275
Ə d ə b i y y a t
Xəlilzadə, F. Əbədi
şöhrətin işığı [Mətn] /Flora
Xəlilzadə //Mədəni həyat.-
2012.- №9.- S.5-8.
Qocayev, Ə. 18 sentyabr -
Milli Musiqi Günü [Mətn]
//Qocayev Ə. Bayramlar və
tarixi günlər.- Bakı, 2006.-
S.23.
Rafiqqızı, N. 18 sentyabr
-Milli Musiqi günüdür:
Milli musiqimiz öz inkişaf
zirvəsinə görə Üzeyir
Hacıbəyova borcludur
[Mətn]/Nisə Rafiqqızı
// Olaylar.- 2010.- 17 sent-
yabr.- S.11
Zərbəliyev, C. Üzeyir mu-
siqisinin işığında. 18 sent-
yabr - Milli Musiqi Günü
təntənəli şəkildə qeyd olun-
du [Mətn] /C.Zərbəliyev//
Mədəniyyət.- 2013.- 20
sentyabr.- S.3.
www.anl.az
Tarixdə bu gün
Milli Musiqi Günü
1995
SENTY
ABR
18
Sentyabr ayının 18-də Azərbaycan
xalqının dahi oğlu, musiqi mədəniy-
yətimizin korifeyi Üzeyir bəy
Hacıbəylinin doğum günüdür.
XX əsrin 70-80-ci illərində maest-
ro Niyazinin təşəbbüsü ilə həmişə bu
günü dahi bəstəkarın anadan oldu-
ğu gün kimi respublikamızda xüsusi
təntənə ilə qeyd edilirdi. Ötən əsrin 90-
cı illərində hər şeyin bir-birinə dəydiyi
vaxtda bu ənənə də unuduldu. Dahi
sənətkarın özfəaliyyət səviyyəsində
xatırlanması, həqiqətən, narahatlıq do-
ğururdu.
Unudulmaz Niyazinin təşəbbüsü
1995-ci ildə ulu öndər Heydər Əliyevin
dahi bəstəkarın anadan olmasının 110
illik yubileyi ərəfəsində imzaladığı 18
sentyabrın Milli Musiqi Günü kimi
qeyd olunması haqqında fərmanı ilə
rəsmi status aldı. Bu nəcib qərar bütün
insanların, musiqisevərlərin ürəyincə
oldu.
Ü.Hacıbəyli bəstəkar, alim, ya-
zıçı, publisist və siyasi xadim kimi
çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə
ilk operanın banisi kimi də məşhurdur.
Məhz onun fədakar əməyi sayəsində
Azərbaycan milli opera sənətinin tari-
xi Ü.Hacıbəylinin “Leyli və Məcnun”
operası ilə başlandı.
Bütün ömrü boyu Azərbaycan
mədəniyyətinə, musiqisinə xidmət
edən bu unudulmaz şəxsiyyət 300-dən
çox xalq mahnısını nota salmış, marş,
kantata, fantaziya, mahnı və romanslar,
kamera və xor əsərlərini yazmışdır.
Azərbaycan və dünya musiqi
mədəniyyətinin inkişafında misil-
siz xidmətləri olmuş Ü.Hacıbəylinin
anadan olmasının 100 illik yubileyi
YUNESKO-nun qərarı ilə beynəlxalq
miqyasda qeyd olunmuşdur.
Bu gün Azərbaycan musiqi-
si əsl çiçəklənmə dövrünü yaşayır.
Ölkəmizdə davamlı olaraq keçirilən
beynəlxalq musiqi festivalları, müxtəlif
müsabiqələr bütövlükdə, Azərbaycan
mədəniyyətinin, Azərbaycan musiqi-
sinin daha geniş miqyasda təbliğinə
xidmət edir.
Üzeyir Hacıbəylinin taleyində
ən möhtəşəm səhifə bir də odur ki,
bəstəkar Azərbaycan Dövlət himninin
müəllifidir. Bu gün Azərbaycan bayra-
ğı məhz həmin himnin sədaları altın-
da dünyanın ən mötəbər salonlarında
ucalır, səhərlərimiz, həmçinin, bütün
tədbirlərimiz bu himnin sədaları ilə
başlayır.
Ü.Hacıbəylinin kimliyi barəsində
düşünərkən ilk növbədə, bu dahi insa-
nın öz sözləri yada düşür: “Bəşəriyyət
tarixində elə şəxslər var ki, onlar özləri
üçün anadan olmayıblar, bəlkə bütün
xalqa və hətta ümuminsaniyyətə xeyir
gətirmək və tərəqqisinə səbəb olmaq
üçün yaranıblar. Bu cür adamlar nəinki
sağlığında, bəlkə öləndən sonra da ca-
maata mənfəət verirlər”.
|