Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə498/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   494   495   496   497   498   499   500   501   ...   507
408

Tarixdə bu gün

90 

illiyi

Nizami Gəncəvi adına Gəncə Tarix 

Diyarşünaslıq Muzeyi 

1924   

2014

Nizami  Gəncəvi  adına  Gəncə  Ta-

rix  Diyarşünaslıq  Muzeyinin

 

əsası 



1924-cü  ildə  qoyulmuşdur.  Muzeyin 

yaradılmasında  Gəncə  seminariyası-

nın bir qrup müəllim və tələbələrindən 

İ.Cəfərzadə,  S.Seyidov,  C.Rəfibəyov, 

F.Məlikov  və  başqaları  fəal  iştirak 

etmişlər.  İlk  illər  muzey  iki  şöbədən 

ibarət olmuşdur: diyarşünaslıq və kənd 

təsərrüfatı, muzeyin 500-dən çox eks-

ponatı var idi. 

1927-ci  ildə  Xanlarda  mənşəcə  al-

man  olan  Y.İ.Hümmel  arxeoloji  qa-

zıntılar aparmışdır. O, tapılmış ekspo-

natların bir hissəsini Göygöl (Xanlar) 

diyarşünaslıq  muzeyinə  təhvil  ver-

miş, digər bir hissəsini isə öz vətəninə 

göndərməyə  nail  olmuşdur.  1961-

ci  ildə  Göygöl  və  Gəncə  muzeyləri 

birləşdirilmişdir. 

1954-cü  ildə 

N.Gəncəvi  adına 

Ölkəşünaslıq  muzeyi  Əzizbəyov  260 

ünvanına  köçürülmüşdür.  Həmin 

vaxtlar  muzey  7  böyük  zaldan  ibarət 

olmuş  və  3  şöbəyə  bölünmüşdü: 

Təbiətşünaslıq,  İnqilabaqədərki  dövr 

və Sovet dövrü.

  Gəncə  Tarix-Diyarşünaslıq  muze-

yi  1972-ci  ildə  indi  yerləşdiyi  binaya 

köçürülmüşdür. Bu bina Cavad 

xanın 


nəticəsi  İsmayıl  xan  və Adil  xan  Zi-

yadxanovların  şəxsi  mülkü  olmuşdur. 

Cavad xan Gəncənin axırıncı müstəqil 

xanı  olmuşdur.  Gəncə  əyalətində  irsi 

olaraq müstəqil hökmranlığa malik idi. 

Adil xan və İsmayıl xan Ziyadxanov-

lar  Cavad  xanın  nəvəsi  Əbülfət  xan 

Ziyadxanovun oğulları olmuşdur. Adil 

xan  ADR-in  dövründə  Azərbaycanın 

İrandakı səlahiyyətli nümayəndəsi ol-

muş,  ADR-in  süqutundan  sonra  isə 

Türkiyəyə mühacirət etmişdir. 

Gəncənin  milis  rəisi  olan  İsma-

yıl  xan  isə  1920-ci  ildə  istintaqsız, 

məhkəməsiz güllələnib. Onların şəxsi 

mülkü  olan  bina  da  bir  çox  binalar 

kimi  sovetlərin  əlinə  keçmişdir.  So-

vet dövründə burada bir çox idarə və 

təşkilatlar  yerləşmişdir.  Bina  bu  gün 

də Cavad xanın eləcə də ADR-in varisi 

kimi canlı bir tarix olaraq öz əzəmətini 

qoruyub saxlayır. 

  Hal-hazırda    muzeyin  30  mindən 

çox  eksponatı  vardır.  Muzeyin  eks-

pozisiyasında  Gəncənin  ən  qədim 

dövrlərindən  başlamış  son  zaman-

lara  qədər  olan  tarixi,  arxeoloji  ta-

pıntı  nümunələri,  maddi-mədəniyyət 

abidələri, etnoqrafik, epiqrafik, numiz-

matik nümunələri 18 salonda nümayiş 

etdirilir. 

Muzeyin  əsas  fondunda  24785 

eksponat  vardır.  Onlardan  4483  ar-

xeologiya,  1648  ədədi  etnoqrafiya, 

392 rəssamlıq, 9 heykəltəraşlıq, 2753 

fotoşəkil,  9259  sənəd,  3441  numiz-

matika,  1984  kitab,  816  ədədi  isə 

vətənpərvərlik  sahələrinə  aiddir.  972 

kv.m. sahəsi olan muzey salonları hal-

hazırda  iki  şöbədən  ibarətdir:  qədim 

dövr və müasir dövr şöbələri.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   494   495   496   497   498   499   500   501   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin