Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə472/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   468   469   470   471   472   473   474   475   ...   507
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn] 

/T.Ş.Simürğ; tərt. ed. və ön 

sözün müəl. T. Əlişanoğlu; 

[buraxılışa məsul. 

Ə.Güləlıyev].-Bakı: Şərq-

Qərb, 2006. - 168 s.

Seçilmiş əsərləri [Mətn] 

/T.Ş.Simürğ.- Bakı: Yazıçı, 

1983.- 270, [2]s.

Qayçı [Mətn] /T. Şahbazi; 

rəssam R.Əsədov; red. 

M.Namaz.- Bakı: Gənclik, 

1998.- 16 s.

Zeynalova, Ş. Tağı Şah-

bazi (Simurğ) [Mətn]: 

biblioqrafik göstərici 

/Ş.Zeynalova;  Azərb. 

SSR Mədəniyyət Nazirliyi

M.F.Axundov ad. Azərb.

Resp.Döv. Kitabxanası.- 

Bakı: [s.n.], 1975.- 36 s.

İsmayılov, A. Tagı 

Şahbazi Simurğ [Mətn] 

/A.İsmayılov; rəyçi. 

T.Əhmədov; red. 

Ş.Salmanov.- Bakı: Yazıçı, 

1987.- 118 s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.azyb.net

Publisist

Tağı Şahbazi Simurğ 

1889-1937  


385

Milli ədəbiyyat 

110 

illiyi

2014

Əbülhəsən   Əlibaba oğlu Ələkbər-

zadə  1904-cü  ildə  Şamaxı  qəzasının 

Basqal  qəsəbəsində,  toxucu-kustar 

ailəsində anadan olmuşdur. O, Basqal-

da dörd sinifli rus-tatar məktəbini bitir-

mişdir. 1920-ci ildə Əbülhəsən sevimli 

müəlimi Ağarza Qasımxanlının köməyi 

ilə  üç  aylıq  müəllimlər  kursuna  daxil 

olmuş və oranı bitirdikdən sonra Nuran 

kəndində bir il müəllimlik etmişdir. 

1921-ci  ildə    Bakı  müəllimlər  se-

minariyasına  daxil  olmuş  və  1925-ci 

ildə  oranı  bitirmişdir.  Bundan  sonra 

Əbülhəsən 2 il Dərbənddə müəllimlik 

etmişdir. 

1927-ci 

ildə 


Bakıya 

gəlmişdir.

Əbülhəsənin  ilk  qələm  təcrübələri 

1925-1927-ci  illərə  aiddir.  Həmin 

illərdə  Dərbənd  Pedaqoji  Texniku-

munda  müəllimlik  edən  Əbülhəsən 

Dağıstan xalqlarının milli mədəniyyəti 

ilə  maraqlanmış,  folklor  materialları-

nın  toplanmasında,  maarif  ocaqları-

nın  təşkilində  yaxından  iştirak  etmiş-

dir.  O,  eyni  zamanda,  yerli  mətbuat 

səhifələrində,  xüsusilə  “Maarif  yolu” 

jurnalında şeir və məqalələrlə çıxış et-

mişdir.


Əbülhəsən  də,  bir  sıra  nasirlərimiz 

kimi, yaradıcılığının ilk illərində şeirlə 

daha  çox  məşğul  olmuşdur.  1925-

1927-ci illərdə “Maarif yolu” jurnalın-

da dərc edilmiş “Məhbus”, “ Dalğalar”, 

“Bahar yağışları ” və s. misal ola bilər. 

Bu əsərlər lirik xarakterdə olub, əsasən 

təbiət  lövhələrindən  və  yerli  əhalinin 

məişətinə  aid  müxtəlif  səhnələrin 

təsvirindən  ibarətdir.  1934-cü  ildən 

AYB-nın üzvü olmuşdur.

Azərbaycan 

Kinematoqrafiya 

Komitəsində  baş  redaktor,  müxtəlif 

vaxtlarda  iki  dəfə  “Azərbaycan”  jur-

nalında  baş  redaktor  vəzifələrində 

işləmişdir.  Döyüş  və  ədəbi-ictimai 

fəaliyyətinə  görə  üç  dəfə  “Qırmızı 

əmək  bayrağı  ordeni”  (1966,  1971, 

1976),  fəxri  fərmanlar  və  döyüş  me-

dalları ilə təltif edilmişdir. 1979-cu ildə 

“Azərbaycanın  Xalq  yazıçısı”  fəxri 

adına layiq görülmüşdür.

“Yoxuşlar”  (1933),  “Müharibə”  (I 

kitab, 1947), “Dostluq qalası” (1960), 

“Tərs adamlar” (1967), “Dünya qopur” 

(1968),  “Seçilmiş  əsərləri”  (üç  cilddə 

1984)  və  s.  kitabların  müəllifi  olmuş-

dur.

Hər bir sənətkarın xalqın ədəbiyyat 



tarixində öz yeri, öz qiyməti vardır. Bu 

qiymət  sənətkarın  ədəbi  irsi  ilə  ölçü-

lür. Əbülhəsən dedikdə bugunkü oxu-

cuların  nəzərində  azəri  romanının  ən 

görkəmli  və  istedadlı  yaradıcılarından 

biri  canlanır.  Bütün  gücünü,  isteda-

dını  sədaqətlə  xalqına  həsr  etmiş  bu 

sənətkarın qırx il müddətində yaratmış 

olduğu çox zəngin və rəngarəng obraz-

lar dünyası, müxtəlif və mürəkkəb in-

san  taleləri,  sevincli-kədərli  mübarizə 

yolları yada düşür.

Əbülhəsən  Ələkbərzadə  1986-cı 

ildə  vəfat  etmişdir.  Bakı  küçələrindən 

biri onun adını daşıyır.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   468   469   470   471   472   473   474   475   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin