Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə452/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   448   449   450   451   452   453   454   455   ...   507
Ə d ə b i y y a t

Məhərrəmova, T. İstiqlal muzeyi 

[Mətn] /Təranə Məhərrəmova

    

//Kaspi.- 2010.- 4 noyabr.- S.8.

İ n t e r n e t d ə

www.anl.az

www.mct.gov.az

7


367

Tarixdə bu gün

Xankəndinin işğalı 

 1991  

DEKABR

Ərazisi: 1043 km² 

Əhalisi: 57 000 nəfər (2012)

26  dekabr    –  Yuxarı  Qarabağın  mərkəzi  olan 

Xankəndi şəhərinin işğalı günüdür. Şəhər 26 dekabr 

1991-ci  il  tarixində  Ermənistan  silahlı  qüvvələri 

tərəfindən işğal olunmuş, separatçı rejim yaradıl-

mışdır. Məhz həmin tarixdə Xankəndindən sonun-

cu azərbaycanlı ailələr qovulmuş və 1989-cu ildən 

soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa 

çatmışdır. 

1991-ci  il  dekabr  ayının  26-da  Xankəndinin  

itirilməsi,  qarşıda  Xocalı  soyqırımı,  Şuşa,  La-

çın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, 

Zəngilanın işğalına yol açdı.

Yuxarı  Qarabağın  mərkəzi,  Qarqar  çayının 

sahilində,  Qarabağ  silsiləsinin  Şərq  ətəyində, 

Bakıdan  329  km  aralıda  yerləşən  Xankəndi, 

Azərbaycanın  inkişaf  etmiş  sənaye  mərkəzi  idi. 

Şəhərdə  yüngül  və  yeyinti  sənayesi  müəssisələri 

var idi. Elektrotexnika, avtomobil təmiri və asfalt-

beton zavodları, mebel fabriki, tikinti materialları, 

sənaye, istehsalat və tədris istehsalat kombinatları 

belə müəssisələrdən idi. 

Tarixi  sənədlərə  görə  Xankəndi  şəhəri  XVIII 

əsrin  axırlarında,  o  dövrdə  müstəqil Azərbaycan 

dövlətlərindən  biri  olan  Qarabağ  xanlığının  xan-

larının  istirahəti  üçün  yaşayış  məskəni  kimi  sa-

lınmışdı. Elə şəhərin adı da buradan yaranmışdır. 

1813-cü ilədək bircə nəfər erməninin də yaşama-

dığı Xandəndində sonralar çar Rusiyası tərəfindən 

etnik təmizləmə siyasəti aparılmış və bura İrandan 

köçürülən ermənilər yerləşdirilmişdir. 

SSRİ  dövründə  Xankəndində  azərbaycanlılara 

qarşı etnik təmizləmə siyasəti daha da güclənmiş, 

şəhərdə  erməni  ailələrinin  sayı  süni  surətdə  ar-

tırılmışdır.  1923-cü  ildə  Rusiya  İmperiyası-

nın  siyasətilə  Azərbaycanın  tərkibində  mərkəzi 

şəhəri  Xankəndi  olan  Dağlıq  Qarabağ  Muxtar 

Vilayəti  yaradılmışdı.  Bundan  sonra  vilayətin 

erməniləşdirilməsi siyasəti aktivləşmiş, 6 oktyabr 

1923-cü  ildə  ermənilərin  müraciəti  nəzərə  alına-

raq  Xankəndinin  adı  dəyişdirilərək  Azərbaycan 

xalqına  qarşı  genosid  törətmiş  cinayətkar  Stepan 

Şaumyanın  şərəfinə  Stepanakert  adlandırılmışdır. 

Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli 

çəkilmiş, beləliklə də, Xankəndi erməni işğalı al-

tına düşmüşdü.

Keçmiş SSRİ dövründə Xankəndində yaşayan 

azərbaycanlılar  tədricən  buradan  didərgin  salın-

mışlar. 

1988-ci  il  hadisələri  başlayanda  Xankəndində 

erməni  əhalisi  azərbaycanlılardan  xeyli  çoxluq 

təşkil edirdi. Həmin vaxt azərbaycanlıların sayı 17 

minə yaxın idisə, ermənilər artıq 40 min nəfərədək 

artmışdılar. 

1988-1989-cu  ildə  Xankəndi  artıq  erməni  se-

paratizminin  mərkəzinə  çevrilmişdi.  Moskva-

nın  himayəsilə  güclənən  erməni  separatizmi  so-

nuncu  azərbaycanlıları  26  dekabr  1991-ci  ildə 

Xankəndindən qovmağa nail olmuş, şəhərin işğalı 

tam başa çatdırılmışdı. 

Təəssüf ki, bu gün işğal tarixləri qeyd olunarkən 

Xankəndinin işğalı bir çox hallarda unudulur. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   448   449   450   451   452   453   454   455   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin