Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə331/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   327   328   329   330   331   332   333   334   ...   507
Ə d ə b i y y a t

Hidayətqızı, S. Akademik 

İzzət Orucova: İnsanlıq, 

qadınlıq, alimlik ünvanı 

[Mətn] /S.Hidayətqızı  

//525-ci qəzet.- 2012.- 5 

oktyabr.- S.7.

Hüseynova, H. Əsl 

ziyalı ömrü [Mətn] 

/H.Hüseynova //Respubli-

ka.- 2010.- 26 dekabr.- S.5.

Məhərrəmova, T. 

Azərbaycanın ilk 

kino aktrisası [Mətn] 

/T.Məhərrəmova //Kaspi.- 

2011.- 16 sentyabr.- S.15.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.az.wikipedia.org

www.e-qanun.az

9

Akademik


271

Kimya.Biologiya.Tibb

100 

illiyi

Validə Tutayuq

1914-1980

SENTY

ABR

  Validə  Xaspolad  qızı  Tutayuq 

1914-cü il sentyabr ayının 23-də  Şu-

şada doğulmuşdur. 

1930-cu  ildə  Azərbaycan  Kənd 

Təsərrüfatı  İnstitutunun  bağçılıq  və 

bostançılıq fakültəsinə qəbul olunmuş-

dur. 


1932-ci  ildə  institutda  preparator 

vəzifəsinə qəbul edilən V.Tutayuq elə 

bu  vaxtdan  etibarən  axşam  təhsili  ilə 

yanaşı əmək fəaliyyətinə başlamışdır. 

1934-cü  ildə  aspiranturaya  qəbul 

olunmuş  və    K.A.Timiryazev  adına 

Moskva Kənd Təsərrüfatı Akademiya-

sına ezam edilmişdir. Sonralar doğma 

institutuna qayıtmış  və  1939-cu  ildən 

Botanika  kafedrasına  başçılıq  etmiş-

dir. 

1949-cu  ildə  doktorluq  dissertasi-



yası  müdafiə  edərək,  35  yaşında  bio-

logiya elmləri doktoru elmi dərəcəsini 

alan ilk azərbaycanlı qadın olmuşdur. 

1957-ci ildə Azərbaycan EA Botanika 

İnstitutuna direktor təyin olunmuşdur. 

O,  geniş  profilli  botanika  və  bio-

logiya  üzrə  milli  kadrların  hazırlan-

ması  üçün  Azərbaycan  dilində  ilk 

dərsliklərin müəllifidir. 

1968-1972-ci  illərdə  Validə  Tuta-

yuqun rəhbərliyi ilə Azərbaycanın qış 

və  yay  otlaqlarının  geniş  geobotaniki 

tədqiqi aparılmışdır. 

Validə Tutayuq 250-dən artıq elmi 

əsərin, o cümlədən, 10 dərsliyin, 9 mo-

noqrafiyanın müəllifidir. 

Validə Tutayuqun məhsuldar elmi-

tədqiqat işi və ictimai fəaliyyəti hökumət 

tərəfindən  yüksək  qiymətləndirilmiş, 

“Şərəf  nişanı”,  “Oktyabr  İnqilabı” 

ordenləri  və  bir  sıra  medallarla  təltif 

edilmişdir. 

1974-cü  ildə Azərbaycan  SSR Ali 

Sovetin fərmanı ilə “Əməkdar elm xa-

dimi” fəxri adına layiq görülmüşdür. 

1939-1980-ci  illərdə  AKTİ-nin 

botanika  kafedrasının  müdiri,  dekan, 

prorektor,  Azərbaycan  EA  Botani-

ka  İnstitutunun  Anatomiya  və  mor-

fologiya  laboratoriyasının  müdiri, 

direktoru  vəzifələrində  çalışmışdır. 

Elmi-tədqiqatı,  əsasən,  Azərbaycan 

dendroflorasının,  çiçəyin  teratologi-

yasının öyrənilməsinə həsr edilmişdir. 

1950-ci  ildə  Monrealda  Botaniklərin 

9-cu  Beynəlxalq konqresində  məruzə 

etmişdir.

1968-ci  ildən  Azərbaycan  EA-nın 

həqiqi üzvü idi.

Validə  Tutayuq  1980-ci  il  noyabr 

ayının 12-də Gəncə şəhərində vəfat et-

mişdir.



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin