391
Siyasət.Hərbi iş
670
illiyi
Qazi Bürhanəddin
1344-1398
2014
Qazi Bürhanəddin Sivasi 1344-cü
ildə Qeysəri şəhərində anadan olmuşdur.
Şairin adı Əhməd, künyəsi Əbülabbas,
təxəllüsü isə Qazi Bürhanəddin idi. O,
irsən keçən qazilik hüququna malik,
yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə
məşhur olan bir ailədən idi.
1356-cı ildə o, atası ilə Dəməşqə get-
miş, lakin bir müddətdən sonra yenidən
Qeysəriyəyə qayıtmış və Əhmədin atası
sarayda qazı kimi işləməyə başlamışdır.
Bütün kübar ailələrindən çıxan uşaq-
lar kimi Qazi Bürhanəddin də vətənində
öz dövrünə görə yaxşı ilkin təhsil almış,
1358-ci ildə isə təhsilini davam etdirmək
üçün Misirə yola düşmüşdür. Burada
ilahiyyatı (fiqh, hədis), tibbi, nücumu,
fəlsəfəni və digər elmləri öyrənmişdir.
Daha sonra özünün ilahiyyat, təbiət və
riyaziyyat sahələrində biliklərini artır-
maq məqsədilə Dəməşqə, bütün Şərqdə
məşhur olan alim Qütb əd-Din Razinin
yanına getmişdir. Şair on doqquz yaşın-
da ikən Məkkəyə getmiş, atası öləndən
sonra isə Hələbə köçmüşdür.
1365-ci ildə Qeysəriyyəyə dön-
müş, atasının yerinə qazi təyin edilmiş,
bu vəzifədə on ildən də artıq işləyən
Qazi Bürhanəddin öz yüksək savadı,
mədəniyyəti və ədalətliliyi ilə bütün xal-
qın hörmətini qazanmışdır.
Əratna hökmdarı M
əhəmməd
öldükdən sonra onun taxtına oğlu Əli otur-
muş, Əli azyaşlı olduğu üçün dövlətin bü-
tün işlərini Qazi Bürhanəddin görmüş və
1378-ci ildə vəzir təyin olunmuşdur. İki
ildən sonra Əli də ölmüş və Bürhanəddin
onun körpə uşağının atabəyi olmuş-
dur. Beləliklə, dövlətə bütün rəhbərlik
onun əlinə keçmişdir. 1381-ci ildə Qazi
Bürhanəddin öz adını daşıyan yeni bir
dövlət yaratmış və sultan elan edilmiş-
dir. Bundan sonra onun bütün həyatı da-
xili və xarici düşmənlərə qarşı fasiləsiz
yürüş və döyüşlərdə keçmişdir. Öz ara-
larında daimi çəkişmələr aparan qara-
manlı, osmanlı, türkmən tayfaları arasın-
dakı düşmənçiliyi yox etmək və ölkədə
qanun-qaydanı möhkəmləndirmək üçün
o, əlindən gələni etmişdir. Osmanlı sul-
tanı I Bayazid, Qızıl Orda xanı Toxtamış,
Əmir Teymur kimi təhlükəli rəqiblərin
və onlarla xırda əmirlərin əhatəsində qa-
lan Bürhanəddin düz 17 il öz ölkəsində
sülhü və əmin-amanlığı qoruya bilmiş-
dir. Bürhanəddin ticarət, maarif və elmin
inkişafına yardım etmiş, mədrəsələr, kar-
vansaralar açdırmış, körpülər saldırmış-
dır.
Qazi Bürhanəddinin məlumatlı, adil,
zəki və sözünü əsirgəməyən bir dövlət
xadimi olduğu rəvayət edilmişdir. Bir
türkçə divanı ilə, iki ərəbcə yazılmış
əsəri mövcuddur.
O, öz şeirlərini üç dildə – Azərbaycan
türkcəsində, fars və ərəb dillərində yaz-
mışdır. Azərbaycan türkcəsində “Divan”ı
bircə nüsxədə saxlanmışdır. Bu nüsxə
hələ müəllifin sağlığında xəttat Xəlil ibn
Əhməd tərəfindən yazılıb və hal-hazırda
Britaniya Muzeyindədir. Onu Londona
ingilis səfirliyinin işçisi Tomas 1890-cı
ildə İstanbuldan gətirmişdir. Bu “Divan”
1319 qəzəl, 20 rübai və 108 tuyuqdan
ibarətdir.
Qazi Bürhanəddin 1398-ci ildə
döyüşdə həlak olmuş və Sivas şəhərində
dəfn edilmişdir.
Dövlət xadimi
Dostları ilə paylaş: