269
Cəlal Allahverdiyev
1929
Akademik
85
illiyi
Riyaziyyat.Fizika.Astronomiya
SENTY
ABR
17
Cəlal Eyvaz oğlu Allahverdiyev
1929-cu il sentyabr ayının 17-də Şuşa
şəhərində anadan olmuşdur.
O, 1951-ci ildə Azərbaycan Dövlət
Universitetini (indiki BDU) bitirmiş,
Mstislav Keldışın rəhbərliyi ilə Mosk-
va Dövlət Universitetinin aspirantı ol-
muş, 1957-ci ildə namizədlik disserta-
siyasını, 1968-ci ildə SSRİ EA Tətbiqi
Riyaziyyat İnstitutunda doktorluq dis-
sertasiyasını müdafiə etmişdir.
SSRİ AAK tərəfindən ona 1969-cu
ildə professor elmi adı verilmişdir.
Cəlal Allahverdiyev 1957-1960-cı
illərdə Azərbaycan Dövlət Universi-
tetinin fizika-riyaziyyat fakültəsində
əvvəlcə müəllim, sonra isə baş müəllim
işləmişdir.
1960-cı ildə Azərbaycan SSR EA-da
yeni yaradılmış Hesablama Mərkəzində
şöbə müdiri, sonra isə elmi işlər üzrə
direktor müavini vəzifələrində çalış-
mışdır.
1960-cı ildən AMEA Kiberneti-
ka İnstitutunun “İdarəetmənin riyazi
məsələləri” laboratoriyasının müdiri-
dir. 1969-1970-ci illərdə Azərbaycan
SSR EA Kibernetika İnstitutunda elmi
işlər üzrə direktor müavini, 1970-1988-
ci illərdə həmin institutda direktor
vəzifəsində çalışmışdır. 1988-1994-cü
illərdə Bakı Dövlət Universitetinin elmi
işlər üzrə prorektoru işləmişdir. 1994-cü
ildən bu universitetin tətbiqi riyaziyyat
və kibernetika fakültəsinin Əməliyyatlar
tədqiqi və riyazi modelləşdirmə kafed-
rasının müdiridir. 1975-ci ildə ABŞ,
1976-cı ildə isə Böyük Britaniyanın
bir sıra universitetlərində mühazirələr
oxumuşdur. 1996-cı ildə Hindistan,
1997-ci ildə isə Argentinada keçirilmiş
məktəblilərin Beynəlxalq riyaziyyat
olimpiadasında Azərbaycan komanda-
sının rəhbəri olmuşdur. 1998-2000-ci
illərdə İstanbul Universitetində çalış-
mışdır.
Azərbaycan Sovet Ensiklopediyası-
nın elmi redaksiya şurasının üzvü ol-
muşdur.
Onun ən məşhur elmi nəticəsi Al-
lahverdiyev teoremi adı altında bir çox
kitablara, o cümlədən funksional analiz
dərsliklərinə salınmışdır.
Cəlal Allahverdiyevin Milli Avia-
siya Akademiyasının elmi məqalələr
jurnalında tələbələri ilə birgə dərc edil-
miş bir sıra əsərlərində kompyuterlərin
iş prinsiplərinin nəzəri əsaslarının
araşdırılması, təkmilləşdirilməsi, təbii
dillərdə, o cümlədən Azərbaycan
dilində
kompyuterlə
ünsiyyət
mexanizmlərinin işlənib hazırlanması
və Azərbaycan dilinin qrammatikasının
təkmilləşdirilməsi, Azərbaycan dilinin
formal qrammatikasının yaradılması
istiqamətində fundamental məsələlər
araşdırılmışdır.
Dünya şöhrətli alim 1972-ci ildə
Azərbaycan Respublikasının Dövlət
Mükafatına layiq görülmüş, həmin ildə
AMEA-nın müxbir üzvi, 2001-ci ildə
isə həqiqi üzvi seçilmişdir.
Dostları ilə paylaş: