Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə468/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   464   465   466   467   468   469   470   471   ...   507
Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

[Mətn] /Q.Zakir; tərt. 

ed. və ön sözün müəl. 

K.Məmmədov.- Bakı: 

Avrasiya Press , 2005.- 

400 s.

Təmsillər [Mətn] 

/Q.Zakir; A.A.Bakıxanov, 

S.Ə.Şirvani; tərt. ed. 

M.Əvəz qızı.- Bakı: Aspo-

liqraf, 2009.- 31 s.

Hüseynov, S. Qasım 

bəy Zakir [Mətn]  

/S.Hüseynov; elmi red. 

R.Məhərrəmova; Azərb. 

Resp. Gənclər və İdman 

Nazirliyi, Azərb. Dövlət 

Bədən Tərbiyəsi və İdman 

Akademiyası.- Bakı: 

Yazıçı, 2010.- 342 s.

İbrahimli, S. Q.Zakir 

şeirlərinin vəznləri 

[Mətn]  /S. İbrahimli 

(Axundov); red. X.Yusifli.- 

Gəncə: [s.n.], 2010.- 27 s.

Poetry of Azerbaijan 

[Text]: a drop in the 

ocean /com. & edt. 

E.Madatli.- Islamabad: 

Leaf Publications, 2010.- 

345 p.

İ n t e r n e t d ə

www.anl.az

www.kitabklubu.org

Şair


381

Milli ədəbiyyat

Mirzə Şəfi Vazeh

1794-1852

2014

Mirzə  Şəfi  Vazeh  1794-cü  ildə 

Gəncə şəhərində, memar ailəsində do-

ğulmuşdur. 

Şəfi  hələ  mədrəsədə  oxuyarkən 

sufiliklə və Şərqin panteist fəlsəfi fikri 

ilə  maraqlanırdı.  Çünki  bunlara  bələd 

olmadan  Hafiz,  Füzuli,  Xəyyam,  Sədi 

kimi  şairləri  dərk  etmək  mümkün  de-

yildi. Gəncə ruhaniləri ilə söhbətlərində 

Şəfinin bidətçi mülahizələri diqqətdən 

yayınmır və gələcək şairi mədrəsədən 

xaric edirlər. Mirzə Şəfi yaradıcılığının 

tədqiqatçıları qeyd edirlər ki, o, ömrü-

nün sonuna qədər sufizm mövqelərindən 

bircə addım da geri çəkilməmişdi.

Görkəmli  maarifçi,  dramaturq 

M.F.Axundzadənin  müəllimi  olmuş, 

onun  maarifçi  kimi  yetişməsində  bö-

yük rol oynamışdır. 

Mirzə Şəfi Vazeh 1840-cı ildə Tiflisə 

köçmüş, qəza məktəbində Azərbaycan 

və fars dillərindən dərs demişdir. 

Qabaqcıl  rus,  gürcü  və  xarici  ölkə 

ziyalıları ilə dostlaşmışdır.

Şair  Gəncədə  təsis  etdiyi  “Divani-

hikmət” 

ədəbi-fəlsəfi 

məclisinin 

fəaliyyətini 

davam 

etdirmişdir. 



Məclisdə  poeziya,  fəlsəfə  və  etikaya, 

dövrün  mühüm  ictimai  məsələlərinə 

dair  fikir  mübadiləsi  aparmışdır.  

A.A.Bakıxanov, 

M.F.Axundzadə, 

F.Bodenştedt və başqaları məclisdə iş-

tirak edirdilər. 

M.Ş.Vazeh  1848-ci  ildə  Gəncəyə 

qayıtmış,  qəza  məktəbində  müəllim 

işləmişdir. 

1850-ci  ildə  yenidən  Tiflisə  get-

miş,  gimnaziyada Azərbaycan  və  fars 

dillərindən  dərs  demişdir.  Əsərlərini 

Azərbaycan  və  fars  dillərində  yazan 

M.Ş.Vazeh, əsasən lirik şeirlər qələmə 

almışdır.  Şeirlərində  gözəllik,  dünya 

nemətləri  tərənnüm  olunur,  məhəbbət 

dini etiqada qarşı qoyulur. Vazehin dini 

ehkam,  zahidlik,  həmçinin,  istibdad 

əleyhinə də şeirləri var.

M.Ş.Vazehin  maarif  sahəsində  də 

mühüm  xidmətləri  olmuşdur.  Belə 

ki,  1852-ci  ildə  Tiflis  gimnaziyasının 

Şərq  dilləri  müəllimi  İ.Qriqoryevlə 

birlikdə  Azərbaycan  dilində  ilk  dərs 

vəsaiti  tərtib  etmişdir.  “Kitabi-türki” 

adlanan həmin vəsaitdən gimnaziya və 

qəza  məktəblərində Azərbaycan  dilini 

öyrənmək  üçün  uzun  müddət  istifadə 

olunmuşdur.

M.Ş.Vazehin  fəlsəfi  dünyagörüşü-

nün əsasında sufiliyin və çarvaka hind 

fəlsəfi məktəbinin materialist təliminin 

ünsürlərini birləşdirən panteizm durur-

du.

Mirzə Şəfi Vazeh 1852-ci il noyabr 



ayının 28-də Tiflis şəhərində vəfat et-

mişdir.


        Sağlığında  unudulmuş  və  haqqı 

əlindən  alınmış  şair  öləndən  sonra  da 

qarət  olunur.  Tiflisdəki  Botanika  ba-

ğının  arxasında  yerləşən  Azərbaycan 

qəbiristanlığı  müharibədən  sonra 

köçürülərkən  onun  həmvətənlərindən 

heç  kim  bu  böyük  şairin  ruhunun 

incidilməsinə etirazını bildirmir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   464   465   466   467   468   469   470   471   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin