397
Tarix
195
illiyi
Mir Mehdi Xəzani
1819-1894
2014
Mir Mehdi Mir Həşim bəy oğlu
Xəzani 1819-cu ildə Qarabağın
Bərgüşad mahalının Məmər kəndində
anadan olmuşdur. İbtidai təhsilini mol-
la yanında almışdır. Sonra mədrəsədə
oxumuşdur.
Molla Rəfi bəy Mirzə Məhəmməd
bəy oğlu Şıxımlının (1809-?) dəvəti ilə
Dizaq mahalına köçmüşdür. Bir müddət
bu kənddə məktəbdarlıq edəndən son-
ra kürəkənin dəvəti ilə, 1859-cu ildə
Tuğ kəndində yerləşmişdir. O, burada
da məktəbdarlıqla məşğul olmuşdur.
Öz ana dilini dərindən sevən Mir
Mehdi Xəzani müsəlman dini ehka-
mına dair uşaqlar üçün Azərbaycan
dilində mənzum bir əsər yazmış,
1884-cü ildə çap etdirmişdi. Mir Meh-
di kənddə yaşasa da, Qarabağın ədəbi-
mədəni mərkəzi Şuşa ilə daim əlaqə
saxlamışdır.
Mir Mehdi tarixçi idi. Onun yara-
dıcılığında ən əsas yeri onun “Kitabi-
tarixi-Qarabağ” tutmuşdur. Müəllif
özünün müqəddimədə qeyd etdiyinə
görə əsəri Mirzə Adıgözəl bəyin, Mirzə
Camal Cavanşir Qarabağinin “Qa-
rabağ tarix”lərindən əlavə “təvarixi-
qədimlər”dən geniş istifadə edərək
Mirzə Camalın nəvəsi Məhəmməd
bəy Cavanşirin xahişi ilə “xalis türki”
(Azərbaycan) dilində yazmışdır. Əsər
müqəddimə, 24 fəsil və xatimədən
(nəticə) ibarətdir.
XIX əsr Azərbaycan tarixşu-
naslığında
“Kitabi-tarixi-Qarabağ”
əsərinin muəllifi kimi tanınan Mir
Mehdi Xəzani həm də şair olmuşdur.
Xəzani təxəllüsü ilə xoştəb şeirlər yaz-
mışdır. Bədii yaradıcılığında Füzuli
ənənələrinə və xalq ədəbiyyatı üslu-
buna söykənən Mir Mehdi Xəzaninin
qəzəl, qəsidə, müxəmməs, müstəzad,
qoşma, gəraylı, bayatı janrlarında ya-
zılan şeirləri tapılmış və 1989-cu ildə
əsərləri Bakıda çap olunmuşdur.
Mir Mehdi Xəzani 1894-cü ildə
vəfat etmişdir.
Onun tərcümeyi-halı haqqında
ətraflı və dəqiq məlumat yoxdur.
Dostları ilə paylaş: |