskinin,
İsmayıl
Hidayətzadənin, Həqiqət Rzayeva-
nın, Mehdi Məmmədovun, Tofiq Ka-
zımovun, Abbasmirzə Şərifzadənin,
Rza Təhmasibin yaradıcılıqları barədə
dəyərli elmi məqalələr və samballı mo-
noqrafiyalar yazmış, Akademik Milli
Dram Teatrının tarixini fundamental
şəkildə araşdırmış və həmin mövzuda
bir neçə kitab çap etdirmişdir.
Azərbaycan və bir sıra rus teatrla-
rının ən maraqlı tamaşalarına samballı
resenziyalar yazmışdır. Alimin “Re-
jissor sənəti”, iki cilddə Azərbaycan
və rus dillərində “Seçilmiş əsərləri”,
“Azərbaycan Dram Teatrı” kitabı
dəyərli tədqiqat nümunələridir. Onun
“Cavid və teatr”, “Mirzə Fətəli Axun-
dovun dramaturgiyası”, “Mirzə Fətəli
Axundov və teatr”, “Vilyam Şekspirin
dramaturgiyası” elmi əsərləri milli te-
atrşünaslıq elmimizin dəyərli yaradıcı-
lıq örnəkləridir.
Cəfər Cəfərov 1961-ci ildən
sənətşünaslıq doktoru, 1962-ci ildən
Azərbaycan MEA-nın müxbir üzvü ol-
muşdur.
Alim 1972-ci ildə “Azərbaycan Res-
publikasının Əməkdar incəsənət xadi-
mi” fəxri adı ilə təltif olunmuşdur.
Azərbaycan teatrşünaslıq elminin
formalaşmasında müstəsna xidmətlər
göstərən, bu elmin fundamental inki-
şaf proqramını müəyyənləşdirən alim-
nəzəriyyəçi, Cəfər Cəfərov 1973-cü
il sentyabr ayının 19-da Bakıda vəfat
etmişdir. I Fəxri Xiyabanda dəfn edil-
mişdir.
Dostları ilə paylaş: