323
Riyaziyyat.Fizika.Astronomiya
80
illiyi
Arif Babayev
1934-1998
NOY
ABR
Arif Əliheydər oğlu Babayev 1934-
cü il noyabr ayının 11-də Bakı şəhərində
anadan olmuşdur.
1952-ci ildə orta məktəbi qızıl me-
dalla bitirərək Azərbaycan Dövlət Uni-
versitetinin (BDU) fizika-riyaziyyat
fakültəsinin riyaziyyat bölməsinə daxil
olmuş və 1957-ci ildə oranı bitirmişdır.
Həmin ildən universitetdə fəaliyyətə
başlamışdır; 1965-1979-cu illərdə Ri-
yazi analiz kafedrasının müdiri, 1979-
1994-cü illərdə mexanika-riyaziyyat
fakültəsinin dekanı olmuşdur.
1957-ci ildə Funksiyalar nəzəriyyəsi
və funksional analiz kafedrasının aspi-
rantı olmuşdur. Arif Babayev aspiran-
turada oxuyarkən qeyri-xətti sinqul-
yar inteqral tənliklərin həllinin varlığı
və yeganəliyi haqqında bir sıra yeni
teoremlər isbat etmişdir.
Görkəmli alim 1960-cı ildə aka-
demik Ə.İ.Hüseynovun rəhbərliyi ilə
namizədlik dissertasiyasını müdafiə et-
mişdir.
A.Ə.Babayev qeyri-hamar qapalı
inteqrallama əyrisi üzrə sinqulyar in-
teqralı tədqiq etmiş və bu tədqiqatların
xətti və qeyri-xətti sinqulyar inteq-
ral tənliklərə tətbiqlərini vermişdir.
Açıq əyri üzrə Koşi nüvəli sinqulyar
inteqral operatorun öyrənilməsi üçün
o, yeni metod vermişdir ki, bu me-
tod əsasında qeyri-xətti sinqulyar in-
teqral tənliklərin lokal nəzəriyyəsi
yaradılmışdır. Bu tədqiqatlar onun
1966-cı ildə müdafiə etdiyi doktorluq
dissertasiyasının əsasını təşkil etmişdir.
A.Ə.Babayevin rəhbərlik etdiyi Bakı
Dövlət Universitetinin Riyazi analiz
kafedrasında onun bilavasitə iştirakı və
rəhbərliyi altında qeyri-xətti sinqulyar
inteqral tənliklərin lokal nəzəriyyəsi, bu
tənliklərin təqribi həlli metodları, oblast
üzrə çoxölçülü sinqulyar inteqral ope-
ratorlar və tənliklərin lokal nəzəriyyəsi
və onun funksional fəzaların daxilolma
teoremlərinə tətbiqləri, təbiətşünaslığın
müxtəlif sahələrində tətbiq olunan
qeyri-xətti sinqulyar inteqral tənliklərin
tədqiqi sahələrində bir sıra fundamental
nəticələr alınmışdır.
60-a yaxın elmi əsərin müəllifidir.
Yüksəkixtisaslı kadrların hazırlanma-
sında xidmətləri var.
A.Ə.Babayevin
rəhbərliyi
al-
tında 40-dan çox namizədlik dis-
sertasiyası müdafiə olunmuş, onun
tələbələri V.V.Salayev, R.S.Sadırxanov,
S.K.Abdullayev,
B.İ.Musayev,
E.Q.Hüseynov,
V.S.Quliyev,
R.M.Rzayev elmlər doktoru olmuşlar.
Uzun müddət ərzində A.Ə.Babayevin
elmi dərəcələr verən Elmi Şurala-
rın üzvü, Bakı Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsinin deka-
nı (1979-1994) kimi, Azərbaycan Res-
publikasının Prezidenti yanında AAK-
ın Riyaziyyat və mexanika üzrə Ekspert
Şurasının sədri kimi uğurlu və hərtərəfli
fəaliyyəti respublikada riyaziyyatın in-
kişafına böyük təsir göstərmişdir.
Elmin və xalq təhsilinin inkişa-
fında, yüksəkixtisaslı elmi kadrlar
hazırlanmasında xidmətlərinə görə
A.Ə.Babayev “Şərəf Nişanı” (1976)
ordeni və Azərbaycan Respublikası
Ali Sovetinin Rəyasət Heyətinin Fəxri
fərmanı ilə təltif olunmuşdur. 1976-cı
ildə o, AMEA-nın müxbir üzvü seçilmiş
və ona “Əməkdar elm xadimi” (1992)
fəxri adı verilmişdir.
Babayev Arif Əliheydər oğlu 1998-
ci il iyun ayının 5-də Bakıda vəfat et-
mişdir.
Dostları ilə paylaş: