Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə435/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   431   432   433   434   435   436   437   438   ...   507
Ə d ə b i y y a t

Mahmudbəyоv Şa-

mil Fərəməz oğlu  

[Mətn] //Naxçıvan 

ensiklopediyası.-Bakı, 

2002.-S.291.

Mahmudbəyоv Şamil 

Fərəməz oğlu  [Mətn] 

//Azərbaycan Sovet 

ensiklopediyası:10 

cilddə.-Bakı, 1982.-C.I.-

S.396.

Zümrüd. Şamil 

Mahmudbəyovun 

sənət görüşləri [Mətn]             

/Zümrüd //Səs .-2011.- 3 

dekabr. - S. 12.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.az.wikipedia.org

www.kino-teatr.ru 

www.kinozal.az

 

5

Kinоrеjissоr


353

Rejissor

Teatr.Kino

105 

illiyi

Ələsgər Şərifov 

1909-1982  

DEKABR

Ələsgər  Məmmədtağı  oğlu  Şərifov 

1909-cu il dekabr ayının 25-də Şamaxı-

da anadan olmuşdur. 

1923-cü  ildə  Bakıda  Nəriman 

Nərimanov  adına  texnikumun  elektro-

mexanika  fakültəsinin  axşam  şöbəsinə 

daxil olmuş, eyni zamanda Teatr Texni-

kumunun  ilk  tələbələri  sırasında  təhsil 

almışdır.  Tələbəlik  illərində  Mustafa 

Mərdanovun, Mirseyfəddin Kirmanşah-

lının, Süleyman Səlimbəyovun ayrı-ayrı 

vaxtlarda rəhbərlik etdikləri Şvarts adı-

na klubun dram dərnəyində “İblis” (Hü-

seyn Cavid), “Aydın”, “Sevil”, “Oqtay 

Eloğlu”  (Cəfər  Cabbarlı),  “Qaçaqlar” 

(Şiller),  “Qaçaq  Kərəm”  (Vano  Mçe-

daşvili)  tamaşalarında  baş  rolları  oy-

namışdır.  Həmçinin, Akademik Teatrın 

tamaşalarında  epizod  rollarda  səhnəyə 

çıxmışdır. 

Ələsgər  Şərifov  1928-ci  ildə  tex-

nikumu,  1933-cü  ildə  Moskva  Dövlət 

Teatr  Sənəti  İnstitutunu    bitirmişdir. 

Ali rejissor diplomu ilə Bakıya gələndə 

Akademik  Milli  Dram  Teatrının  yara-

dıcı  heyətinə  qəbul  olunmuşdur.  Gənc 

rejissor  həmin  teatrda  Üzeyir  bəy 

Hacıbəylinin  “Arşın  mal  alan”,  “O  ol-

masın, bu olsun”, Sabit Rəhmanın təbdil 

etdiyi  “Varlı  gəlin”,  Cəfər  Cabbarlının 

“Almaz”,  “Sevil”,  “Yaşar”  pyeslərinə 

quruluşlar vermişdir. 

Müəyyən  təcrübə  toplayan  Ələsgər 

Şərifov  1934-cü  il  iyun  ayının  11-də 

Milli  Dram  Teatrına  rejissor  götürül-

müşdür. 

1935-ci  ildə  bu  teatrda  ilk  müstəqil 

işi  kimi  Qurban  Musayevin  “Qızıl 

çeşmə” dramına quruluş vermişdir. Te-

atrda  Əbdürrəhim  bəy  Haqverdiyevin 

“Pəri cadu” (1938, 1940, 1948, 1957), 

İmran  Qasımovun  “Arzu”  (1938), 

Məmmədhüseyn  Təhmasibin  “Bahar” 

(1940),  “Aslan  yatağı”  (1942),  Cəfər 

Cabbarlının “Oqtay Eloğlu” (1940), “Se-

vil” (1944), “Od gəlini” (1951 və 1961), 

Abdulla Şaiqin “Nüşabə” (1946), Mirzə 

Fətəli Axundzadənin “Lənkəran xanının 

vəziri” (1948), Cabbar Məcnunbəyovun 

“Məhəbbətin  hökmü”  (1962),  Hü-

seyn  Cavidin  “Səyavuş”  (1963),  Qey-

bulla  Rəsulovun  “Söz  yarası”  (1966), 

Mirzə  İbrahimovun  “Közərən  ocaqlar” 

(1967), Seyfəddin Dağlının “Mənziliniz 

mübarək!” (1971) pyeslərinin quruluşçu 

rejissoru olmuşdur. 

Ələsgər  Şərifov  “Səbuhi”  filmində 

görkəmli  Azərbaycan  şairi  Mirzə  Şəfi 

Vazehin  roluna  çəkilmişdir.  Gənc 

Tamaşaçılar 

Teatrında 

Mirmehdi 

Seyidzadənin “Qızıl quş” pyesini tama-

şaya hazırlamışdır. Cəfər Cabbarlı adına 

Gəncə  Dövlət  Dram  Teatrında  Səməd 

Vurğunun  “Xanlar”  (1940)  və  Niko-

lay  Poqodinin  “Kreml  saatı”  (1941) 

əsərlərinə, Cəlil Məmmədquluzadə adı-

na Naxçıvan Dövlət Musiqili Dram Te-

atrında şair-dramaturq Hüseyn Cavidin 

“Şeyx Sənan” (1958) faciəsinə əlvan və 

parlaq quruluşlar vermişdir.

Xidmətlərinə  görə  “Qırmızı  əmək 

bayrağı”, iki “Şərəf nişanı” ordeni və bir 

neçə medallarla təltif edilmişdir. 1943-

cü  il  iyun  ayının  17-də  “Azərbaycan 

Respublikasının Əməkdar artisti”, 1960-

cı il may ayının 24-də isə “Xalq artisti” 

fəxri adları ilə təltif olunmuşdur. 

Ələsgər  Şərifov  1982-ci  il  sentyabr 

ayının 28-də Bakıda vəfat etmişdir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   431   432   433   434   435   436   437   438   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin