272
90
illiyi
Ulduz Kəngərli
1924
SENTY
ABR
Ulduz Səttar oğlu Kəngərli
(Kəngərlinski) 1924-cü il sentyabr
ayının 28-də İrəvanda anadan olmuş-
dur.
1941-ci ildə 9-cu sinfi bitirdikdən
sonra, artilleriya hərbi məktəbinə da-
xil olmuş, sonra zabit rütbəsində Ш
Ukrayna cəbhəsinə göndərilmişdir.
1947-ci ildə ordu sıralarından qa-
yıtdıqdan sonra, Azərbaycan Sənaye
İnstitutuna daxil olmuş, 1952-ci ildə
(indiki Neft Akademiyası) Ener-
getika fakültəsini, 1958-ci ildə isə
Azərbaycan EA-nın aspiranturanı
bitirmiş, namizədlik dissertasiyası-
nı müdafiə etmiş və texnika elmləri
namizədi alimlik dərəcəsini almışdır.
1958-1961-ci illərdə Sumqayıt
şəhərindəki Elmi-Tədqiqat “Neftkim-
yaavtomat” Layihə İnstitutunda şöbə
müdiri və Elmi-Tədqiqat Neft İnstitu-
tunda laboratoriya rəhbəri işləmişdir.
1961-ci ildə Azərbaycan Politexnik
İnstitutunda (indiki Texniki Universi-
tet) onun rəhbərliyi ilə radiotexnika,
elektronika və rabitə kafedrası təşkil
edilmişdir. Bu sahədə onun ilkin ya-
ratdığı kafedra əsasında 7 yeni ka-
fedra təşkil edilmiş və universitetdə
iki radiotexnika və telekommunika-
siya və rabitə fakültələri fəaliyyət
göstərmişdir.
Alim radioelektronika sahəsində
tədqiqatlar aparmış, 17 dərslik və dərs
vəsaitinin 218 elmi əsərin, 12 ixtiranın
müəllifidir. 1983-cü ildə çap olunmuş
“Rusca-azərbaycanca-ingiliscə ra-
dioelektronika terminləri lüğəti”nin
(Cəmilə Kəngərli ilə birlikdə)
müəllifidir. Ulduz Kəngərlinin yerinə
yetirdiyi
elmi-tədqiqat
işlərinin
nəticələri respublikanın müxtəlif
sənaye müəssisələrində geniş tətbiq
edilmişdir.
Ulduz müəllim respublikada elmi-
pedaqoji kadrların hazırlanmasına
xüsusi diqqət yetirmiş, kafedranın
əməkdaşlarının elmi səviyyələrinin
artmasına şərait yaratmışdır.
Azərbaycan
Respublikasında
rabitə və informasiya texnologiyala-
rı sahəsində böyük xidmətlərinə görə
Böyük Vətən müharibəsi veteranı (bir
sıra orden və medallarla təltif edilmiş-
dir), əmək veteranı, texnika elmləri
doktoru (1969), professor (1970) Ul-
duz Səttar oğlu Kəngərli 2008-ci ildə
Azərbaycan Respublikası Prezidenti-
nin fərdi təqaüdünə layiq görülmüş-
dür.
Dostları ilə paylaş: