Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə350/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   346   347   348   349   350   351   352   353   ...   507
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn] 

/M.Y.Lermontov.- Bakı: 

Öndər nəşriyyatı, 2005.- 

520 s. 

Aşıq Qərib [Mətn]: 

nağıl /M.Y.Lermontov; 

red. M.Namaz; tərc. ed. 

Ə.Yusifoğlu.- Bakı: Gənclik, 

1981.- 23 s. 

Sevirəm Qafqazı mən 

[Mətn] /tərc. ed. M.Rahim 

və b.- Bakı: Gənclik, 1988.-

181 s. 

Qurbanov,  Ş. Lermontov  

və Azərbaycan  ədəbiyyatı 

[Mətn] /Ş.Qurbanov.- Bakı: 

Maarif, 1976.- 66 s.

Lermantov Mixail Yuryeviç 

[Mətn] //Azərbaycan Sovet 

ensiklopediyası:10 cilddə.-

Bakı, 1982.- C.VI.- S.206-

207.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

en.wikipedia.org

russiapedia.rt.com 

15

Rus şairi


286

18

Teatr.Kino

65 

illiyi

Vaqif İbrahimoğlu 

1949-2011

 

OKTY

ABR

Vaqif İbrahim oğlu Həsənov (İbrahi-

moğlu)  1949-cu il oktyabr ayının 18-də 

Bakı şəhəri Mərdəkan qəsəbəsində ana-

dan olmuşdur. 

1967-ci  ildə  Azərbaycan  Dövlət 

Mədəniyyət  və  İncəsənət  İnstitutunun 

dram və kino aktyorluğu fakültəsinə da-

xil olmuş, 1972-ci ildə həmin institutu 

bitirmişdir. 

1973-1976-cı  illərdə  Azərbaycan 

Dövlət Gənc Tamaşaçılar Teatrında akt-

yor kimi çalışmışdır.

1976-1979-cu  illərdə  Azərbaycan 

Teatr Cəmiyyətinin nəzdindəki Eksperi-

mental Teatr Studiyasında, 1979-1982-

ci illərdə Tədris Teatrında bədii rəhbər, 

1982-1989-cu  illərdə  isə  Azərbaycan 

Dövlət  Musiqili  Komediya  Teatrın-

da  baş  rejissor  vəzifəsində  fəaliyyət 

göstərmişdir. 

Sənətkar bir rejissor kimi fəaliyyətə 

Eksperimental Teatr Studiyasından baş-

lamışdır. Gənc, istedadlı rejissorun stu-

diyaçılığa  meyli  onun  eksperimental, 

yenilikçi,  qeyri-standart  rejissurası  ilə 

izah olunmalıdır. V.İbrahimoğlunun stu-

diyaçılıq  meyli  yaradıcılığının  sonrakı 

dönəmlərində də özünü göstərir. Rejis-

sor elə ilk işi olan “Əhvalat vaqe olur”, 

Cəlil Məmmədquluzadənin “Yığıncaq” 

və  Cəfər  Cabbarlının  “Yaylağa  gedir” 

bir pərdəli komediyalarının kompozisi-

yaları ilə seçdiyi sənət istiqamətini, ya-

radıcı iddialarını bəyan etdi. 

Sənətkar hələ Aktyor Evində başla-

dığı  teatr  eksperimentlərini,  axtarışla-

rını  davam  etdirirdi.  Rejissorun  milli 

teatr  poetikasını  yaratmaq  arzusu  və 

bu  yolda  mətin  mübarizəsi  artıq  fərqli 

konsepsiya  ilə  işləyən,  fərqli  bədii-

estetik  prinsiplərə  söykənən  yeni  bir 

teatrın  yaranmasını  zərurətə  çevirdi. 

V.İbrahimoğlunun  yaradıcılığını  teatr 

fəaliyyətinə  başladığı  ilkin  dövrdən 

etibarən məhz Yuğ tipli, Yuğ amallı bir 

teatrın yaradılmasına doğru bir yol kimi 

dəyərləndirmək olar. Nəhayət, bu axta-

rışlar  teatr  prosesimizin  avanqardında 

dayanan  V.İbrahimoğlunun  öz  teatrını 

yaratması  ilə  nəticələndi.  1989-cu  ildə 

Həsənağa Turabovun təşəbbüsü və ya-

xından köməkliyi nəticəsində Akademik 

Milli  DramTeatrının  nəzdində  “Yuğ” 

Teatr-Studiyası açıldı. 1992-ci il 18 okt-

yabr tarixində bu studiya dövlət statusu 

aldı. Yarandığı ildən Vaqif İbrahimoğlu 

teatrın  bədii  rəhbəri  vəzifəsində  çalış-

mışdır. 

Vaqif İbrahimoğlu “YUĞ” teatrında 

1989-cu  ildən  həyatının  sonuna  qədər 

90-a yaxın tamaşaya quruluş vermişdir. 

Onun quruluş verdiyi son tamaşa Dövlət 

Akademik Dram Teatrında “Sərgüzəşti-

vəziri-xani-Lənkəran” tamaşası olmuş-

dur. 


1991-ci  il  may  ayının  22-də 

“Azərbaycan Respublikasının Əməkdar 

incəsənət xadimi” fəxri adı ilə təltif olun-

muşdur. 2006-cı ildən Azərbaycan Res-

publikası Prezidentinin fərdi təqaüdünü 

alırdı. 


Vaqif  İbrahimoğlu  2011-ci  il  may 

ayının 12-də Bakıda vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin