Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə439/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   435   436   437   438   439   440   441   442   ...   507
Ə d ə b i y y a t

Nəcəfov, İ. Gecə yarısı qətl [Mətn]: povest /İsa Nəcəfov.- Bakı: Nağıl evi, 2002.-534 s.

Xanməmmədov, B. Rəhimov, Şəmsi Nuru oğlu [Mətn]: //Bahadur Xanməmmədov Didərgin şəhidlər:Zəngəzurun Qafan 

rayonu üzrə .-Bakı :”Azərbaycan Ensiklopediyası” NPB- “Göytürk”, 1995.- S.-8-9.

Rəhimov Şəmsi Nuru  oğlu [Mətn] //Fəxri Xiyaban.- Bakı, 2007.-S.178.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.az.wikipedia.org

 www.e-qanun.az

www.milliqahraman.az 

18


356

İqtisadiyyat.Neft

135

 illiyi

85

 illiyi

Gülbala Əliyev 

1879-1971   

Arif Şıxlinski 

1929-1995  

DEKABR

Gülbala Ağabala oğlu Əliyev 1879-

cu  il  dekabr  ayının  5-də  Bakı  yaxın-

lığındakı Bilgəh kəndində anadan ol-

muşdur.  Əmək  fəaliyyətinə  1898-ci 

ildə  Bibiheybət  neft  mədənlərində 

başlamışdır.  Azərbaycanda  sovet 

hakimiyyəti illərində Bibiheybət (İliç) 

buxtasının qurudulmasının (1923) fəal 

iştirakçısı olmuşdur. 26 Bakı Kommis-

sarı  adına  Neft  mədənləri  idarəsində 

usta  (1923-46),  1946-1967-ci  illərdə 

mühəndis işləmişdir. Azərbaycan SSR-

də neft sənayesinin təşəkkülündə, onun 

texniki cəhətdən yenidən qurulması və 

inkişafında,  mütəxəsisslər  (neftçilər) 

hazırlanmasında  böyük  xidmətləri 

vardır.


İki dəfə Lenin ordeni, Qırmızı əmək 

bayrağı ordeni və medallarla təltif edil-

miş. Bakıda büstü qoyulmuşdur.

SSRİ-nin  fəxri  neftçisi,  1940-

cı  ildə  Azərbaycan  SSRİ-nin  neft 

ustası,SSRİ  neftçıxarma  sənayesinin 

veteranı, 1948-ci ildə Sosialist Əməyi 

Qəhrəmanı olmuşdur.

SSRİ Ali Sovetinin (3-cü çağırış) və 

Azərbaycan  SSR  Ali  Sovetinin  (5-ci 

çağırış) deputatı olmuşdur. 

Gülbala Əliyev 1971-ci il mart ayı-

nın 27-də vəfat etmişdir.

Arif Şərif oğlu Şıxlinski 1929-cu il dekabr ayı-

nın 26-da Qazax rayonunun İkinci Şıxlı kəndindən 

anadan  olmuşdur.  Orta  məktəbi  qızıl  medalla 

bitirən  Arif  Şıxlinski  1947-ci  ildə  Azərbaycan 

Sənaye İnstitutunun Geoloji kəşfiyyat fakültəsinə 

daxil  olmuş,  1952-ci  ildə  fərqlənmə  diplomu  ilə 

başa  vuraraq,  təyinatla  “Azərneftkəşfiyyat”  birli-

yinin  geoloji  axtarış  trestinin Abşeron-Xəzəryanı 

geoloji axtarış kontorunun geoloji planalma parti-

yasına geoloq-iş icraçısı vəzifəsinə göndərilmişdir. 

Bir ildən sonra geoloji planalma partiyasına rəis, 

daha  bir  ildən  sonra  isə  tematik  partiyanın  rəisi 

vəzifəsində işləmişdir. 

Azərbaycan Neft Sənayesi rəhbərliyi onu 1959-

cu ildə yenicə təşkil olunmuş “Azərneftkəşfiyyat” 

trestinin  geoloji  şöbəsinə  rəis,  1962-ci  ildə  isə 

trestin  rəis  müavini  -  baş  geoloq  vəzifəsinə  irəli 

çəkmişdir. 1975-1985-ci illərdə Cəyirli və Qobus-

tan kəşfiyyat qazma idarələrinin rəisi, 1985-ci ildə 

“Azərneft” İstehsalat Birliyinin baş direktor müa-

vini - baş geoloqu vəzifəsinə təyin olunmuşdur. 

Azərbaycanın quru sahəsindəki bir çox neft və 

qaz yataqları Arif Şıxlinskinin rəhbərliyi ilə kəşf 

olunmuşdur. 50-dən artıq elmi əsəri və monoqra-

fiyası  çap  olunmuşdur.  “Aşağı  Kür  çökəkliyinin 

pliosen  çöküntülərinin  neft-qazlılıq  perspektivli-

yi” monoqrafiyası (1967) neft geologiyası üzrə ən 

sanballı tədqiqat işlərindən biri sayılır. 

Arif Şıxlinskinin həmmmüəllif olduğu “Cənubi 

Xəzər hövzəsinin neftli-qazlı və perspektiv struk-

turları”  və  “Azərbaycanın  neftli-qazlı  və  pers-

pektiv  strukturları”  atlasları  dünyanın  20-dən 

artıq  neft  şirkətləri  tərəfindən  satın  alınmış  və 

həmin  şirkətlərin  bir  çoxunun  respublikanın  neft 

təsərrüfatına investisiya qoyması üçün zəmin ya-

ratmışdır. 

“Neft sənayesi əlaçısı” döş nişanı, bir sıra medal-

larla təltif olunmuş, 1971-ci ildə ona “Azərbaycan 

Respublikasının  Əməkdar  mühəndisi”  fəxri  adı 

verilmişdir. 

Arif Şıxlinski 1995-ci il iyul ayının 20-də doğ-

ma kəndində vəfat etmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   435   436   437   438   439   440   441   442   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin