282
2
Milli ədəbiyyat
65
illiyi
İsa Həbibbəyli
1949
OKTY
ABR
İsa Əkbər oğlu Həbibov (Həbibbəyli)
1949-cu il oktyabr ayının 16-da Naxçı-
van Muxtar Respublikası Şərur rayonu-
nun Danzik kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Pedaqoji İnsti-
tutu Naxçıvan filialının dil-ədəbiyyat
fakültəsini fərqlənmə diplomu ilə bi-
tirmişdir. 1971-ci ildən Şərur rayo-
nunda kənd orta məktəbində müəllim
işləmişdir.
1975-ci ildən Naxçıvan Dövlət
Universitetində müəllim, dosent, elmi
işlər üzrə prorektor vəzifələrində çalış-
mışdır.
1996-cı ildən 2013-cü ilin aprel
ayınadək Naxçıvan Dövlət Universiteti-
nin rektoru olmuşdur.
2013-cü
ilin
aprel
ayından
Azərbaycan Milli Elmlər Akademiyası-
nın vitse-prezidentidir.
Yeni Azərbaycan Partiyasının üzvü-
dür. Filologiya elmləri doktoru, profes-
sordur (1997).
2001-ci ildə AMEA-nın müxbir
üzvü, 2003-cü ildə isə həqiqi üzvü seçil-
mişdir. 2001-ci ildən Nyu-York Elmlər
Akademiyasının həqiqi üzvüdür.
2006-cı ildə BMT yanında Beynəl-
xalq İnformasiyalaşdırma Akademiya-
sının həqiqi üzvü, 2010-cu ildə Ame-
rika Bioqrafiya İnstitutunun akademiki
seçilmişdir.
400-dən çox elmi məqalənin, 12
monoqrafiyanın, bir orta məktəb
dərsliyinin, 28 broşüranın, 21 tərtib ki-
tabının müəllifidir. Əsərləri Azərbaycan
dilindən başqa ingilis, fransız, rus,
türk, ərəb, fars, urdu, bolqar və macar
dillərində çap olunmuşdur.
Birinci və ikinci çağırış Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin de-
putatı olmuşdur.
Üçüncü çağırış Azərbaycan Respub-
likası Milli Məclisinin deputatı olmuş-
dur (2005-2010). Hal-hazırda dördüncü
çağırış Azərbaycan Respublikası Milli
Məcilisinin deputatıdır. Milli Məclisin
Elm və təhsil məsələləri daimi komis-
siyasının üzvüdür. Azərbaycan-Belçika,
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri,
Azərbaycan-Pakistan,
Azərbaycan-
Yaponiya parlamentlərarası əlaqələr
üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Yazıçılar Birliyinin
və Jurnalistlər İttifaqının üzvüdür.
Azərbaycan Respublikasının Əməkdar
elm xadimi (1999), “Şöhrət” orde-
ni (2007) və “Şərəf” ordeni (2009) ilə
təltif olunmuş, “Ankara Universitetinin
fəxri dostu” (1999) və Amerika Bioq-
rafiya İnstitutu tərəfindən “İlin adamı”
seçilmiş (2001), Türkiyə Cümhuriyyəti
Dil Qurumunun “Üstün hizmət Bara-
tı” (2004), Beynəlxalq İnformasiyalaş-
dırma Akademiyasının “İnformasiya
aləminin elitası” diplomuna və “Elmi
istiqamətin rəhbəri” medalına (2009),
layiq görülmüşdür.
Hazırda Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Ədəbiyyat
İnstitutunun direktoru, həm də Elmi Şu-
rasının sədridir.
Dostları ilə paylaş: