Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə413/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   409   410   411   412   413   414   415   416   ...   507
Dövlət Teatr Muzeyi 

1934

NOY

ABR

25

Bayramov, A. Azərbaycan Dövlət Teatr Muzeyi: tarix və bu gün [Mətn] /A.Bayramov //Mədəniyyət.-2011.-11 mart.-S.13.

1927-ci  ildə  teatr  işçilərinin  respublika 

müşavirəsində Azərbaycanda teatr muzeyinin  ya-

radılması barədə məsələ qaldırılmış və elə həmin 

ildə Azərbaycan Dövlət Dram Teatrının binasında 

belə bir muzey təşkil olunmuşdur. Əslində bu, te-

atr tarixinə aid sərgi və gələcək muzeyin təməli idi. 

Sərgi tez bir zamanda, o vaxtlar fəaliyyət göstərən 

Azərbaycan Dövlət Muzeyinin Teatr şöbəsi kimi 

rəsmiləşdirilir.  Nəhayət,  1934-cü  il  noyabr  ayı-

nın  24-də  Azərbaycan  Dövlət  Muzeyinin  müva-

fiq şöbəsinin bazasında Azərbaycan Dövlət Teatr 

Muzeyi  yaradılır  və  Ağakərim  Şərifov  muzeyin 

direktoru təyin edilir. 1935-ci ildə muzeyə böyük 

Azərbaycan dramaturqu Cəfər Cabbarlının adı ve-

rilmişdir.

Muzey Azərbaycan  peşəkar  teatr  tarixinin  bir 

əsrdən artıq dövrünü özündə əks etdirir.

Burada  toplanan  nadir  eksponatlar  sayəsində 

milli  teatrın  yaranma  tarixi,  təşəkkül  döv-

rü,  müxtəlif  inkişaf  mərhələləri,  Azərbaycan 

mədəniyyəti  tarixində  misilsiz  xidmətləri  olan 

maarifçi və ziyalılar, teatr korifeyləri, sənətkarlar 

haqqında  tam  məlumat  almaq  mümkündür.  Bu 

materiallar  müxtəlif  janrlı  ilk  teatr  tamaşalarının 

proqram  və  afişalardan,  dramaturqlar,  aktyor  və 

rejissorlara məxsus əlyazmalardan, məktublardan, 

rol  dəftərlərindən,  foto  və  neqativlərdən,  geyim 

və dekorasiya eskizlərindən, tamaşaların müxtəlif 

pərdələri  üçün  verilmiş  səhnə  tərtibatlarının 

maketlərindən, şəxsi əşya və rekvizitlərdən, teatr 

kostyumlarından, obrazlara düzəldilmiş kuklalar-

dan  və  s.  ibarətdir.  Muzeydə  qorunan  eksponat-

ların  əksəriyyəti  orijinaldır  və  onların  bir  qismi 

xronoloji ardıcıllıqla muzeyin 7 zaldan ibarət eks-

pozisiyasında sərgilənir. 1873-cü ildə Mirzə Fətəli 

Axundzadənin “Lənkəran xanının vəziri” komedi-

yası əsasında oynanılmış ilk teatr tamaşasının afi-

şası, ilk teatr truppasının 1888-ci ilə aid fotoşəkli, 

1926-cı  ildə  Şərq  üslubunda  oynanılmış  “Ham-

let” tamaşasının kinolenti, Şərq aləmində 1908-ci 

ildə  ilk  opera  “Leyli  və  Məcnun”un  premyera-

proqramı muzeyin ən qədim eksponatlarındandır. 

Dini adət və ənənələrdən, el-oba şənliklərində rast 

gəlinən  teart  elementlərini  əks  etdirən  rəsmlər, 

XIX əsrin əvvəllərində Avropa tipli peşəkar teat-

rın yaranmasında və inkişafında ilk cığırları açan 

sənət fədailərinə aid materiallar, həmin dövrün te-

atr həyatını əks etdirən ipək üzlü yastıq və parçalar 

üzərində yazılmış proqramlar, ilk Şərq konsertində 

çalınmış musiqi alətləri böyük maraq doğurur. 

XIX əsrin ortalarında əsərləri Fransa və Alma-

niyada  nəşr  olunan, Yaxın  Şərqdə  və  Zaqafqazi-

yada dramaturgiyanın banisi sayılan Mirzə Fətəli 

Axundzadəyə,  öz  acı  taleyi  və  sənət  fədəkarlığı 

baxımından  dünya  teatrlarına  örnək  ola  biləcək 

Hüseyn  Ərəblinskiyə,  müsəlman  aləmində  opera 

və operetta janrının əsasını qoymuş dünya şöhrətli 

bəstəkar  Üzeyir  Hacıbəyliyə,  İtaliyada  musi-

qi  təhsili  almış  ilk  professional  opera  müğənnisi 

Bülbülə,  Şövkət  Məmmədovaya  həsr  olunmuş 

güşələr  də  Azərbaycan  teatr  sənətinin  inkişaf 

prosesində Şərq və Qərb mədəniyyətinin sintezini 

göstərir.

Muzeyin sərgi zalında müntəzəm olaraq müxtəlif 

mövzularda sərgilər qurulur ki, burada şəxsi kol-

leksiyalar, fondlarda saxlanılan nadir eksponatlar 

- fotoşəkillər, proqramlar, dekorasiya eskizləri və 

s.  nümayiş  etdirilir,  qüdrətli  sənətkarlara  tez-tez  

xatirə  gecələri  keçirilir,  onların  sənət  yolundan 

bəhs edən mühazirələr oxunur.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   409   410   411   412   413   414   415   416   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin