Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə480/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   476   477   478   479   480   481   482   483   ...   507
Ə d ə b i y y a t

Bəhcət, B. Qaçaq Nəbinin 

tarixi vəsiqə və sənədlər üzrə 

[Mətn] /B.Bəhcət; mətni 

hazırl. və ön söz. müəl. 

İ.Abbaslı; elmi red. və naşir 

Ə.Cəfərov.- Bakı: Çıraq, 

2011.-295 s.

Qaçaq Nəbi [Mətn]: 

[dastan] /ön söz. müəl. 

İ.Abbaslı.- Bakı: Lider, 

2005.-96 s.

Qaçaq Nəbinin ölümündən 

115 il ötür [Mətn] //Bütöv 

Azərbaycan.- 2011.- 16 

mart.- S.16.

Mükərrəmoğlu, M. 

Yeni kitablar. “Qaçaq 

Nəbinin tarixi” [Mətn] 

/M.Mükərrəmoğlu //Xalq 

qəzeti.-2011.-4 dekabr.-S.4.

İ n t e r n e t d ə

www.anl.az

www.history.az

www. rasulzade.org

www.diyarshunasliq.az

Xalq qəhrəmanı

15


393

15

Dövlət xadimi

Siyasət.Hərbi iş 

Məmmədqulu bəy Kəngərli 

1864

-1905

 

2014

Məmmədqulu  bəy  Şefi  ağa 

oğlu  Kəngərli  (Məmmədqulu  bəy 

Məhəmmədşəfi bəy oğlu Kəngərlinski) 

1864-cü  ildə  Naxçıvanda  anadan 

olmuşdur.  İlk  təhsilini  rus  ordusu-

nun  mayoru,  mükəmməl  savada  və 

dünyagörüşünə  malik  olan  atasından 

almış, sonra 1884-cü ildə Tiflisdə ka-

det korpusunu, Peterburqda Mixaylov 

Ali Topçuluq məktəbini bitirmişdir. 

1893-cü 


ildə 

ştabs-kapitan 

rütbəsində  istefaya  çıxmış,  hüquqşü-

naslıq  və  məktəbdarlıqla  məşğul  ol-

muşdur. 

O, vəkilliklə yanaşı 1901-ci ildə Qaf-

qazda qızlar üçün ilk Rus-Azərbaycan 

məktəbi  (pansion)  açmışdır.  1903-cü 

ilin sentyabrından fəaliyyətini İrəvanda 

davam  etdirən  məktəb  1905-ci  ilin 

iyununda  Kəngərlinin  xaricə  getmək 

niyyəti ilə əlaqədar bağlanmışdır.

 

Müsəlmanların  dini,  milli  ehti-



yaclarını  hökumətə  bildirmək  və  on-

ların  xaçpərəstlərlə  bərabərhüquqlu 

sayılmalarına  nail  olmaq  üçün  1904-

ci  ildə  Peterburqa  getmiş  üç  nəfərlik 

nümayəndə heyətinə Kəngərli də daxil 

idi.  Onlar  paytaxtda  yüksək  vəzifəli 

şəxslərlə  görüşmüş,  həmyerlilərinin 

ərizəsini  Qafqaz  canişini  Voronsov-

Daşkova çatdırmışdılar. 

1905-ci  ilin  kəskin  millətlərarası 

münasibətləri  ərəfəsində  belə  ciddi 

problemləri  qaldırmaq  böyük  cəsarət 

tələb  edirdi.  Kəngərlinin  isə  bu 

problemləri bütün kəskinliyi ilə qaldıra 

bilməsi erməni millətçilərini dərindən 

narahat 


etmişdi. 

Tərəqqipərvər 

fəaliyyətinə,  maarifçi  xidmətlərinə 

və  vətənpərvərliyinə  görə  erməni 

millətçiləri  tərəfindən  hədələnən 

Kəngərli  İrəvanı  tərk  etməyə  məcbur 

olmuş,  bacısı  oğlu  Heydərlə  Tiflisə 

getmiş, oradan da Parisə köçməyi qət 

etmişdir.  Lakin  yola  düşməzdən  az 

əvvəl  Kəngərli  Batumda  erməni  daş-

nakları  tərəfindən  1905-cü  il  avqust 

ayının 8-də öldürülmüşdür. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   476   477   478   479   480   481   482   483   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin