Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə486/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   482   483   484   485   486   487   488   489   ...   507
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

Tarixçi


398

Mədəniyyət.Maarif.Elm

Mədinə xanım Qiyasbəyli 

1889-1938  

2014

Mədinə Mehdi ağa qızı Qiyasbəyli 

(Vəkilova)  1889-cu  ilin  aprel  ayında 

Qazax qəzasının Salahlı kəndində ana-

dan olmuşdur. 

Tiflisdə  “Müqəddəs  Nina”  qız 

məktəbini,  sonra  1905-ci  ildə  birillik 

pedaqoji  kursu  bitirmiş,  müəllimlik 

şəhadətnaməsi almışdır. 

1906-cı ildə Salahlı kəndində öz ya-

şadığı evdə ilk kənd qız məktəbini aç-

mış, ömrü boyu maarif və mədəniyyətin 

inkişafina çalışmışdır. 

1918-ci  ildə  Qazax  və  Gədəbəy 

bölgələrində məktəb təşkil etmiş, Qa-

zax qəzasında xalq məktəblərinin ins-

pektoru olmuşdur. 

Bakıya  köçəndən  sonra  1920-

1933-cü  illərdə  burada  yaşadı-

ğı    mənzildə  kurslar  təşkil  etmiş-

dir.  Sonra  azərbaycanlı  qızlar  üçün 

Darülmüəllimat-qız  məktəbləri  üçün 

ibtidai sinif müəllimləri hazırlayan ilk 

pedaqoji  təhsil  ocağını  yaratmışdır. 

Sonra Bakıda orta məktəblərdə, Kənd 

Təsərrüfatı  İnstitutunda  müəllimlik 

etmişdir.  “Şərq  qadını”  jurnalının  ya-

radıcılarından  biri  kimi  savadsızlığa 

qarşı  mübarizəyə  qoşulmuşdur.  Onun 

təşəbbüsü  ilə Türk  respublikaları  ara-

sında ilk qadın müəllimələr seminari-

yasının əsası qoyulmuşdur.

Tərcüməçilik  fəaliyyəti  ilə  ardı-

cıl  məşğul  olmuşdur.  Səməd  Vur-

ğun  A.S.Puşkinin  “Yevgeni  Onegin” 

mənzum  romanının  poetik  tərcüməsi 

üzərində çalışarkən onun tövsiyələrinə 

qayğı  ilə  yanaşmışdır.  Rus  oxucuları 

onun  tərcüməsi  ilə  M.S.Ordubadinin 

“Dumanlı  Təbriz”,  Əbülhəsənin  “Yo-

xuşlar” romanı ilə tanış olmuşlar. 

Mədinə  xanım  Qiyasbəyli  aman-

sız  repressiya  tufanında  məhv  edilən, 

həyatı  yarımçıq  qoyulan  daha  bir  zi-

yalı Azərbaycan qadını olmuş, 1936-cı 

ilin dekabrında həbs olunmuş, iki ildən 

sonra güllələnmişdir. Ölümündən iki il 

sonra bəraət almışdır.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   482   483   484   485   486   487   488   489   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin