Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə398/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   394   395   396   397   398   399   400   401   ...   507
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

22

Hüquqşünas

Siyasət.Hərbi iş


322

Siyasət.Hərbi iş

Gövhər Baxşəliyeva

1954  

NOY

ABR

Gövhər Ağabala qızı Baxşəliyeva 

1954-cü il noyabr ayının 26-da Bərdə 

şəhərində anadan olmuşdur. 

S.M.Kirov  adına  Azərbaycan 

Dövlət Universitetinin (indiki BDU), 

şərqşünaslıq  fakültəsini  fərqlənmə 

diplomu  ilə  bitirmişdir.  Filologiya 

elmləri doktoru, professordur.

1977-ci ildən Azərbaycan EA-nın 

Şərqşünaslıq  İnstitutunda  baş  labo-

rant, kiçik elmi işçi,elmi işçi, baş elmi 

işçi, elmi işlər üzrə direktor müavini, 

şöbə müdiri vəzifələrində işləmişdir. 

1997-ci 

ildən 


AMEA-nın 

Şərqşünaslıq  İnstitutunun  direktoru 

vəzifəsində işləyir. 

İkinci  çağırış  Azərbaycan  Res-

publikası  Milli  Məclisinin  deputatı, 

2001-ci  il  iyunun  12-dən  2005-ci  il 

dekabrın  2-dək  parlament  sədrinin 

müavini olmuşdur. 

Azərbaycan-Latviya  parlament-

lərarası  əlaqələr  üzrə  işçi  qrupunun 

və  İslam  Konfransı  Təşkilatının 

Parlament  Məclisində  Azərbaycan 

nümayəndə heyətinin rəhbəridir.

Dünya  ədəbiyyatı    (ərəb  ədəbiy-

yatı) ixtisası üzrə 12 elmlər namizədi 

yetişdirmişdir. 

Gövhər 

xanım 


Baxşəliyeva  Azərbaycan  elmini  bir 

çox xarici ölkələrdə uğurla təmsil et-

mişdir (Türkiyə, Rusiya, İran, Misir, 

Səudiyyə  Ərəbistanı,  Suriya,  BƏƏ, 

Fransa, İngiltərə, İtaliya, Macarıstan, 

Rumıniya, Çin, Malaziya, İndonezi-

ya və s.). 10.01.02 – “Türk xalqları 

ədəbiyyatı”  və  10.01.03  –  “Dünya 

ədəbiyyatı”  ixtisasları  üzrə  Müdafiə 

Şurasının sədridir. 

Qədim  və  müasir  ərəb  ədəbiy-

yatının, ərəbdilli Azərbaycan ədəbiy-

yatının,  ərəbdilli  mənbələrin,  ərəb-

Azərbaycan ədəbi əlaqələrinin tədqiqi 

ilə məşğul olmuş, şərqşünaslıq elmi-

nin ən müxtəlif sahələrinə aid onlar-

ca əsəri çap edilmişdir

Şərqşünaslıq elminin ən müxtəlif 

sahələrinə aid 120-dən artıq məqalə 

və məruzəsi, 4 monoqrafiyası, 10 ki-

tabı çap olunmuşdur.

 Şərqşünaslıq sahəsində respubli-

kada aparılan elmi işlərin koordinasi-

yası üzrə Problem Şurasının sədridir. 

“Elmi  araşdırmalar”  dərgisinin 

məsul  redaktoru,  “Azərbaycan 

şərqşünaslığı”  dərgisinin  baş  redak-

torudur.



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   394   395   396   397   398   399   400   401   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin