Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə451/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   447   448   449   450   451   452   453   454   ...   507
Ə d ə b i y y a t

Mükərrəmoğlu, M.  Rabitə 

və informasiya texnologi-

yaları sahəsi işçilərinin 

peşə bayramına həsr edilən 

tədbir keçirilmişdir [Mətn] 

/M.Mükərrəmoğlu  //Xalq 

qəzeti .-2011.- 6 dekabr.-    

S. 6. 

Rabitə və informasiya tex-

nologiyaları sahəsi işçiləri 

peşə bayramlarını qeyd 

etmişlər [Mətn]//Azərbaycan 

.-2011.- 6 dekabr.- S.7.

İ n t e r n e t d ə

www.anl.az

www.aztelekom.org

www.ict.az

www.mincom.gov.az

6


366

Tarixdə bu gün

95 

illiyi

“İstiqlal” muzeyi  

1919 

DEKABR

Respublikamızda  ilk  rəsmi  dövlət  muzeyi  - 

İstiqlal  Muzeyi  Azərbaycan  Xalq  Cümhuriyyəti 

dövründə  yaradılıb.  1919-cu  il  dekabr  ayının 

7-də  Azərbaycan  Parlamentinin  yaradılmasının 

ildönümü  münasibətilə  Parlamentin  binasında 

açılan  İstiqlal  Muzeyi,  eyni  zamanda,  genişpro-

filli mədəniyyət müəssisəsi kimi nəzərdə tutulub. 

Muzeyə  təhvil  verilən  ilk  eksponatların  siyahı-

sında qılınc, qəmə, xəncər, “Quran” əlyazmaları, 

üzərinə  ayələr  yazılmış  müxtəlif  əşyalar,  bəzək 

əşyaları, ayrı-ayrı dövrlərə aid pullar, xalq tətbiqi 

sənəti nümunələri, məişət əşyaları, əlyazmalar və s. 

vardı. 


Təhvil-təslim aktı formasında hazırlanan və 

“Həmişəlik Azərbaycan Parlamanı ixtiyarında ola-

raq hələlik parlaman imarətində təsis edilən “Muze 

İstiqlal”  adına  müəssislər  tərəfindən  toplanmış 

olan şeylərin Birinci Parlaman Divani-Rəyasətinə 

təhvil  verilməsi  haqqında  Şərait”  adlanan  həmin 

sənədi,

 

  bir    tərəfdən  İstiqlal  Muzeyinin  yaradı-



cıları  -  görkəmli  sənətşünaslar  H.Mirzəcamalov, 

M.Ağaoğlu,  digər  tərəfdən,  Azərbaycan  Parla-

menti  sədrinin  müavinləri  Həsən  bəy  Ağayev, 

S.M.Qəniyev imzalayıb. Sənəd 1919-cu il noyabr 

ayının 6-da, muzeyin açılışına hazırlıq görülərkən 

tərtib  olunmuşdur.  Tərəflərin  razılaşmasına 

əsasən, İstiqlal Muzeyinin təşkili və fəaliyyəti ilə 

bağlı  bütün  xərcləri  Parlamentin  Rəyasət  Heyəti 

öz  öhdəsinə  götürmüşdür.  Sənəddə  qeyd  olunur 

ki,  gələcəkdə  muzey  üçün  xüsusi  binanın  ayrıl-

ması,  yaxud  tikilməsi,  muzeyin  nəzdində  zəngin 

kitabxananın  yaradılması,  muzeyin  proqram  və 

nizamnaməsinin  hazırlanması  və  s.  nəzərdə  tu-

tulmuşdur. İstiqlal Muzeyi beş aya yaxın - 1920-

ci  il  aprelin  28-dək  mövcud  olmuşdur.    Bunun-

la    belə,    İstiqlal  Muzeyi  müstəqil  Azərbaycan 

dövlətinin  yaratdığı  mədəniyyət  müəssisəsi  kimi 

tariximizdə qalmışdır. İstiqlal Muzeyi 70 ildən son-

ra yenidən eyni adla fəaliyyətə başlamışdır. Belə 

ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

9 yanvar 1991-ci il tarixli 9 saylı qərarına əsasən  

muzey yaradılmışdır. İlk yaradılan muzeydən heç 

bir  eksponat  qalmasa  da  yenidən  fəaliyyətə  baş-

layan  muzey  keçmiş  mədəniyyət  naziri  Polad 

Bülbüloğlunun  23  dekabr  1992-ci  il  sərəncamı 

ilə “İstiqlal” adını alaraq birinci muzeyin mənəvi 

varisi kimi fəaliyyətə başlamışdır. Muzeyin yara-

dılmasında  məqsəd ən qədim zamanlardan müasir 

dövrümüzə  qədər  Azərbaycan  xalqının  mədəni-

tarixi həyatındakı mühüm hadisələri və öz istiqlalı 

uğrunda  apardığı  mübarizə  mərhələlərini  ardıcıl 

əks etdirmək olmuşdur. Muzey işçilərinin zəhməti 

nəticəsində nadir sənədlər, fotoşəkillər, numizma-

tik kolleksiyalar, bədii əsərlər və digər əşyalardan 

ibarət 20 minə yaxın eksponat toplanmışdır.

Muzeyin  6  otaqdan  ibarət  ekspozisiyala-

rını  gəzdikcə  ölkəmizin  ayrı-ayrı  mübarizə 

mərhələlərinin şahidi olmaq mümkündür. 

Birinci  zal  Azərbaycanın  qədim  zamanlar-

dan  XIX  əsrə  gədər  olan  tarixini;  ikinci  zal 

Azərbaycanın tarixinin XIX əsrin ikinci yarısı və 

XX əsrin əvvəlləri dövrünü; üçüncü zal XX əsrin 

birinci yarısında Cənubi Azərbaycanda olan milli-

azadlıq  hərəkatını;  dördüncü  zal  Azərbaycanın 

repressiya  illərində  və  Böyük  Vətən  müharibəsi 

illərindəki tarixini; beşinci zal XX əsrin axırların-

da  Azərbaycanda  mill-azadlıq  hərəkatını,  Qara-

bağ müharibəsini; altıncı zal müstəqil Azərbaycan 

Respublikasının tarixi və ümummilli lider Heydər 

Əliyevin fəaliyyətini əks etdirir.

Azərbaycan  İstiqlal  Muzeyində  rəsm  və 

heykəltəraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, 

pul əsginasları və başqa eksponatlar nümayiş et-

dirilir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   447   448   449   450   451   452   453   454   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin