402
Kitabxanaşünaslıq.Biblioqrafiya
75
illiyi
40
illiyi
Astara rayon Mərkəzi Kitabxanası
1939
Ağdam rayon MKS
1974
2014
Astara rayon MKS-nin Mərkəzi rayon ki-
tabxanası 1939-cu ildən fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11
oktyabr 2011-ci il tarixli “Azərbaycan Respubli-
kasının şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxa-
na Sistemlərinin, müstəqil kitabxanaların, şəhər,
qəsəbə və kənd kitabxana filiallarının, habelə
şəhər, qəsəbə, uşaq və gənclər kitabxanalarının
nümunəvi strukturu və ştat vahidlərinin təsdiq
edilməsi haqqında” qərarına uyğun olaraq rayon
MKS-i bir Mərkəzi rayon və 55 kənd kitabxana
filialından ibarət olan şəbəkəni özündə birləşdirir.
Mərkəzi rayon kitabxanası aşağıdakı strukturdan
ibarətdir: Xidmət şöbəsi, Kitabxana-biblioqrafiya
proseslərinin avtomatlaşdırılması şöbəsi, Me-
todika və biblioqrafiya şöbəsi, İnformasiya-
resurs şöbəsi, Uşaq şöbəsi, Komplektləşdirmə və
kitabişləmə şöbəsi. 2011-ci ildə rayon MKS-nin
oxucularının sayı 31 min 258 nəfər, Kitab fondu
423 min 719 nüsxə, kitab verilişi 497 min 522
nüsxə olmuşdur. “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət Proqramı”ndan irəli
gələn tədbirlər sırasında kitabxanaların avtomat-
laşdırılması, elektron kitabxana, elektron kataloq
yaradılması üçün kitabxanada İRBİS 64 Avtomat-
laşdırılmış Kitabxana İnformasiya Sistemi tətbiq
edilmişdir.
Dostları ilə paylaş: