399
2014
Bakı Dövlət Universitetinin Elmi
Kitabxanası
1919
Bakı Dövlət Universiteti 1919-cu ildə yaradıl-
mış və həmin ildə onun strukturunda önəmli yeri
olan kitabxana təşkil olunmuşdur.
Elmi kitabxana fondunun zənginliyinə, bibli-
oqrafiya və informasiya işinin nümunəvi təşkilinə,
oxuculara yüksək xidmət mədəniyyətinə, yüksək
ixtisaslı kadrlarına görə Azərbaycan SSR Ali və
Orta İxtisas Təhsili Nazirliyinin 1971-ci il 7 may
tarixli 131 saylı əmrinə əsasən, ali və orta ixtisas
məktəb kitabxanalarının metodiki mərkəzidir.
1974-cü ildən universitetin kitabxanasına “Elmi
kitabxana” statusu verilmişdir. Hazırda 2,5 mil-
yondan çox kitab fondu var.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
1999-cu il 171 saylı əmrinə əsasən, tarix elmləri
doktoru, professor A.Xələfovun rəhbərliyi ilə “Ki-
tabxananın kompyuterləşdirilməsi” Elmi Tədqiqat
Laboratoriyası 2000-ci ildən fəaliyyətə başladı. La-
boratoriyanın əsas məqsədi universitet kitabxana-
sının informasiya fəaliyyətinə müxtəlif kitabxana
prosesi səviyyələrində yeni texnologiyaların daxil
olması ilə əlaqədar nəzəri və təşkilati məsələləri
təkmilləşdirməkdir.
2001-ci ildən, respublika ali məktəb kitabxana-
ları arasında ilk dəfə olaraq, BDU-nun Elmi kitab-
xanasında elektron kataloqun (EK) yaradılmasına
başlanmışdır. Kitabxananın Azərbaycan dilində
olan fondu tam elektron kataloqa daxil edilmiş və
bu proses hal-hazırda davam etdirilir.
Kitabxanada Azərbaycan, rus və xarici dillərdə
olan dövri nəşrlər, dissertasiya və nadir kitablar
da elektron kataloqa daxil edilmişdir. Bu pros-
ses İRBİS-64 avtomatlaşdırılmış kitabxana-
informasiya sistemi ilə həyata keçirilir. Elektron
kataloq beynəlxalq kompyuter şəbəkəsi vasitəsi ilə
oxuculara dünyanın istənilən nöqtəsində xidmət
göstərməyə imkan verir.
Hal-hazırda Elmi kitabxanada tammətnli elekt-
ron kitabxana yaradılır.
2002-ci ildən Elmi kitabxananın bdu.az saytı
sərbəst fəaliyyət göstərir. İstifadəçilər bu sayta da-
xil olmaqla, kitabxana haqqında məlumat ala bilər
və eyni zamanda, elektron kataloq vasitəsilə On-
line rejimində daha operativ axtarış apara bilərlər.
Son 10 illikdə Elmi kitabxananın qiraət zalla-
rı müasir standartlara uygun əsaslı təmir edilmiş,
yeni, rahat mebel avadanlıqları, kompyuter texno-
logiyaları alınmışdır.
Azərbaycan Respublikasının 1999-cu il 12 mart
tarixli “Kitabxana işi haqqında” Qanununun 15-
ci maddəsinə əsasən, BDU-nun Elmi kitabxanası
poliqrafiya müəssisələri və digər hüquqi şəxslər
tərəfindən buraxılan çap məhsullarından 2 pulsuz
məcburi nüsxə alır.
Elmi kitabxana həm respublika ali məktəb kitab-
xanaları ilə, həm də 21 ölkənin 49 universiteti və
beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi
aparır.
Amerika Kitabxana Assosiasiyası, Azərbaycan-
da Kitabxana İşinin İnkişafı Assosiasiyası və uni-
versitetin Elmi kitabxanası ilə birgə işlənilən layihə
çərçivəsində “Hinari” verilənlər bazasında olan
elektron jurnallardan oxucuların istifadəsi müm-
kün olmuşdur. BDU-nun Elmi kitabxanası hal-
hazırda Respublika Mərkəzi Metodiki Kitabxana
Komissiyasının, Azərbaycanın Kitabxana İşinin
İnkişafı Assosiasiyasının, Azərbaycan Kitabxana-
çılar Cəmiyyətinin və Avroasiya Kitabxanaşünas-
lıq Assambleyasının üzvüdür.
Kitabxanaşünaslıq.Biblioqrafiya
Dostları ilə paylaş: