388
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
185
illiyi
Usta Zeynal Nəqqaş
1829-1904
2014
Axundzadə Kərbəlayı Zeynalabdin
Əbu Səid oğlu (Usta Zeynal Nəqqaş)
1829-cu ildə anadan olmuşdur.
Məşhur xəttat nəqqaş və şair ol-
muş, el arasında “qızıl əlli nəqqaş”
kimi tanınmışdır. Naxçıvandakı “Xan
sarayı”na, Bakıda H.Z.Tağıyevin
ev-muzeyinə
(indiki Tarix Muzeyi),
Təbrizdəki, Ordubaddakı “Came”
məscidinə, Məşədi Tağının evinə,
Əylis, Vənənd kəndlərində bəzi evlərə
çəkdiyi rəsmlər və vurduğu nəqşlər
hələ də durur.
Ordubad şəhərinin “Malik İbrahim”
qəbiristanlığındakı dağa bitişik “Qara
pir”də vurduğu nəqş, XIX əsrin axırla-
rında İran şahının Ordubada gəlişi ilə
əlaqədar olaraq “Came” məscidinin
arxa tərəfinə yumurta sarısı, əhəng
və başqa materiallardan hazırladığı
məhlul vasitəsilə “Şiri xurşid” gerbini
düzəltmiş və dizinin üstündə almazla
kəsdiyi ayna qırıqları ilə ortasına günəş
rəmzi də yapışdırmışdı. Həmin monu-
mental əsərlər bugünə qədər qalmaq-
dadır. Həmçinin, “Came” məscidinin
divarına öz yazdığı şeirdən beytləri də
həkk etmişdir.
1838-ci ildə Ordubadda təşkil edil-
miş “Əncümənü-şüəra” adlı ədəbi
məclis məşğələləri bəzən Usta Zeynal
Nəqqaşın evində keçirilərmiş.
M.S.Ordubadinin
Azərbaycan
Dövlət Əlyazmalar fondunda saxlanı-
lan “Tərcümeyi-halım”da Usta Zeynal
Nəqqaş haqqında dəyərli fikirləri var.
Usta Zeynalabdin Nəqqaş 1904-cü
ildə vəfat etmişdir.
Dostları ilə paylaş: