284
Folklor
120
illiyi
Aşıq Veysəl
1894-1973
OKTY
ABR
Anadolu aşıq məktəbinin son ma-
gikanlarından olan Veysəl Şatıroğlu
1894-cü il oktyabr ayının 25-də Siva-
sın Sivirlan kəndində anadan olmuş-
dur.
Veysəl yeddi yaşa girəndə Sivasda
çiçək xəstəliyindən sol gözünü itir-
miş, sağ gözünə isə pərdə gəlmişdir.
Bir təsadüf üzündən Veysəlin azacıq
da olsa görən gözünə atasının əlindəki
budaq parçası girmiş və dünya işığın-
dan tamam məhrum olmuşdur.
Veysəli iztirablardan qurtarmağa
çalışan atası Əhməd Yunus İmrə, Pir
Sultan Abdal, Qaracaoğlan, Əmrah,
Dadaloğlu kimi ozanların şeirlərini oğ-
luna öyrətmiş və dərdini azca da olsa
unudacağı ümidi ilə ona bir saz almışdı.
Kiçik yaşlarından Veysəli saz çalmağa,
söz qoşmağa həvəsləndirmişdi. Saz
onun sevincinin, kədərinin, məhəbbət
və iztirablarının tərcümanı olmuşdur.
O, sənətdə öz sözünü demiş,
aşıq ifaçılığına yeni nəfəs, yeni ruh
gətirmişdir. Sevilib-seçilib əsl xalq
aşığı olmuşdu. Deyirlər ki, aşıq gör-
düyünü çağırar. Aşıq gərək el-obanı
qarış-qarış, addım-addım gəzsin,
təbiət gözəlliklərini, gözəlləri vəsf et-
sin. Aşıq Veysəl isə gördüyünü yox,
duyduğunu, hiss etdiyini tərənnüm
etmişdir. 1944-cü ildə “Deyişmələr”,
1950-ci ildə “Sazımdan səslər”, 1970-
ci ildə “Dostlar məni xatırlasın” kitab-
ları işıq üzü görmüşdür. Ölümündən
sonra bütün şeirləri təkrar-təkrar nəşr
olunmuşdur.
Aşıq Veysəl 1973-cü ildə, indi
muzeyə çevrilən evində dünyasını
dəyişmişdi. İztirablarını, ağrı və acı-
larını yaşaya-yaşaya sehirkar tellərdə
səsləndirən Aşıq Veysəl yanğılı səsi ilə
ürəklərdə qaldı. Aşıq həmişə xatırla-
nıb, xatırlanır və xatırlanacaq.
Dostları ilə paylaş: