Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə453/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   449   450   451   452   453   454   455   456   ...   507
Ə d ə b i y y a t

Feyziyev,  C.Xankəndiyə  gedən  yol  /C.Feyziyev    

//Azərbaycan .-2012.- 1 mart.- S. 4. 

www.anl.az 

www.xankendi.az



26


368

Tarixdə bu gün

15

 illiyi

Dövlət Neft Fondu 

 

1999

DEKABR

Ümummilli lider Heydər Əliyev ar-

tan neft gəlirlərini ölkə iqtisadiyyatına 

düzgün  istiqamətləndirmək  məqsədilə 

uzunmüddətli  neft  strategiyası  proq-

ramını  hazırlamışdır.  Milli  Neft  Stra-

tegiyasının  əsasını  xarici  sərmayənin 

və  təcrübənin  cəlb  olunması,  çoxva-

riantlı ixrac sisteminin yaradılması və 

əldə olunmuş gəlirlərin səmərəli, şəffaf 

idarə  edilməsi  və  istifadə  olunması 

təşkil edir. 

Neft  strategiyasının  reallaşma-

sı  sayəsində  Azərbaycanın  enerji 

təhlükəsizliyi, dünya birliyində etibarlı 

ölkə  və  etibarlı  tərəfdaş  kimi  təqdim 

olunması təmin olunmuşdu.

Neft 


strategiyasının 

növbəti 


mərhələsində ölkənin neft yataqlarının 

xarici şirkətlər ilə birgə işlənməsindən 

əldə  edilən  neft  gəlirlərinin  toplana-

raq  səmərəli  idarə  edilməsi,  həmin 

vəsaitlərin  öncül  sahələrin  inkişafı-

na  və  sosial-iqtisadi  baxımdan  mü-

hüm  əhəmiyyət  kəsb  edən  layihələrin 

həyata  keçirilməsinə  yönəldilməsi 

təşkil edirdi. Bu məqsədlə Azərbaycan 

Respublikasının  Prezidenti  Heydər 

Əliyevin  29  dekabr  1999-cu  il  tarixli 

240  nömrəli  Fərmanı  ilə  Azərbaycan 

Respublikası Dövlət Neft Fondu təsis 

edilmişdir. Neft Fondunun Əsasnaməsi 

Azərbaycan  Respublikası  Preziden-

tinin  29  dekabr  2000-ci  il  tarixli  434 

nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Neft ilə zəngin olan ölkələrdə neft 

fondlarının,  suveren  sərvət  fondları-

nın  və  yaxud    digər  bu  kimi  qurum-

ların  təsis  edilməsi  bu  dövlətlərdə 

neft  sərvətlərinin  nəsillər  arasında 

bərabər bölgüsünə, onların səmərəli və 

məqsədyönlü şəkildə idarə edilməsinə 

şərait  yaradır.  Hazırda  Neft  Fondu 

institusional cəhətdən çox yüksək for-

malaşmaqla  bərabər,  ölkə  daxilində 

və  eləcə  də  beynəlxalq  səviyyədə  ta-

nınmış  və  vəsaitlərin  idarə  edilməsi, 

şəffaflığın  təmin  edilməsi  baxımın-

dan  digər  dövlətlərlə  öz  təcrübəsini 

bölüşdürməyə  qadir  olan  bir  quruma 

çevrilmişdir.

Bir  sıra  dünya  dövlətlərində  Neft 

Fondu  ilə  oxşar  cəhətləri  olan  analo-

ji  fondlar  fəaliyyət  göstərməkdədir. 

Neft  Fondu  yaradılarkən  bu  fondla-

rın  təcrübəsinə  istinad  etməklə  ya-

naşı,  yerli  xüsusiyyətlər  və  mövcud 

ehtiyaclar  nəzərə  alınmış  və  neft 

gəlirlərinin gələcək nəsillər üçün top-

lanması ilə bərabər, bugünkü nəsillərin 

problemlərinin  həlli  üçün  də  istifadə 

edilməsini nəzərdə tutan bir model se-

çilmişdir.

Yaradıldığı 

gündən 

şəffaflıq  

Neft  Fondunun  fəaliyyətinin  əsas 

prinsiplərindən  biridir.  Neft  Fondu 

institusional  cəhətdən  və  şəffaflığın 

təmin edilməsi baxımından çox yüksək 

səviyyədə inkişaf  etmiş, müasir stan-

dartlara  cavab  verən,  beynəlxalq 

səviyyəli  maliyyə  təşkilatına  çevril-

miş, Azərbaycanın beynəlxalq arenada 

nüfuzunun  artmasına  xidmət  edən  bir 

çox nailiyyətlər əldə etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   449   450   451   452   453   454   455   456   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin