283
Milli ədəbiyyat
60
illiyi
Alxan Bayramoğlu
1954
OKTY
ABR
Alxan Bayram oğlu Məmmədov
(Alxan Bayramoğlu) 1954-cü il okt-
yabr ayının 22-də Qazax rayonunun Bi-
rinci Şıxlı kəndində anadan olmuşdur.
1977-ci ildə Azərbaycan Dövlət Peda-
qoji İnstitutunun (indiki Azərbaycan
Dövlət Pedaqoji Universiteti) filologiya
fakültəsini bitirmişdir.
O, 1982-1984-cü illərdə Azərbaycan
Elmlər Akademiyasının (indiki AMEA)
Nizami adına Ədəbiyyat institutu-
nun aspirantı olmuş və 1986-cı ildə
namizədlik dissertasiyası müdafiə etmiş-
dir. Azərbaycan ədəbiyyatşünaslığında
klassik sənətkarın elmi tərcümeyi-
halının yazılması istiqamətində elmi
tədqiqat işi ilk dəfə bu dissertasiyada
yerinə yetirilmişdir. A.B.Məmmədov
1991-1993-cü illərdə AMEA Nizami
adına Ədəbiyyat İnstitutunun doktoran-
tı olmuşdur. Onun 1998-ci ildə müdafiə
etdiyi “Şamaxı ədəbi mühiti (XIX əsrin
ortalarından mart 1918-ci ilə qədər)”
mövzusunda doktorluq dissertasiya-
sı Azərbaycan ədəbiyyatının regional
tədqiqi istiqamətində atılan ilk addım-
dır.
Görkəmli alim 2002-ci ildən AMEA
Nizami adına Ədəbiyyat İnstitutunun
nəzdində fəaliyyət göstərən doktorluq
üzrə dissertasiya şurasının, 2006-cı ildən
isə həm də Bakı Dövlət Universitetinin
nəzdində fəaliyyət göstərən doktorluq
üzrə dissertasiya şurasının seminarının
üzvüdür.
Alxan
Bayramoğlu
XX
əsr
Azərbaycan ədəbiyyatı tarixinin ak-
tual problemlərinin, o cümlədən bö-
yük mollanəsrəddinçi şairimiz Mirzə
Ələkbər Sabirin həyat və yaradıcılığı-
nın öyrənilməsi sahəsində müntəzəm və
ardıcıl tədqiqat aparan ədəbiyyatşünas
alimlərimizdəndir.
Onun Azərbaycan Demokratik
Respublikası dövründə ədəbi fikrin
əsas istiqamətlərinə dair çap etdirdi-
yi monoqrafiyalar Azərbaycan Xalq
Cümhuriyyəti dövrü ədəbiyyatımıza
həsr edilmiş ilk monoqrafik tədqiqat
nümunələridir. AMEA-nın Nizami adı-
na Ədəbiyyat institutunda hazırlanan
çoxcildlik “Azərbaycan ədəbiyyatı
tarixi”nin V cildinin redaksiya heyətinin
üzvü və əsas müəlliflərindən biridir.
Bu
gün
ədəbiyyatşünaslığa,
mətbuatşünaslığa dair faydalı və
məhsuldar araşdırmaları ilə tanınmış
alim Alxan Bayramoğlu 530-dan çox
elmi məqalə, 13 monoqrafiya, 6 kitab
(tərtib, ön söz, lüğət və şərhlərlə) və ali
məktəblər üçün 2 dərs vəsaiti, 6 tədris
proqramı nəşr etdirmişdir.
Professor Alxan Bayramoğlunun
2010-cu ildə “Elm” nəşriyyatında çapdan
çıxan və M.Ə.Sabirin elmi tərcümeyi-
halı, Sabir və ümumazərbaycan mədə-
niyyəti problemi, şairin əsərlərinin
nəşri və tədqiqi məsələlərinə həsr
edilmiş müxtəlif vaxtlarda ayrı-ayrı
məcmuələrdə, jurnallarda, qəzetlərdə
işıq üzü görmüş məqalələrdən tərtib
olunmuş “Bənzərəm bir qocaman dağa
ki...” kitabı Azərbaycan Respublikasının
Dövlət mükafatına layiq görülmüşdür.
Dostları ilə paylaş: