394
Siyasət.Hərbi iş
145
illiyi
Əhməd bəy Ağaoğlu
1869-1939
2014
Ağayеv Əhməd bəy Mirzə Həsən oğlu
(Ağaoğlu) 1869-cu ildə Azərbaycanın
Şuşa şəhərində anadan olmuşdur.
Əhməd bəy Sankt-Peterburq və Pari-
sin məşhur Sorbonna universitetlərində
təhsil almışdır. Beş dilə mükəmməl
şəkildə yiyələnən Əhməd bəy o zaman
həm yerli, həm də əcnəbi mətbuatda
məqalələr çap etdirmişdir.
1894-cü ildə Qafqaza, fransız dili-
ni tədris etmək məqsədilə qayıdan ədib
tezliklə Bakıya köçmüş, Azərbaycan
xalqının milli özünüdərketmə və türk-
çülük ideyalarının yayılması işinə baş-
lamışdır.
Əhməd bəy əsərlərində milli qurtu-
luşa gedən yolun cəmiyyətin mədəni və
təhsili inkişafından keçdiyini bildirir-
di. Qadın azadlığı ideyalarını yayan və
bunu azadlıq mücadilsənin əsas faktoru
kimi göstərən Ağaoğlu Azərbaycan zi-
yalıları arasında qadına bərabər hüquq-
ların verilməsinə çağıran ilk ziyalılardan
olmuşdur.
Ağaoğlu Transqafqaziya seyminə
keçirilən seçkilərdə müsəlman fraksiya-
sından üzv seçilmiş və bu müddətdəki
fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-
müsəlman qarşıdurmalarının qarşısının
alınmasında böyük rol oynamışdır. Bir
qədər sonra onun millətçi fikirlərindən
və sosial inqilabi düşüncələrindən
təşvişə düşən erməni daşnaklarının
təhdidlərinə cavab olaraq “Divahi” adlı
özünümüdafiə təşkilatı yaratmışdır.
Osmanlı imperiyasında geniş vüsət
almiş “Gənc Türk” inqilabi hərəkatından
təşvişə düşmüş çar qüvvələri Ağaoğlunu
təqib etməyə başlayırlar. Təqib və müm-
kün həbslər səbəbindən 1908-ci ilin
sonlarında İstanbula köçməli olmuşdur.
Türk Ocağı türk milli hərəkatının aparıcı
siması olan Ağaoğlu bu hərəkatın keçi-
rilmiş kongresinə prezident seçilmişdir.
1909-cu ilin oktyabrında İstanbul Da-
rülfünununda müəllimliyə başlamışdır.
1915-ci ildə Osmanlı Məclisi
Məbusanına (Millət Məclisi) Afyon
nümayəndəsi olaraq daxil olan Əhməd
bəy eyni zamanda İttihad ve Tərəqqi
təşkilatının Mərkəzi Ümumisinin üzvü
olmuşdur.
1918-ci il Azərbaycanda ilk müstəqil,
demokratik cümhuriyyətin qurulma-
sı xəbərini sonsuz sevinclə qarşılayan
Əhməd bəy elə həmin il vətənə qayıtmış
və yenicə qurulmuş, Şərqin ilk müsəlman
demokratik dövlətinin möhkəmlənməsi
naminə fəaliyyətə başlamışdır. Milli
Məclisə üzv seçilən Əhməd bəy Ağa-
oğlu 1919-cu ildə Paris Sülh Konfra-
sında Azərbaycan nümayəndə heyətinin
tərkibində iştirak etmişdir.
Azərbaycanda Şura hökuməti qu-
rulduqdan sonra Əhməd bəy yenidən
Türkiyəyə, bu dəfə Ankaraya köçməli
olmuşdur. Türkiyədə jurnalist və siya-
si fəaliyyətini davam etdirən Əhməd
bəy mətbuat bürosunun direktoru,
Türkiyənin
“Hakimiyyəti-Milliyə”
qəzetinin baş redaktoru və müasir
Türkiyə Cümhuriyyətinin banisi Musta-
fa Kamal Atatürkün yaxın məsləhətçisi
kimi geniş fəaliyyət dairəsində calışmış-
dır.
Azərbaycan
xalqının
böyük
vətənpərvər oğlu Əhməd bəy Ağaoğlu
1939-cu ildə Türkiyədə vəfat etmişdir.
Dostları ilə paylaş: