Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə336/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   332   333   334   335   336   337   338   339   ...   507
276

Ə d ə b i y y a t

Abdullayev, R. “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli inkişafına xidmət edir [Mətn] /R.Abdullayev

//Respublika.-2011.- 20 sentyabr.- S.6.

Abdullayev, R.Neftçilər Vətənimizin tərəqqisi naminə bundan sonra da əzmlə çalışacaqlar [Mətn] /R.Abdullayev //Xalq qəzeti.- 2011.- 20 

sentyabr.- S.8.

Neftçilərin bayramı [Mətn] //Olaylar.- 2011.- 20 sentyabr.- S.4.

Tarixdə bu gün

Neftçilər Günü

1994  

SENTY

ABR

Neftçilər Günü 1994-cü il sentyabr ayının 20-si 

müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, 

mühüm bir gün oldu. Həmin gün xalqımızın ümum-

milli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlan-

mış və bütün dünyada “Əsrin müqaviləsi” adı ilə 

tanınmış neft kontraktları imzalandı. Bu kontrakt-

lar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin 

şanlı səhifəsini açdı. Azərbaycan ilk dəfə idi ki, 6 

ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft 

şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. 

Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın 

əsasını qoydu, xarici sərmayədarların Azərbaycana 

axınını sürətləndirdi. “Əsrin müqaviləsi” həm də 

Azərbaycanda  yeni  neft-qaz  kontraktlarının  bağ-

lanmasına  güclü  təkan  verdi.  1997-ci  il  noyabr 

ayının  12-də  “Çıraq-1”  platformasında,  2005-ci 

ilin fevralında isə “Azəri-Çıraq-Günəşli” yataqla-

rının Mərkəzi Azəri hissəsində ilkin neftin hasila-

tına başlandı.

“Əsrin  müqaviləsi”nə  ilkin  qoşulan  şirkətlər 

bunlardır:  “AMOKO”,  “Yunokal”,  “Pennzoyl” 

(ABŞ),  “Britiş  Petroleum”,  “Remko”  (Bö-

yük  Britaniya),  “Statoyl”  (Norveç),  “LUKoyl” 

(Rusiya),  “Türk  Petrolları”  (Türkiyə),  “Delta” 

(Səudiyyə  Ərəbistanı).  Sonradan  müqaviləyə 

“İtoçu”  (Yaponiya),  “Ekson”,  “Amerada  Hess” 

(ABŞ)  şirkətləri  də  qoşuldu.  Azərbaycan  Res-

publikasının  Milli  Məclisində  ratifikasiya  olun-

duqdan  dərhal  sonra  neft-qaz  əməliyyatlarının 

idarə  edilməsi  və  əlaqələndirilməsi  məqsədi 

ilə  Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkəti 

(ABƏŞ)  yaradıldı.  Ölkəmizin  neft  strategiyası-

nın  əsas  istiqamətlərindən  biri Azərbaycan  nefti-

nin və qazının dünya bazarına nəql edilməsindən 

ibarətdir.  Bu  sahədə  “Bakı-Tbilisi-Ceyhan” 

Əsas  İxrac  Boru  Kəməri  layihəsinin  hazırlanma-

sı  və  reallığa  çevrilməsi  mühüm  rol  oynayır.  Bu 

layihənin  də  baş  memarı,  onun  bünövrəsini  qo-

yan,  həyata  keçirilməsinə  şəxsən  rəhbərlik  edən 

cənab  Heydər  Əliyev  olmuşdur.  1998-ci  ildə 

Ankarada  Azərbaycan,  Türkiyə  və  Gürcüstan 

Prezidentləri “Bakı-Tbilisi-Ceyhan” ” Əsas İxrac 

Boru Kəmərinin inşa edilməsi haqqında ilk sazış 

imzaladılar. ATƏT-in İstanbul sammitində (1999, 

18 noyabr) ABŞ prezidenti Bill Klintonun iştirakı 

ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə 

prezidentləri tərəfindən layihənin dəstəklənməsinə 

və  qısa  müddətdə  həyata  keçirilməsinə  yönəlmiş 

İstanbul  Bəyannaməsi  imzalandı.  2002-ci  il  av-

qustun 18-də Sənqəçal terminalında “Bakı-Tbilisi-

Ceyhan”  Əsas  İxrac  Boru  Kəmərinin  təməli 

qoyuldu.  Bu  böyük  layihə  artıq  reallığa  çevril-

mişdir.  “Bakı-Tbilisi-Ceyhan”  Əsas  İxrac  Boru 

Kəməri dünyada bənzəri olmayan mühəndis qur-

ğusudur.  Bu  layihə  Şərq-Qərb  enerji  dəhlizinin 

əsasını təşkil edir. Ümumi uzunluğu 1762 km olan 

kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri 

Gürcüstan, 1070 kilometri isə Türkiyə ərazisindən 

keçir. Kəmər ildə 50 milyon ton, sutkada isə 1 mil-

yon  barrel  xam  neft  ötürmək  qabiliyyətindədir. 

Ümummilli  lider  Heydər  Əliyevin  bu  layihənin 

gerçəkləşdirilməsində 

əvəzsiz 


xidmətləri 

qiymətləndirilərək  “Bakı-  Tbilisi-Ceyhan”  Əsas 

İxrac  Boru  Kəmərinə  onun  adı  verilmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin  fərmanı 

ilə hər il sentyabr ayının 20-si Neftçilər Günü kimi 

qeyd olunur.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin