Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə414/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   410   411   412   413   414   415   416   417   ...   507
80 

illiyi

7


335

7

Tarixdə bu gün

Beynəlxalq İnformasiya Təhlükəsizliyi 

Günü

1988

NOY

ABR

Beynəlxalq  İnformasiya  Təhlükəsizliyi  Günü 

1988-ci  ilin  30  noyabrından  qeyd  olunur.  Məhz 

həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat 

institutları  və  hərbi  idarələr  də  daxil  olmaqla 

ARPANET-in minlərlə qovşağını sıradan çıxaran 

ilk  kompyuter  virusu  meydana  gəldi  və  nəhəng 

itkilərə  səbəb  oldu.  Yaradıcısının  adı  ilə  “Mor-

ris  soxulcanı”  adlandırılan  bu  virusun  vurdu-

ğu  ziyan  təxminən  100  milyon  dollar  həcmində 

qiymətləndirilmişdir. 

“Morris  soxulcanı”  göstərdi  ki,  informasiya 

təhlükəsizliyi  həqiqətən  də  çox  ciddi  məsələdir 

və  insanlar  tərəfindən  böyük  səylər  və  müva-

fiq  tədbirlərin  həyata  keçirilməsini  tələb  edir. 

Buna  görə  də  dünya  ictimaiyyəti  informasiya 

təhlükəsizliyinin  təmin  edilməsinə  kompleks  ya-

naşmanın  zəruriliyi  haqqında  ciddi  düşünməyə 

başladı. Həmin vaxtdan bəri informasiya texnolo-

giyaları, təbii olaraq informasiya cəmiyyəti inki-

şaf etdikcə bu problem daha da aktuallaşır. Bunları 

əsas  tutaraq  1988-ci  ildə  Kompyuter  avadanlığı 

üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq 

İnformasiya  Təhlükəsizliyi  Günü  elan  etmişdi. 

Ona görə ki, informasiya təhlükəsizliyi bir ölkəni 

yox, bütün bəşəriyyəti təhdid edən problemdir. 

İnformasiya  Təhlükəsizliyi  Günü  çoxdan 

istifadə  olunan  parolların  yeniləşdirilməsi,  sis-

temdə  virusların  mövcudluğunun  yoxlanması, 

verilənlərin arxivləşdirilməsi, lazımsız informasi-

yanın  silinməsi,  vacib  informasiyaların  mühafizə 

səviyyəsinin  auditi,  kompleks  təhlükəsizliyin 

və  digər  bu  kimi  tədbirlərin  həyata  keçirilməsi, 

ictimaiyyətin  diqqətinin  artırılması,  müvafiq  qu-

rumların və mütəxəssislərin məsuliyyətinin xatır-

lanması və ümumiyyətlə, bir monitorinq günüdür. 

Həmin vaxtdan etibarən informasiya təhlükəsizliyi 

problemlərinin müxtəlif aspektlərinə həsr olunmuş 

beynəlxalq tədbirlər keçirilir. 

Keçən  müddət  ərzində  bu  günün  əhəmiyyəti 

daha da artmışdır. Cəmiyyətin bütün sahələrinin və 

insanların informasiya-kommunikasiya texnologi-

yalarından  (İKT)  asılılığı gücləndikcə informasi-

ya  təhlükəsizliyinin  əhəmiyyəti  özünü  daha  çox 

büruzə  verir.  İnformasiya  təhlükəsizliyi dövlətin, 

cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin təmin 

edilməsinin əsas istiqamətlərindən birinə çevrilir. 

İnternetin  sürətli  inkişafı  və  kütləvi  halda 

istifadəçilərin meydana çıxması ilə kompyuter və 

kommunikasiya  sistemlərinə  olan  təhdidlər  daha 

ehtimallı  olur  və  onların  realizəsinin  nəticələri 

daha da geniş miqyas alır. 

İnformasiya  təhlükəsizliyinin  təmin  edil-

məsinin  ən  vacib  vəzifələrindən  biri  də  yüksək 

ixtisaslı  mütəxəssislərin  hazırlanmasıdır.  Bu 

istiqamətdə ölkədə müəyyən işlər görülür. Bir sıra 

ali məktəblərdə müvafiq ixtisaslar üzrə kadr hazır-

lanmasına başlanmışdır. 

Vətəndaşlarda  informasiya  mədəniyyətinin 

vacib  hissəsi  olan  informasiya  təhlükəsizliyi 

mədəniyyətinin  formalaşdırılması  istiqamətində 

davamlı  və  məqsədyönlü  tədbirlərin  görülməsi 

zəruriyyəti  də  dövrümüzün  reallıqlarıdır.  Belə 

ki,  istifadəçilərdə  informasiya-kommunikasiya 

sistemlərində  iş  zamanı  təhdidlərin  vura  biləcəyi 

ziyan, həmin təhdidlərdən mühafizə mexanizmləri 

haqqında  zəruri  bilikləri  və  onlarla  işləmək  ba-

carıqları olmalıdır. İnternet şəbəkəsindən istifadə 

mədəniyyətini  formalaşdırmaq,  neqativ  təsirlərə 

qarşı “immunitet”in möhkəmləndirilməsi üçün bu 

mədəniyyət normalarını təbliğ etmək lazımdır. 

30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsiz-

liyi Gününün əsas məqsədlərindən biri də elə bu-

dur. 



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   410   411   412   413   414   415   416   417   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin