273
Texnika
65
illiyi
Arif Həşimov
1949
SENTY
ABR
Arif Məmməd oğlu Həşimov 1949-
cu il sentyabr ayının 28-də Naxçı-
van MR Şahbuz rayonunda müəllim
ailəsində anadan olmuşdur.
1966-cı ildə Azərbaycan Neft
və Kimya İnstitutunun Energetika
fakültəsinə daxil olmuş, 1971-ci ildə
mühəndis-elektrik ixtisasına yiyələnmiş
A.Həşimov həmin il AMEA Fizika İns-
titutunun “Elektrofizika” laboratoriya-
sında mühəndis kimi işə başlamışdır.
1978-ci ildə “Yüksək gərginlikli
elektrik şəbəkələrinin neytralının
rejiminə aid kompleks işlər”ə görə
müəlliflər kollektivi ilə birlikdə Elm
və Texnika sahəsində Azərbaycan
Respublikasının Dövlət mükafatına
layiq görülmüşdür.
1999-cu ildə “Yüksək gərginliklər
fizikası və texnikası” laboratoriyasının
rəhbəri seçilmişdir.
1980-ci ildə Ukrayna MEA Elekt-
rodinamika İnstitutunda namizədlik,
1993-cü ildə isə həmin institutda dok-
torluq dissertasiyasını müdafiə etmiş-
dir. Elmi işlərinin əsasını müasir elmin
çox əhəmiyyətli istiqamətlərindən
biri olan energetikanın fiziki-
texniki problemləri sahəsində elmi
tədqiqat işləri və mürəkkəb elektrik
şəbəkələrində dissipativ faktorları,
ifrat gərginlikdən elektrotexniki ava-
danlıqları mühafizə edən və qısaqa-
panma cərəyanlarını məhdudlaşdıran
qurğuları tam nəzərə almaqla elektro-
maqnit dalğa proseslərini hesablamaq
üçün riyazi modellərin işlənib hazırlan-
ması təşkil edir.
Bir neçə illər Azərbaycan Dövlət
Neft Akademiyasının
energetika
fakültəsində mühazirələr oxumuş və
Yüksək gərginliklər texnikası və elekt-
rotermiki qurğular kafedrasının profes-
soru olmuşdur.
AMEA Fizika İnstitutunda fəaliyyət
göstərən elmlər doktoru alimlik dərəcəsi
verən şuranın sədri, Azərbaycan Elmi-
Tədqiqat Energetika və Enerjilayihə
İnstitutunda elmlər doktoru alimlik
dərəcəsi verən şuranın üzvüdür.
İran İslam Respublikası, Türkiyə,
Polşa, Kipr Respublikalarında və MDB
ölkələrində keçirilən Beynəlxalq konf-
ranslarda dəfələrlə iştirak etmişdir.
Akademik 206-dan yuxarı elmi
məqalənin və 6 monoqrafiyanın
müəllifidir.
Arif Həşimov 2005-ci ildə “Əməkdar
elm xadimi” fəxri adına layiq görül-
müşdür.
“Energetikanın problemləri” jurna-
lının baş redaktorunun müavini, “Fizi-
ka” jurnalının məsul katibidir.
Dostları ilə paylaş: