Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə477/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   473   474   475   476   477   478   479   480   ...   507
Ə d ə b i y y a t

Mirələsgər Mirəsədulla 

oğlu Mirqasımov 

[Mətn]   

 

//Cəlil Məmmədquluzadə 

ensiklopediyası.-Bakı, 

2008.- S.194.

Ə d ə b i y y a t

Azərbaycan toyu: toy 

mədəniyyətimizin bələdçisi 

[Mətn]

 /E.Aslanov; red. 

S.İsmayıllı.- Bakı: Tutu, 

2003.- 239 s.

Novruzun ulu sələfi 

[Mətn]

 

/E.Aslanov.- Bakı: Səda, 

2010.- 64 s.

Şəbeh: epik teatrımız 

[Mətn]

 /E.Aslanov.- Bakı: 

Nurlan, 2008.- 84 s.

Heykəltəraş

Rəssam


390

Teatr.Kino

135

illiyi

105

illiyi

Ələkbər Süheyli    

1879-1927 

Əjdər Sultanov 

1909-1962 

2014

Ələkbər  Fərəculla  oğlu  Əliyev  (Sü-

heyli)  1879-cu  ildə  Bakıda  anadan 

olmuşdur.  Atası  Ələkbərə  7  yaşın-

dan  xüsusi  müəllimlər  tutaraq  ona  ana 

dilindən  əlavə  fars,  rus,  ərəb  dillərini 

tədris etdirmişdir. “Süheyli” onun səhnə 

təxəllüsüdür.  Bu  sözün  ərəbcə  mənası 

“cənubda  görünən  ulduz”  deməkdir. 

Bakıda  Müsəlman  Dram  Artistləri 

Cəmiyyətinin  tamaşalarında  epizodik 

rollarda səhnəyə çıxmışdır.

1906-cı ildə yaranan “Nicat” mədəni-

maarif cəmiyyətinin teatr truppasına ilk 

üzv  götürülənlərdən  biri  də  Ələkbər 

Süheyli  olmuşdur.  Sonralar  Səfa, 

Müdiriyyət,  Müsəlman  artistləri  ittifa-

qının teatr truppalarında çalışmışdır. 

1919-cu ildə MDT-in truppasına gö-

türülmüş  və  dörd  il  bu  sənət  ocağında 

işləmişdir. 

1923-cü ildə Azad Tənqid və Təbliğ 

Teatrının truppasına dəvət almış və öm-

rünün sonuna kimi burada aktyor və re-

jissor kimi çalışmışdır. 

Ələkbər  Süheyli  yaradıcılığının 

kamilləşdiyi  dövrdə,  1927-ci  il  fevral 

ayının 26-da Bakıda vəfat etmişdir.

Əjdər Əliabbas oğlu Sultanov 1909-

cu ilin dekabr ayında Bakıda anadan ol-

muşdur. 1925-1928-ci illərdə Bakı Teatr 

Texnikumunu  bitirərək  1926-cı  ildən 

aktyoru olduğu Bam Türk İşçi Teatrında 

işləməyə başlamışdır. O, İşçi və Gəncə 

teatrlarında “Əjdər”, “Əjdər Sultan” im-

zaları ilə də çıxışlar etmişdir. Bakı Türk 

İşçi Teatrı 1932-ci il yanvar ayının 4-də 

və  5-də  Gəncə  şəhərinə  köçürüləndə 

Əjdər  Sultanov  da  kollektivlə  getmiş-

dir. Teatrın hazır repertuarındakı və təzə 

hazırlanan  tamaşalarda  çıxış  etmişdir. 

Kollektivin  nəzdində  Uşaq  və  gənclər 

teatrı bölməsi yaradılmış və Əjdər Sul-

tanov burada rejissorluqla məşğul olma-

ğa  başlamışdır.  1937-ci  ilin  sonlarında 

Gəncədən Bakıya qayıdan Əjdər Sulta-

nov az müddət Opera və Balet Teatrında 

işləmişdir. 1939-cu ildə isə Milli Dram 

Teatrının aktyor truppasına qəbul olun-

muşdur. Bu səhnədə C.Cabbarlının “Od 

gəlini”  (Qorxmaz),  “Aydın”  (Surxay), 

“Almaz”  (Balarza  və  Hacı  Əhməd), 

“Dönüş”  (Qüdrət  Arslan),  S.Rüstəmin 

“Qaçaq  Nəbi”  (Vəli,  Təhmas  bəy  və 

Mehdi),  Səməd  Vurğunun  “Xosrov 

və  Şirin”  (Şapur  və  Xosrov),  Ənvər 

Məmmədxanlının  “Şərqin  səhəri” 

(Bəhruz) və s. tamaşalarda uğurlu rollar 

oynamışdır. 

1943-cü  il  iyun  ayının  17-də 

“Azərbaycan Respublikasının Əməkdar 

artisti”, 1949-cu il iyul ayının 21-də isə 

“Xalq artisti” fəxri adlarına layiq görül-

müşdür. 


Əjdər  Sultanov  1962-ci  il  yanvar  

ayının 10-da vəfat etmişdir. 



Aktyor

Aktyor


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   473   474   475   476   477   478   479   480   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin