285
Dünya ədəbiyyatı
200
illiyi
Mixail Yuryeviç Lermontov
1814-1841
OKTY
ABR
Mixail Yuryeviç Lermontov 1814-
cü il oktyabr ayının 15-də Moskvada
anadan olmuşdur.
Şairin uşaqlıq illəri nənəsinin
malikanəsində - Tarxanı kəndində
keçmişdir. Qohumları ilə Qafqaza
səfərləri (1818, 1820, 1825) Lermon-
tovun xatirəsində silinməz izlər burax-
mışdır.
1828-ci ildə Moskva Əsilzadələr
Pansionuna daxil olmuş və 1828-ci
ildə “Çərkəzlər”, “Dəniz qulduru”,
“Qafqaz əsiri”, 1829-cu ildə “Cani”,
“Demon” poemalarını, bir çox lirik
şeirlərini burada yazmışdır. Moskva
Universitetindəki təhsil illəri (1830-
1832) Lermontovun formalaşmasın-
da əhəmiyyətli rol oynamışdır. Bu
illərdə Lermontov mövzusu Puqaçov
hərəkatından alınmış “Xadim” (1832)
tarixi romanı üzərində işləmiş, “İsma-
yıl bəy”, “Hacı Abrek” (1833-1834)
romantik poemalarını və “Qəribə
adam” (1831) dramını yazmışdır.
A.S.Puşkinin ölümünə həsr etdiyi
“Şairin ölümünə” (1837) şeiri Ler-
montovun yaradıcılığında həlledici
rol oynamışdır. M.Y.Lermontov dos-
tu S.Rayevskiyə yazdığı məktublarda
Qafqaz təəssüratlarını onunla bölüşür.
O,
Tiflisdə
olarkən
“tatar
(azərbaycanlı) alim Əli və Əhməd”lə
tanış olduğunu, Şuşa (yəqin ki, Şəki),
Quba, Qusar və Şamaxını gəzdiyini,
yerli əhali ilə ünsiyyətini və hətta
fransız dili Avropada vacib olduğu
qədər Asiyada geniş işlənən tatar di-
lini öyrənməyə başladığını da vurğu-
layırdı. O, Azərbaycan dilini yüksək
qiymətləndirmişdir. Əsərlərində çox-
lu Azərbaycan sözünə təsadüf olunur.
Lermantovun “İsmayıl bəy”, “Hacı
Abrek”, “Fərari”, “Demon”, “Mtsıri”
romantik poemaları Qafqaz material-
ları əsasında yazılmışdır.
Dəfələrlə Qafqaza səyahət edən
şair,
dramaturgiyamızın
banisi
M.F.Axundovla yaxından tanış ol-
muş və məhz onun yaxından köməyi
nəticəsində məşhur məhəbbət dastanı-
mız “Aşıq Qərib”i “Türk nağılı” adı
ilə yazıya almışdır. M.Y.Lermontov
rus ədəbiyyatında realist rus sosial-
psixoloji roman janrının əsasını qoy-
muş və “Zəmanəmizin qəhrəmanı” ro-
manını qələmə almışdır. Bu əsər 1908-ci
ildə Azərbaycan türkcəsinə çevrilmiş-
dir. Bu mövzudan təsirlənən tanınmış
şair və yazıçımız, rus ədəbiyyatının
gözəl bilicisi və tərcüməçisi Abdulla
Şaiq isə Azərbaycan həqiqətlərini əks
etdirən “Əsrimizin qəhrəmanı” roma-
nını yazmışdır.
“Zəmanəmizin qəhrəmanı”, “Mas-
karad“ və s. əsərləri ekranlaşdırıl-
mışdır. Ədəbi irsi Azərbaycan dilində
nəşr olunmuş, Azərbaycanla əlaqəsi
öyrənilmişdir.
Mixail Yuryeviç Lermontov 1841-
ci il iyul ayının 7-də Pyatiqorskda
dueldə öldürülmüşdür.
Bakıda adına küçə var. Qusarda
olarkən yaşadığı evdə barelyefi qoyul-
muş, ev muzeyi yaradılmışdır.
Dostları ilə paylaş: