409
Tarixdə bu gün
Ə d ə b i y y a t
Azərbaycan Respub-
likasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyası
1999-2009 [Mətn]:
[materiallar toplusu]
/red. S.Qəndilov.- Bakı:
Azərbaycan, 2009.-
303 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.dia.edu.az
www.e-qanun.az
www.az.wikipedia.org
Azərbaycan Respublikasının ümum-
milli lideri Heydər Əliyevin 1999-cu il
yanvar ayının 3-də imzaladığı ilin ilk
fərmanı ilə respublikada dövlətçiliyin,
elm və təhsilin inkişafı üçün çox zəruri
sayılan yeni elm və təhsil ocağı yara-
dılmışdır. Bu təhsil ocağı Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası (DİA)
adlandırıldı. Akademiyanın yaradıl-
ması dövlətin möhkəmlənməsi və elmi
əsaslarla idarə edilməsi baxımından
mühüm əhəmiyyətə malikdir.
Respublikada dövlət idarəçiliyi
sahəsində yeganə təhsil ocağı olan
akademiyanın adından da göründüyü
kimi, vəzifəsi demokratik, müstəqil
Azərbaycan dövləti üçün gənclərdən
ibarət dövlət strukturlarını dövrün, za-
manın tələbləri səviyyəsində idarə edə
biləcək mütəxəssis kadrlar hazırlamaq,
həmçinin, mövcud kadrların, dövlət
məmurlarının ixtisasının artırılmasın-
dan ibarətdir.
Hər il DİA-nın Siyasi idarəetmə və İn-
zibati idarəetmə fakültələrinə test üsulu
ilə təhsilin bakalavr pilləsinə 200 nəfər,
magistratura pilləsinə 50 nəfər tələbə,
Kadrların ixtisasartırması və yenidən
ixtisaslaşması fakültəsinin əyani və qi-
yabi şöbələrinin müdavimləri sırasına
respublikanın müxtəlif dövlət orqan-
larında çalışan 75 nəfər gənc məmur
qəbul olunur. Akademiyada həmçinin,
müxtəlif istiqamətlər üzrə qısamüddətli
kurslar da fəaliyyət göstərir. Bu kurslar-
da il ərzində 8 istiqamət üzrə 300 nəfər
rəhbər işçi təhsil alır.
Dövlət İdarəçilik Akademiyasında
təhsil çoxpilləli sistem əsasında aparı-
lır: tələbələr bakalavr pilləsi üzrə 4 il,
magistr pilləsi üzrə 2 il təhsil alırlar.
Həmçinin, təhsildə Boloniya sistemi-
nin tətbiqinə başlanılmışdır. Tələbələrin
biliyinin qiymətləndirilməsi çoxballı
sistemə əsaslanır. Bundan başqa DİA-
da həmçinin, vətəndaşların qiyabi yolla
ikinci ali təhsil almaları və ixtisaslarının
artırılması üçün də imkan yaradılmış-
dır.
Akademiyada Elmi təşkilat şöbəsi,
Regional iqtisadi və sosial araşdırmalar
institutu, Siyasi araşdırmalar institu-
tu, “Sorğu” Sosial-siyasi araşdırmalar
institutu, İnsan Hüquqları, Demokrati-
ya və Sülh Problemləri üzrə YUNES-
KO Mərkəzi, Mətbuat və İnformasi-
ya Xidməti, Nəşriyyat, Beynəlxalq
əlaqələr, Aspirantura və doktorantura,
Tədris, Ümumi şöbə, Elektron tədris
və qiymətləndirmə sektoru, Elmi ki-
tabxana, yataqxana, professor-müəllim
və tələbələr üçün sahəsi 700 kv.m. olan
iki zal və 4 otaqdan ibarət yeməkxana,
idman zalı mövcuddur. Akademiyada
həmçinin, Böyük Elmi Şura, fakültələrdə
Elmi-metodik Şuralar fəaliyyət göstərir.
Dostları ilə paylaş: