287
Milli Qəhrəmanlar
45
illiyi
Kazım Məmmədov
1969-1991
OKTY
ABR
Kazım Ərşad oğlu Məmmədov
1969-cu il oktyabr ayının 1-də Cəbrayıl
rayonunun Böyük Mərcanlı kəndində
dünyaya göz açmışdır.
Orta təhsilini 1976-1986-cı illərdə
kənd 1 saylı orta məktəbdə almış,
1986-cı ildə Gəncə İnşaat Texnikumu-
na daxil olmuşdur.
1988-ci ildə ordu sıralarına çağı-
rılmışdır. Hərbi xidmətini Çelyabinsk
şəhərində etmiş, 1990-cı ildə ordu-
dan tərxis olunaraq, təhsilini davam
etdirmək üçün Gəncə şəhərinə qayıt-
mışdır. 1991-ci ildə Kazım Məmmədov
Cəbrayıl rayon DİŞ-də post-patrul
xidmətində işə başlamış və tezliklə
cəbhəyə yollanmışdır.
1991-ci il noyabr ayının 15-də
ermənilər Xocavənd rayonunun Zam-
zur kəndinə hücum etmişdir. Gərgin
döyüşdə cəsur döyüşçümüz, kiçik ça-
vuş, Azərbaycanın igid oğlu Kazım
Məmmədov qəhrəmancasına həlak ol-
muşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 8 oktyabr 1992-ci il tarixli
264 saylı Fərmanı ilə Məmmədov Ka-
zım Ərşad oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Böyük Mərcanlı kəndində dəfn
edilmişdir. Təhsil aldığı məktəbə onun
adı verilmiş, məktəbin önündə büstü
qoyulmuşdur.
Adına 3 mükafat təsis edilmişdir.
Dostları ilə paylaş: