Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə321/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   317   318   319   320   321   322   323   324   ...   507
21

55 

illiyi

Ədəbiyyatşünas


262

7

Milli ədəbiyyat

Ülvi Bünyadzadə

1969-1990

SENTY

ABR

Ülvi Yusif oğlu Bünyadzadə 1969-cu 

il  sentyabr  ayının  23-də  Göyçə  maha-

lının  Basarkeçər  rayonunun  Kəsəmən 

kəndində, ziyalı ailəsində dünyaya göz 

açmışdır. 

12-13  yaşlarından  sonra,  ümumiy-

yətlə,  bütün  şagirdlik  həyatı  boyun-

ca  vaxtaşırı  olaraq  şeirləri,  müxtəlif 

səpgili  bədii  və  publisistik  yazıları 

ilə  “Daşkəsən”  qəzetində  çıxış  etmiş-

dir.  Eyni  zamanda,  rayonda  fəaliyyət 

göstərən “Qoşqar” ədəbi birliyinin üzvü 

olmuşdur. 

1987-ci  ildə  SSRİ-nin  50  illiyi  adı-

na  APXDİ-nin  ingilis  dili  fakültəsinə 

daxil  olmuşdur.  Ülvi  ərəb,  fars,  latın, 

özbək  dillərində  (sərbəst  öyrənməklə) 

yazıb-oxumağı, ingilis, rus dillərini isə 

mükəmməl bilirdi.

1988-ci ilin iyunundan 1989-cu ilin 

sentyabrına  qədər  hərbi  xidmətdə  ol-

muşdur. 

10 sentyabr 1989-cu ildə Ana torpağı, 

doğma xalqı qarşısında övladlıq borcu-

nu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini 

vicdan  borcu  bilərək  öz  müqəddəs 

“And”ını yazmışdı.

Ülvi  Bünyadzadə  Xarici  Dillər  İns-

titutunda Azərbaycan  Xalq  Cəbhəsinin 

dayaq dəstəsinin və Şimali Azərbaycan 

Azad  Tələbələr  İttifaqının  (ŞAATİ) 

yaradılmasında  fəal  iştirak  edirdi.  O, 

AXC-nin  institutdakı  dayaq  dəstəsinin 

fəaliyyət  proqramını  hazırlayanlardan 

biri olmuşdur.

Ülvi 1990-cı il yanvar ayının 19-da, 

gecə Bakıya girən Sovet ordusunun yo-

lunu  kəsmiş,  dinc  piketin  gülləbaran 

edilməsinə dözməyərək, sinəsini xalqı-

na tuşlanmış gülləyə sipər etmiş və saat 

00.20-də həlak olmuşdur. Yanvarın 20-

də axşamüstü dostları, tələbə yoldaşları 

və  müəllimləri  onun  cəsədini  Semaş-

ko  adına  xəstəxanadan  tapdılar.  Ülvi 

Bünyadzadə  Bakıda  Şəhidlər  Xiyaba-

nında 40-cı qəbirdə dəfn olunmuşdur.

Ülvinin  əsərlərinə  200-dən  çox  şe-

iri,  “Ömür  yolu”  poeması  və  “Qansız-

lar” povesti (Hər iki əsər Əfqanıstanda 

döyüşən  həmvətənlərimizə  həsr  olu-

nub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-

yə yaxın dünya ədəbiyyatından orijinal 

tərcümələr (ingilis və rus dillərindən), 7 

ədəbi  və  ictimai  məzmunda  məqaləsi, 

bibisi  Almaza,  dostları  Məhəbbət  və 

Cavidə  yazdığı  xeyli  məktubları  və  s. 

yazıları daxildir.

Ülvinin son illər yaşadığı küçəyə (ba-

basının  evi  yerləşən  küçəyə)  onun  adı 

verilib.  Həmin  evin  divarına  barelyef-

lövhə vurulmuşdur.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   317   318   319   320   321   322   323   324   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin