Kbt я25 uot (059) Baş redaktor


Tarixdə bu gün 505



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə495/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   491   492   493   494   495   496   497   498   ...   507
405

Tarixdə bu gün

505 

illiyi

İrəvan qalası 

1509-1510 

2014

İrəvan  qalası  1504-cü  ildə  Səfəvi 

hökmdarı  I  Şah  İsmayılın  tapşırığı  ilə, 

vəziri  Rəvanqulu  xan  tərəfindən  Zəngi 

çayının sahilində, indiki İrəvan şəhərinin 

yerində  7  ilə  inşa  edilmişdir.

 

Səfəvilər 



dövlətinin sərhədlərini xarici basqınlar-

dan qorumalı olan qala, onu tikdirənin 

adı ilə Rəvan qalası kimi tanınmış, son-

ralar  “Rəvan”  sözü  dialektdə  “İrəvan” 

kimi işlədilmişdir. 

Qala  Rəvanqulu  xanın  şərəfinə 

“Rəvan”, daha sonra isə “İrəvan” adlan-

dırılıb.  Qalada  8  məscid,  800  ev  olub, 

burada  yalnız  azərbaycanlılar  yaşayıb. 

Uzunluğu 850 metr olan qalanın divar-

ları çiy kərpicdən hörülmüşdü. Divarlar 

elə  qalın  olub  ki,  hətta  top  mərmisinə 

davam  gətirib.  Qalanın  bayır  divarının 

hündürlüyü  10  metrdən  hündür  idi  və 

bu divarda 17 bürc vardı. Qala ikiqat di-

varla  dövrələnmişdi.  Daxili  divar  daha 

hündür idi və onların arasında təxminən 

50-60 metr məsafə olmuşdur. İç qaladan 

təxminən 1 km məsafədə Keçiqala adlı 

köməkçi  qala  da  vardı.  Ümumiyyətlə, 

İrəvan  qalasının  50-60  bürcü,  3  qapısı 

olub:  Cənubda  Təbriz  qapısı,  Şimalda 

Meydan  qapısı  və  Körpü  qapısı.  Qala-

daxili  şəhər  isə  dörd  məhəlləyə  bölü-

nüb:  Qala  məhəlləsi,  Şəhər  məhəlləsi, 

Təpəbaşı  məhəlləsi  və  Dəmirbulaq 

məhəlləsi.

Qaladaxili  şəhərsalma  tipik  Şərq- 

Azərbaycan  şəhərləri  üslubunda  ol-

muşdur;  küçələr  dar,  evlərin  divarları 

hündür  olduğuna  görə  küçədən  evlərin 

həyətlərini  müşahidə  etmək  mümkün 

deyildi.  Bəzi  məlumatlara  görə  qalada 

iki, bəzilərinə görə isə dörd məscid ol-

muşdur.  Bunlardan  ən  qədimi  1510-cu 

ildə inşa edilmişdir. Ən möhtəşəmi isə 

Sərdar sarayının yaxınlığında əsası I Şah 

Abbasın  hakimiyyəti  dövründə  (1587-

1629)  qoyulmuş  Şah  Abbas  məscidi 

(Cümə məscidi) olmuşdur. Sərdar sara-

yının əsası İrəvən qalası ilə eyni vaxtda 

qoyulsa da, sonrakı illərdə saray əsaslı 

surətdə təkmilləşdirilmiş və Azərbaycan 

memarlığının incilərindən birinə çeviril-

mişdir. 

Uzunmüddətli  mühasirəyə  davam 

gətirmək  üçün  qalanın  daxilinə  giz-

li  yolla  su  kəməri  çəkilmişdi.  1804-cü 

ilin iyun-avqustunda general P.Sisianov, 

1808-ci ilin iyun-avqustunda isə general 

– feldmarşal İ.Qudoviçin komandanlığı 

altında  çoxsaylı  rus  qoşununun  İrəvan 

qalasını mühasirəyə alaraq ələ keçirmək 

cəhdləri  qala  müdafiəçilərinin  cəhdləri 

nəticəsində boşa çıxmışdı. 

Sonralar Osmanlı-Səfəvi müharibəsi 

zamanı  dağıdılan  qala  divarları-

nı  1582-1583-cü  illərdə  Osman-

lı  sərkərdəsi  Fərhad  paşa  daha  da 

möhkəmləndirmişdir.

 11 aprel 1635-ci ildə Səfəvi-Osmanlı 

müharibəsi  (1623-1639)  gedişində 

türk  qoşunları  İrəvan  qalasını  alımış-

lar.  İrəvan  qalası  1604-cü  ildə  Səfəvi-

Osmanlı  müharibəsi  (1603-1612)  za-

manı  I  Şah Abbas  tərəfindən  tutulmuş 

və  İrəvanın  idarəçiliyi  Əmirgün  xan 



Qacara verilmişdi. Sonrakı iki əsrdə İrəvan bölgəsi 

(xanlığı) daha bir neçə dəfə Səfəvilərlə Osmanlılar 

arasında əldən-ələ keçmişdir.

İrəvan  qalası  uğrunda  döyüşlərdə  1804-cü 

ildə  İrəvan  xanı  Məhəmməd  xan  və  mühasirədə 

olan  qardaşlarına  köməyə  gəlmiş  Naxçıvan 

xanı  Kəlbəli  xan,  1808-ci  ildə  isə  İrəvan  xanı 

Hüseynqulu  xan  və  qardaşı  Həsən  xan  yüksək 

sərkərdəlik məharəti, xalqı yadelli işğalçılara qar-

şı səfərbər etmək bacarığı və şəxsi şücaət nümayiş 

etdirmişlər. Bu qələbələrdən sonra qala əhalisi 20 

ilə  yaxın  müddətdə  müharibəsiz  həyat  sürmüş-

dü; yalnız II Rusiya-Qacar müharibəsinin (1826-

1828) gedişində İ.Paskeviçin komandanlığı altın-

da  rus  qoşunu  İrəvan  qalasının  müdafiəçilərinin 

müqavimətini qıra bilmişdi.

Qala 1827-ci ilin 1 oktyabrında Çar Rusiyasının 

İvan Paskeviçin rəhbərlik etdiyi qoşunu tərəfindən 

işğal  edilmiş,  bundan  sonra  qala  daxilində 

ermənilərin  yerləşdirilməsi  və  yaşaması  başlan-

mışdır.

İrəvan qalasının işğal edilməsi şərəfinə 1827-ci 

il  8  noyabrda  Sankt-Peterburqdakı  Qış  sarayının 

kilsəsində I Nikolayın iştirakı ilə dua mərasimi ke-

çirilmişdi. İrəvan qalasını zəbt edən general İ. Pas-

keviçin titullarına isə “İrəvan qrafı” titulu da əlavə 

edilmişdir. 

1853-cü ildə baş vermiş zəlzələ nəticəsində qala 

divarları  ciddi  zədələr  almışdır.  1865-ci  ildə  isə 

qalanın ərazisi erməni Nerses 

Tahiryants gildiyası 

tərəfindən  satın  alınmışdır.  1880-ci  illərdə  Tahir-

yanlar qalanın şimal divarlarını dağıdaraq yerində 

konyak zavodu inşa etmişlər. 

1930-cu  illərdə  isə  qala  divarları  ermənilər 

tərəfindən tamamilə məhv edilmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   491   492   493   494   495   496   497   498   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin