Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə411/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   407   408   409   410   411   412   413   414   ...   507
Ə d ə b i y y a t

Axundov, H. Sumqayıt 

[Mətn] /H.Axundov; 

[red. X. Əfəndiyev].- 

Bakı: Azərnəşr, 1970.-

49 s.

Nəcəfxanlı, Ə. Sum-

qayıt: altmış yaşlı 

gənclik şəhəri [Mətn] 

/Ə.Nəcəfxanlı //Xalq 

qəzeti.- 2009.- 15 

fevral.- S.5.

İ n t e r n e t d ə

www.sumqait.com

www.sumqayit-ih.

gov.az

22

65 

illiyi


333

Tarixdə bu gün

Beyləqan rayonu    

1939

NOY

ABR

Ərazisi - 113

km² 

Əhalisi - 88 726 nəfər.

1 şəhər, 15 qəsəbə, 24 kənd

Mil  düzü  rayonları  qrupuna  daxil 

olan  Beyləqan  rayonu  1939-cu  il  no-

yabr ayının 24-də yaranmış və Jdanov 

rayonu  adlandırılmışdır.  Azərbaycan 

SSR  Ali  Sovetinin  19  mart  1989-

cu  il  tarixli  qərarı  ilə  rayonun  adı 

dəyişdirilərək Beyləqan rayonu adlan-

dırılmışdır.

Beyləqan rayonu Ağcabədi, Zərdab, 

Füzuli, İmişli rayonları ilə, habele İran 

İslam  Respublikası  ilə  həmsərhəddir. 

Əsasının  IV  əsrdə  qoyulması  ehtimal 

olunmaqla  XIII  əsrdə  dağıldığı  tarixi 

faktdır.

 

Qədim İpək yolunun buradan 



keçməsi Beyləqanın Bərdə, Gəncə və 

Təbrizlə  əlaqəsini  genişləndirmişdir. 

Tarixi mənbələrdə Beyləqanın 3 minə 

qədər kəndi - yaşayış məskəni olduğu 

göstərilir.

Beyləqan xarabalığı Örənqala tari-

xi abidəsi rayondan 18 km uzaqlıqda 

yerləşən  Kəbirli  kəndinin  yaxınlığın-

dadir.  Burada  qədim  Beyləqan  şəhəri 

mövcud olmuşdur. 

XIV əsrdə Əmir Teymur tərəfindən 

şəhərin yenidən inşasına başlansa da, 

onun  ölümü  ilə  əlaqədar  olaraq  işlər 

yarımçıq qalmışdır. 

Ərəb  səyyahı  İbn  Xoddadbeh, 

İtalya  səyyahı  Marteço  Polo,  rus 

səyyahı  Afanasi  Nikitinin  Beyləqan, 

beyləqanlılar  və  təsərrüfatı  haqqında 

zəngin məlumatları qalmaqdadır.

Beyləqan  rayonunda  bir  neçə  tari-

xi  abidə  mövcuddur.  Bunlar  Həzrəti 

Cərciz  Peyğəmbər  ziyarətgahı,  orta 

əsrlər  dövrünü  əhatə  edən  qədim 

Beyləqan  şəhər  xarabalığı  (Örənqala) 

və Soltanbud təpəsidir. Həzrəti Cərciz 

Peyğəmbər  ziyarətgahı  XVII-XVIII 

əsrlərdə  tikilmişdir.  Hal-hazırda  bu 

ziyarətgah  respublikamızın  bütün 

bölgələrindən, eləcə də Gürcüstandan 

və  Dağıstandan  gələn  müsəlmanların 

inam və səcdə yeridir. 

Beyləqanda  rayon  mədəniyyət 

şöbəsinin mühafizəsində olan aşağıdakı 

tarixi, memarlıq və incəsənət abidələri 

mövcuddur:  Saray  təpəsi,  Soltanbud 

qəbiristanlığı,  Seyid  Əminə  türbəsi, 

Əminə  Xatun  məscidi,  Kərbəlayı  Se-

yid  Ağa  türbəsi,  Gəray  Əsədovun 

ev-muzeyi,  Böyük  Vətən  müharibəsi 

iştirakçılarının  xatirə  kompleksi,  Se-

vil  Qazıyevanın  ev-muzeyi  və  büs-

tü,  Sovet  İttifaqı  Qəhrəmanı  Gəray 

Əsədovun xatirəsinə ucaldılmış abidə, 

Türklər məscidi, Əmək birliyi abidəsi, 

Mücrəddin Beyləqaninin heykəli, So-

vet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 

büstü.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   407   408   409   410   411   412   413   414   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin