Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə479/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   475   476   477   478   479   480   481   482   ...   507
Ə d ə b i y y a t

Seçilmiş əsərləri: izah-

lar və şərhlərlə [Mətn] 

/Q.Bürhanəddin; 

tərt., ön sözün 

müəl. X.H.Yusifli; 

Azərbaycan 

Mədəniyyətinin Dostla-

rı Fondu.- Bakı: OKA 

Ofset, 2007.- 358 s.

Divan [Mətn] 

/Q.Bürhanəddin.- 

təkrar nəşr.- Bakı: 

Öndər nəşriyyat

2005.-729 s.

Gülşənə gəl, nigara, 

bülbülü gör (seçilmiş 

tuyuğlar, rübailər, 

qəzəllər) [Mətn] 

/Q.Bürhanəddin. - 

Bakı: Gənclik, 1976.-

111 s.

Qədimalıyeva, A. 

Qazi Bürhanəddin 

“Divan”ının leksikası 

[Mətn]: monoqrafiya 

/A.Qədimalıyeva.- 

Bakı: Nurlan, 2008.-

184 s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org


392

Siyasət.Hərbi iş 

160 

illiyi

Qaçaq Nəbi   

1854-1896 

2014

Nəbi Alı oğlu (Qaçaq Nəbi) 1854-cü 

ildə Gəncə vilayəti, Zəngəzur qəzasının 

Aşağı Mollu kəndində (indiki Qubadlı) 

anadan olmuşdur. 

Yeddi  nəfərdən  ibarət  ailəni  atası 

çətinliklə dolandırırdı. Günlərin birində 

16  yaşlı  Nəbinin  atasını  bəy  döymüş, 

bunu görən Nəbi, bəyin üzərinə atıla-

raq onunla savaşmış, bəyin şikayətinə 

əsasən  həbs  olunmuşdur.  O,  həbsdən 

qaçaraq  həmfikirlərini  ətrafına  top-

lamışdır.  Rus  çar  rejiminə  və  onun 

Azərbaycandakı əlaltıları olan bəylərə 

qarşı mübarizəyə başlamışdır. Nəbinin 

arvadı  Həcər  xanımla  yanaşı  baldızı 

Mehri xanım da bu mübarizədə yaxın-

dan iştirak etmişdir.

Nəbi həbsxanadan qaçdıqdan sonra 

çar idarəsinin Azərbaycandakı əlaltıları 

olan mülkiyyət sahibi xan və bəylərin 

zülmündən  cana  gələn  kəndlilərdən 

əli silah tutan bir hissəsi onun ətrafına 

toplanmışdır. Nəbinin əsas düşmənləri 

çar rejimi, xanlar və bəylər idi. O, bu 

mübarizədə  kasıbları  və  onların  hü-

quqlarını  müdafiə  etmişdir.  Nəbinin 

mübarizə  apardığı  ərazi  Zəngəzur  və 

Naxçıvan vilayətləri olmuşdur. Nəbinin 

müasirləri  də  Azərbaycanın  başqa 

vilayətlərində  qaçaqlıq  hərəkatını  da-

vam etdirirdilər. İstismarçı imperializmə 

və rus çar rejiminə qarşı mübarizə apa-

ran qaçaqlara xalq yaxından köməklik 

etmiş,  onlarla  fəxr  etmişdir.  Xalq  on-

ları ərzaqla təmin etmiş, yeri gəldikdə 

gizlətmişdir.  Nəbi  uzun  müddət  rus 

kazakları  ilə  vuruşmuş,  sıxışdırıldığı 

zaman İrana və Türkiyəyə sığınmışdır. 

Çar idarəsi bu hərəkatı yatırtmaq üçün 

bütün vasitələrə əl atmışdır. 

1894-cü  il  iyulun  20-də  Nəbinin 

qardaşı Mehdi Gürcivan kəndində çar 

cəsusları tərəfindən öldürülmüşdür. Bu 

hadisədən sonra Nəbi Gürcivan kəndinə 

gələrək  kazaklarla  döyüşə  girmiş,  rus 

çar idarəsində xidmət edən ağaları öl-

dürmüş və Arazı adlayaraq İrana keç-

mişdir.  Arvadı  Həcər  xanım  Çiçəkli 

kəndində  qalmışdır.  Rus  idarəsinin 

cəsusları Həcərin Çiçəkli kəndində ol-

duğunu xəbər tutmuşlar və Həcəri ba-

cısı Mehri ilə birlikdə həbs etmiş, Go-

rusdakı qalada saxlamışlar. 

Nəbi 1895-ci il oktyabr ayının 28-də 

Gorus qəsəbəsini öz dəstəsiylə əhatəyə 

almış,  rus  polkovnikindən  Həcəri  və 

baldızını tələb etmişdir. Rus polkovni-

ki Nəbinin bu tələbini yerinə yetirməyə 

məcbur olmuşdur.

Çar hökuməti 20 il Qaçaq Nəbinin 

dəstəsini məhv etməyə çalışsalar da la-

kin məqsədlərinə nail ola bilməmişlər.  

1896-cı  il  mart  ayının  12-də  isə  çar 

hökuməti  arzusunu  gerçəkləşdirmiş,  

Qaçaq  Nəbi  Kərbəladan  dönərkən 

Türkiyə ilə İran sərhəddi arasında olan 

Larni kəndində rus cəsuslarına satılmış 

iki xain tərəfindən qəfil hucuma məruz 

qalmış və qətlə yetirilmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   475   476   477   478   479   480   481   482   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin