Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru
kəmərinə dair dövlətlərarası saziş
1999
NOY
ABR
1999-cu il noyabr ayının 18-də İstan-
bulda keçirilən ATƏT-in zirvə toplantı-
sı çərçivəsində xam neftin Azərbaycan,
Gürcüstan və Türkiyə respublikaları-
nın əraziləri ilə Bakı-Tbilisi-Ceyhan
əsas ixrac boru kəməri vasitəsilə nəql
edilməsinə dair Saziş imzalanmışdır.
Sazişi Prezidentlər Heydər Əliyev,
Eduard Şevardnadze və Süleyman
Dəmirəl imzalamışdılar.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru
kəmərinin layihəsini dəstəkləmək, Qa-
zaxıstanın neft həcmlərini bu layihəyə
cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə
Azərbaycan Respublikası, Türkiyə
Respublikası, Gürcüstan və Qazaxıs-
tan Respublikaları arasında “İstanbul
bəyannaməsi”ni Prezidentlər Bill Klin-
ton, Heydər Əliyev, Süleyman Dəmirəl,
Eduard Şevardnadze və Nursultan Na-
zarbayev imzalamışdılar.
Bu prosesin məntiqi davamı
kimi 2002-ci il sentyabr ayının 18-
də Səngəçalda Bakı-Tbilisi-Ceyhan
kəmərinin
inşasına
başlanmış-
dır. Mərasimdə üç dövlət başçısı -
Azərbaycan Prezidenti Heydər Əliyev,
Gürcüstan Prezidenti Eduard Şevard-
nadze və Türkiyə Prezidenti Əhməd
Necdət Sezər və ABŞ Prezidentinin
Xəzər regionu üzrə xüsusi nümayəndəsi
Stiven Mənn iştirak etmişlər. Bu-
nunla da ümummilli lider Heydər
Əliyevin müəllifi olduğu “Yeni neft
strategiyası”nın ən mühüm uğuru olan
Bakı-Tbilisi-Ceyhan reallığa çevrilmiş-
dir.
Azərbaycan nefti Ceyhan limanına
2006-cı il mayın 28-də çatmış və iyulun
4-də neftlə yüklənmiş ilk tanker bura-
dan dünya bazarlarına yola salınmışdır.
Türkiyənin Ceyhan şəhərində XXI əsrin
ən böyük enerji layihəsi olan Heydər
Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəmərinin təntənəli açılış
mərasimi 2006-cı il iyul ayının 13-də
keçirilmişdir.
Bakı-Tbilisi-Ceyhan neft kəməri
misilsiz əhəmiyyətə malik olan tari-
xi hadisədir. Bu kəmərin təkcə iqtisa-
di yox, həm də siyasi əhəmiyyəti də
vardır. “Əsrin müqaviləsi”ndən sonra
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru
kəmərinin çəkilişinə həyat vəsiqəsi
verilməsi Heydər Əliyev diplomatiyası-
nın və yeni neft strategiyasının mühüm
qələbəsi idi.
Hazırda Azərbaycan Respublikası-
nın Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilən neft strategi-
yası xalqımızın bugünü və gələcəyi
üçün möhkəm təməl və firavanlıq
mənbəyidir.
Dostları ilə paylaş: |