Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə467/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   463   464   465   466   467   468   469   470   ...   507
Ə d ə b i y y a t

Əsərləri [Mətn] /M.V.Vidadi.- 

Bakı: Öndər, 2004.- 328 s.

Durnalar [Mətn] /M.V.Vidadi 

//Yeni Azərbaycan.- 2010. - 

14 avqust. - S.10.

Dünyamalıyeva, T. Mol-

la Vəli Vidadi [Mətn] 

/T.Dünyamalıyeva; red. 

A.Dadaşzadə.- Bakı: Yazıçı, 

1987.- 157 s.

Əhmədov, F. XVIII əsr 

Azərbaycan ədəbi dilinin 

inkişafında Vidadinin rolu 

[Mətn] /F.Əhmədov; elmi 

red. R.Məhərrəmova.- Bakı: 

Nurlan, 2005.- 116 s.

Molla Vəli Vidadi [Mətn]      

//Şairlər vətəni bizim 

tərəflər...: poeziya anto-

logiyası /tərt. S.Əhmədli, 

B.Vüsal; red. F.Ləman, 

R.Kamal.- Bakı, 2010.- S.8-

21. 

İ n t e r n e t d ə

www.anl.az

www az.wikipedia.org

beyaz.az

kitablar.org

odlar-yurdu.ucoz.com

305  

illiyi

Şair


380

2014

Milli ədəbiyyat 

230

 illiyi

Qasım bəy Zaкir

1784-1857

Qasım  bəy  Əli  oğlu  Zakir  1784-cü 

ildə Şuşa şəhərində, Qarabağda məşhur 

olan  Cavanşirlər  nəslində  dünyaya  göz 

açmışdır.  Onun  ulu  babası  Kazım  ağa 

Pənah xanın doğma qardaşı olub.

İlk təhsilini mollaxanada almış, ərəb, 

fars dillərini öyrənmişdir. Firdovsi, Ni-

zami,  Sədi,  Hafiz  kimi  sənətkarların 

əsərləri  ilə  tanış  olmuş,  Qacarın  Qa-

rabağa  hücumu,  şuşalıların  müdafiəsi, 

Qacarın  qətli,  Vaqifin  oğlu  ilə  birlikdə 

öldürülməsi, İbrahim xanın vəhşicəsinə 

güllələnməsi onun dünyagörüşünün for-

malaşmasına təsir etmişdir. 

Zakir  çar  ordusunun  könüllü  atlı 

dəstəsinə  qoşulmuş,  1813,  1826-1828-

ci  il  Rus-İran  müharibələrində  iştirak 

etmişdir.  Döyüşdə  fərqləndiyinə  görə 

1828-ci  ildə  gümüş  medalla  təltif  edil-

mişdir.

İlin  yay  fəslini  Şuşada,  qalan  vaxtı 

Mehdiqulu  xanın  ona  bağışladığı  Xın-

dırıstan  kəndində  keçirirdi.  Tarxan-

Mouravov Zakiri qaçaq düşmüş qardaşı 

oğlu Behbud bəy Cavanşiri evində sax-

ladığına görə günahlandırıb həbs etdirir. 

Şair  bir  il  Şuşada  saxlanıldıqdan  sonra 

məhkəməsiz Bakıya sürgün edilir.

Zakir  dostları  M.F.Axundzadə, 

M.Kolyubakin,  Qutqaşınlı  və  Orbeli-

aninin  köməyi  ilə  həbsdən  azad  edilir, 

ancaq ömrünün sonuna qədər nəzarətdə 

və  ehtiyac  içində  yaşayır.  Dostlarının 

səyilə  şairin  aliyyəti  nəzərə  alınaraq 

“Rus  dövlətinə  göstərdiyi  xidmətlərə 

görə” 1857-ci ildən başlayaraq 36 manat 

təqaüd  təyin  edilmişdir.  Lakin  təqaüd 

kağızı  Şuşaya  çatanda  artıq  qoca  şair 

dünyasını  dəyişmişdi.  1857-ci  ildə 

Şuşada  vəfat  etmiş  şair  Mirzə  Həsən 

qəbiristanlığında dəfn olunmuşdur.

Q.Zakir  yaradıcılığa  lirik  şeirlərlə 

başlamışdır.  Ədəbi  fəaliyyətinin  ilk 

mərhələsində  o,  klassik  qəzəl  janrına 

nisbətən  aşıq  şeiri  formasına  daha  çox 

üstünlük  vermişdir.  Milli  poeziyamızın 

ən kütləvi formalarından olan qoşma və 

gəraylılarda  Zakir  bir  tərəfdən  Vidadi 

və  Vaqif,  digər  tərəfdən  isə Aşıq  Qur-

ban,

 

Tufarqanlı  Abbas  kimi  ustadların 



ənənələrini davam etdirmişdir.

Q.Zakir sələflərinin ədəbi ənənələrini 

yeni tarixi şəraitdə davam etdirərək klas-

sik üslubda yazdığı qəzəlləri,müxəmməs, 

müstəzad,  tərcibənd,  tərkibbəndləri  ilə 

yanaşı yaradıcılığında xalq şeiri forma-

sına da - qoşma, təcnis və gəraylılara da 

geniş yer vermişdir.

Şairə  ədəbiyyat  tariximizdə  xüsu-

si  mövqe  qazandıran  və  onu  daha  çox 

şöhrətləndirən  ictimai-siyasi  satiraları-

dır.  Şifahi  xalq  ədəbiyyatına  bağlı  sa-

tiranın  XIX  əsrin  əvvəllərində  yazılı 

ədəbiyyatımızda  meydana  çıxması  Za-

kirin adı ilə bağlıdır. 

Zakirin  yaradıcılığında    mənzum 

hekayə və təmsilləri  mühüm yer tutur. 

Onun  müxtəlif  mövzularda  yazılan 

“Məlikzadə və Şahsənəm”, “Əmirzadə, 

məşuq  və  cavan  aşiq”,  “Aşiqin  təam 

bişirməyi”, “Aşiq və məşuq haqqında”, 

“Zövci-axər”, “Tərlan və elçi”, “Dəvəsi 

itən  kəs”,  “Dərviş  ilə  qız”,  “Həyasız 

dərviş”,  “Əxlaqsız  qazı”,  “Xalqa  vəz 

deyən, özü fisqü fücurdan çıxan biəməl 

alim” kimi mənzum hekayələri vardır.

 Qasım bəy Zakirin “Dərviş və fəqir”, 

“Dəvəsi itən kəs”, “Aslan, Qurd və Çaq-

qal” və “Tülkü və qurd” əsərləri “Vətən 

dili”nə salınmışdır.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   463   464   465   466   467   468   469   470   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin