400
Kitabxanaşünaslıq.Biblioqrafiya
Mərkəzi Elmi Kitabxana Azərbay-
canın görkəmli ziyalıları N.Nərimanov,
Ə.Haqverdiyev, T.Şahbazi, H.Zeynallı
və başqalarının təşəbbüsü və yaxın-
dan köməyi ilə Azərbaycanın təbii
sərvətlərini, iqtisadiyyatını, tarixini,
fəlsəfəsini, ədəbiyyat və incəsənətini
və s. öyrənmək məqsədi ilə 1923-cü
ildə təşkil edilmiş “Azərbaycan Tədqiq
və Tətəbbö Cəmiyyəti”nin əsasında
1924-cü ildə yaradılmışdır.
1926-cı ildə kitabxanada ilk oxu
zalı istifadəyə verilmişdir. MEK-nın
özünün inkişafında ilk direktorları
A.V.Borev, S.M.Yəhyazadənin adı
xüsusilə qeyd olunmalıdır.
1945-ci ildən kitabxana özünün
yeni inkişaf mərhələsinə qədəm qoyur.
SSR EA Azərbaycan filialı, müstəqil
Azərbaycan Respublikasi Elmlər
Akademiyasına cevrilir. Kitabxanaya
bütün sovet məkanında çap olunmuş
ədəbiyyatın pullu məcburi nüsxəsini
almaq səlahiyyəti verilir.
1978-ci ildən MEK respublika
miqyasında təbiət və dəqiq elmləri
üzrə əsas depozitar kitabsaxlayıcıdır.
1987-ci ildə EA Rəyasət Heyətinin
sərəncamı ilə MEK-nın mübadilə fon-
duna akademiyada nəşr olunan mate-
rialların “məcburi nüsxə”si verilməyə
başladı.
MEK1993-cü ildən İFLA-nın
Beynəlxalq Kitabxana Assosiasiyala-
rı Federasiyasının üzvüdür. 1998-99-
cu illərdə MEK-da “Nadir və xüsu-
si qiymətli nəşrlər”, “Nəşriyyat” və
“Elmi kütləvi işlər” şöbələri təsis edil-
mişdir.
Ölkəmizdə elmin inkişafında, ayrı-
ayrı elm sahələrinin yaranıb forma-
laşmasında, yüzlərlə
elmi kadrların
yetişməsində əvəzsiz rol oynayan bu
böyük elm məbədgahı müstəqillik
illərində də böyük inkişaf yolu keçmiş,
öz fəaliyyətini daha da təkmilləşdirmiş,
yeniləşdirmiş, milliləşdirmişdir.
1999-cu
ildən
MEK ABŞ
Səfirliyinin Tədris və İnformasiya
Mərkəzi ilə əməkdaşlıq edir. 2000-ci
ilin dekabr ayında Soros Fondu Açıq
Cəmiyyət İnstitutunun qrantı hesabına
alınmış kompyuter avadanlıqları ilə
təchiz edilmiş Kitabxana proseslərinin
avtomatlaşdırılması şöbəsi fəaliyyətə
başlamısdır.
Azərbaycan Respublikasinin Pre-
zidentinin 4 yanvar 2003-cü il tarix-
li fərmanı ilə təsdiq edilmiş AMEA
Nizamnaməsinin 5-ci maddəsinin 54-
cü bəndinə əsasən MEK elmi status
almışdır. Bununla bağlı AMEA elmi-
tədqiqat institutlarında olduğu kimi,
MEK-da da Elmi Şura təşkil edilmiş və
bu, AMEA Rəyasət Heyəti tərəfindən
təsdiq edilmişdir. Kitabxanada bu
yöndə əsaslı struktur dəyişiklikləri
olmuş, bilavasitə elmi tədqiqatlarla
məşğul olan yeni şöbələr yaradılmış-
dır.
Dostları ilə paylaş: